Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə31/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
122
123
ardıcıl və planlı surətdə həm heyvanlarlıqla, həm əkinçiliklə
həm balıqçılıqla, həm də ovçuluqla məşğul olmuşlar.
Məlumdur ki, atalar sözü, deyimlər, zərbi məsəllər, 
hazırcavablıq elə bir dövrdə inkişaf etmişdir ki, o dövrdə 
nitqdə sabit obrazlı ifadələr yaranmağa başlamışdı. 
Deyimlərdəki analogiyalar söz və anlayışların çoxmənalığına 
kömək edir. Deyimlər sənət hadisəsi olduğundan müqayisə 
elementlərinin təzəliyini, yeniliyini saxlayır və onlardakı 
ifadənin emosionallığının saxlanılmasına kömək edir. 
Deyimlərin belə xüsusiyyəti xalq şüurunun inkişafının elə 
bir mərhələsində baş vermişdir ki, xalq deyimin mərkəzində 
olan obrazın poetikliyini başa düşür və onun saxlanılması 
haqqında düşünürdü. 
Deyimlər, atalar sözü öz strukturuna və funksiyasına 
söykən məklə bədii, sadə əsərlərdir. Kommunikativ quruluşu 
ilə yanaşı, deyimlərin həm də atalar sözü kimi bədii mənaları 
da vardır. Deyimlərdə sözün obrazlı imkanları realizə 
olunur. Bədiilik deyimlərdə kommunikativ funksiyanın 
məna cəhətdən genişlənməsi, yəni inkişafı və davamıdır. Dil 
hadisələrinin bədii hadisələrə keçmə prosesini elmdə ilk dəfə 
böyük dilçi-alim A.A. Potebnya açmışdır. O, özünün «Fikir 
və dil», «Söz nəzəriyyəsi ilə bağlı qeydlər», «Söz nəzəriyyəsi 
üzrə mühazirələr» və s. əsərlərində dilin yaradıcılıq prosesinin 
bədii fikir gedişi ilə  vahidlik təşkil etdiyi fikrini irəli sürmüş-
dür. A.A.Potebnyanın  fikrincə  hər bir söz özünəməxsus 
qiymətli, emosional, təsviri funksiyaya malikdir.
6
 Deyimlərin 
emosional və təsviri funksiyası – onların mənşəyi, öyrənilməsi 
zamanı diqqət mərkəzində saxlanılması ilə bağlıdır.
Qaraqalpaq atalar sözü və  zərbi məsəllərindən
deyimlərindən bir neçəsinə nəzər salaq. «Heç də sevinmə ki, 
qar yağır, ondan sonra şaxtalar gələcək»; «Heç də sevinmə 
ki, xan gəlir, ondan sonra vergilər artacaq»; «Aclıq – qızların 
düşmənidir» (onlar ehtiyac üzündən sevmədikləri adama ərə 
gedirlər); «Müharibə oğlulların düşmənidir», «Mirabdan (su 
paylayan) qohumun olunca, aşağı yerlərdə torpağın olsun 
(Yəni, başqasının  şübhəli  köməyindənsə, öz zəhmətinə bel 
bağlamağın yaxşıdır); «Yeri payızda şumla, yoxsa sonra 100 
dəfə  şumlarsan»; «Tanış  qəssab  ət yerinə sümük qoyar»; 
«Mollanın dediyini elə, etdiyini eləmə»; «Öz atanın varisi 
olunca, adam oğlu ol» və s.
Azərbaycan atalar sözündə olduğu kimi qaraqalpaq 
atalar sözü üçün də  yığcamlıq, dəqiqlik, rəngarənglik, 
hədəfə tuşlanma və müdrik cəsinə fikri ifadə etmək bacarığı 
xarakterikdir. Qaraqalpaq atalar sözündə yer almış xalq əxlaqı 
normaları, həm də onları yabançı  təsirlərdən, xoşagəlməz 
davranış qaydala 
rın  dan  qorumağı  təlqin edir. 
3. Qaraqalpaq tapmacaları 
(Kaрakaлпak жum bak лa ры)
Qaraqalpaq xalq tapmacaları da lap əski dövrlərdən gü-
nü müzə gəlib yetişən nümunələrdəndir. Bu örnəklər insan-
ların həyatında yer almış hadisələr, onların təcrübəsi, adət-
ənənə  və dünyabaxışlarını  əks etdirməkdədir. Qaraqalpaq 
cə miyyətinin hər bir mühüm mərhələsi, tarixi, siyasi, mədəni, 
mə nəvi durumu, yaşam tərzi və s. burada yaxşı şəkildə  öz 
ək sini  tapmışdır. Tapmacalarda əşya və ha 
disə nin  əlamət 
və keyfiyyətləri haqqında dolayısı ilə söhbət apa rı lır, digər 
tərəfləri isə gizlin saxlanılır. Onun belə xarakteri qarşı tərəfin 
dünyagörüş  və düşüncəsinin rəngarəngliyini, fəhminin 
çevikliyini  yoxla maq la  bağlıdır. Qaraqalpaq tapmacaları 
ayrıca olaraq 1996-cı ildə Nökisdə  nəşr olunmuşdur.
Qaraqalpaq tapmacaları son dərəcə maraqlıdır. Məsələn, 
insan dodaqları haqqında belə deyilir: «Tи десем,  тимейди», 
тиме десем, тиеди» («Dəy dedim dəymədi, dəymə dedim, 
dəydi). Gördüyü müz kimi, bu tapmacalar qaraqalpaq dilinin 
fonetik xüsusiyyətlərinə  əsa sən qurulmuşdur, burada «ti» 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
124
125
qaraqalpaqca «dəy» deməkdi, «ti» dodaqlar dəymir, amma 
«time» deyəndə, yəni «dəymə»  do daq lar  bir-birinə dəyir. 
Tapmacaların atalar sözü ilə xeyli yaxınlığı vardır. Atalar 
sözündə bitmiş fikir yığcam şəkildə ortaya qoyulduğu halda, 
tapmacalarda cavabın üstüörtülü lüyü və fantaziyanın daha 
mühümlüyü görünür. Məsələn, «Ak küşi gim ank etdi, davısı 
Hiyvağa jetti» («Ağ tüfəngim hay etdi, səsi Xivəyə getdi») 
tapmacasında qaraqalpaqlarda tüfəngin olduğunu, ondan 
istifadəni, onların Xivə xanlığı ilə münaqişə və münasibətlərini 
əks etdirir. Daha doğrusu, burada keçmiş dövrdə xalqlar 
arasındakı anlaşılmazlıqlar göstərilir. Qaraqalpaq tapmacaları 
həyatın müxtəlif sferaları ilə bağlıdır: təbiətlə, insanlarla, 
heyvanlarla, bitkilərlə, ruzigarla, ev işləriylə  və s. Məsələn, 
təbiətlə bağlı «Ak sandığım aşıldı, işinen jibek şaşıldı» («Ağ 
sandığım açıldı, İçindən ipək saçıldı» - «Günəş»),  yaxud
Biz - biz, biz edik,   
 
Biz - biz idik, biz idik,
Biz mınlağan kız edik,        
Biz minlərcə qız idik. 
Tan atkanşa jayıldık,   
Dan atan tək yayıldıq,
Tan atkan son jayıldık. (s.71)    Dan atınca yox olduq («Ulduz»).
 Qaraqalpaq tapmacaları  həyatın müxtəlif sferalarını 
çevrələyir. Məsələn, qida məhsulları ilə «Suvdan şığadı, 
Suvdan korkadı» («Sudan çıxar, Sudan qorxar»  - «Duz»), 
insanlarla bağlı «Kazanda pispes, tabaka düspes. Onu tatpas 
adam bolmas» («Qazanda bişməz, tabağa düşməz, Onu 
dadmayan adam olmaz» - «Ana südü»), bitkilərlə, ağaclarla 
bağlı «Yazda kiyinedi, kısta şeşinedi» («Yazda geyinir, Qışda 
soyunur» - «Ağac»), «Duzsuz pisken as kördim, Domalanğan 
tas kördim» («Duzsuz bişən aş gördüm, Yumalanan daş 
gördüm» - «Qovun»), ev işləri ilə bağlı söylənən tapmacalar 
«Yatsa tas, jaksa otın» («Yatsa daş, yansa odun» - «Kömür»), 
«Arkasında avzı bar, Tumsığında  közi bar» («Arxasında ağzı 
var, Təknəsində gözü var» - «Dəyirman»).     
Qeyd etdiklərimizlə  bərabər coğrafi  ərazilər, quşlar 
aləmi, təsərrüfat alətləri, maddi nemətlər, insanların maraq 
dairəsi, istifadə etdiyi əşyalar və s. bağlı da məlumatlar verən 
tapmacalar yetərincədir.  
Qaraqalpaq xalqının tarixi ilə müxtəsər tanışlıq belə bizə 
onun qədim zəngin mədəniyyəti olması ilə bağlı təsəvvürlər 
yaradır. Müxtəlif rəngarəng janrlarla təqdim olunmuş 
folklor nümunələri, xalq poeziyası, özünəməxsus musiqi və 
tətbiqi sənəti, xalq oyunları, söyləyici istedadı, jırau, baksı, 
qissəxanların  bacarıqlı  ifası  və s. qaraqalpaqların mənəvi 
mədəniyyətinin  əsasını  təşkil etmişdir. 
Qaraqalpaq folklorunun zənginliyi və rəngarəngliyi onun 
müxtəlif çoxsaylı  şifahi poetik örnəklərində - əfsanələrdə. 
rəvayətlərdə, nağıllarda, mərasim və tarixi nəğmələrdə, 
atalar sözü, zərbi məsəl, tapmaca, epik və lirik-epik 
dastanlarda və s. əksini tapmaqla, həm də onların nisbətən 
az olan yazılı abidələrini kompensasiya etmiş və etməkdədir. 
Eyni zamanda bu da bilinməlidir ki, qaraqalpaqlar digər 
türk xalqları ilə birlikdə çoxsaylı  qədim türk xalqlarının 
yaratdıqları  abidələrin sələfləri və  xələfləridir. Onların 
sırasında V-VIII əsrlər Orxon-Yenisey abidələri, Mahmud 
Kaşğarinin “Divani-luğat-it türk”, Yusuf Balasağunlunun 
“Kutadğu-bilik”,  Şeyx  Əhməd Yasəvinin “Divani hikmət”, 
“Şeyx  Əhməd Yuğnəkinin “Həqiqət çantası”, XIII əsrin 
möhtə şəm abidəsi (qıpçaq dili lüğəti) “Kumanikus”, “Oğuz-
namə” və s. vardır.
Qaraqalpaqların mənəvi həyatının müxtəlif tərəflərini 
əks etdirən qədim nümunələrin çoxu günümüzə  gəlib 
çatmamışdır. Elə buna görə də hazırkı halda qaraqalpaq xalq 
ədəbiyyatında yer almış müəlliflərin yalnız XIV-XVI əsrlərə 
aid olmasından danışa bilərik.  Əlbəttə, biz kitabın sonrakı 
səhifələrində qaraqalpaq yazılı  ədəbiyyatı, qaraqalpaq 
 
yazıçılarının  əsərlərinin xarakterik xüsusiyyətləri və s. 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə