Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə32/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
126
127
haqqında ətraflı danışacağıq. Burada isə yalnız xalqın folklor 
və epik nümunələri haqqında daha ardıcıl söhbət aparmağı 
zəruri hesab edirik.
Qaraqalpaqların tarixi, həyatı, məişəti, psixologiyası, 
duyum tərzi, yaşam fəlsəfəsi onların xalq poeziyasında daha 
yaxşı qorunub saxlanılmışdır. Təsadüfi deyildir ki, əfsanələr, 
rəvayətlər, tarixi nəğmələr, epos, hekayətlər və s., demək olar 
ki,  qaraqalpaqların erkən dövrlərində yer almış bütün tarixi  
hadisələrin, tarixi şəxsiyyətlərin adını özündə saxlayaraq 
 
dövrümüzə daşımışdır. Xalq poeziyasının belə mühüm 
cəhətini  nəzərə alan V.Q.Belinski bununla bağlı vaxtilə 
yazırdı: “Poeziya tarixə sadiqdir: tarix saxlamayanı, poeziya 
da verə bilməz”.
7
     
Qaraqalpaqların sayının az olması heç də onların  çeşidli 
folklor nümunələri yaratmasına mane olmamışdır. Türk 
xalqla rının tarix və  mədəniyyətinin  ən dəyərli tədqiqa-
tçı ların 
dan  biri olan, qazax etnoqrafı  və folklorşünası 
Ç.Ç. Valixanov  bununla bağlı  aşağıdakıları qeyd etmişdi: 
“Qaraqal paqlar  minlərlə hekayələr, hekayətlər, nəğmə  və 
tarixi nəğmələri öz yaddaşlarında qoruyub saxlamışlar. 
Qaraqalpaqlar səhralarda ilk şair və nəğməkarlar kimi böyük 
nüfuz sahibidirlər”.
8
       
Qaraqalpaq folklorunda eposda olduğu kimi kişilərlə 
bərabər həm də qadınlar böyük rol oynayırlar. Bunu biz 
qaraqalpaqların mənəvi  mədəniyyət nümunələrinin 
çoxlarında görə bilərik (“Qırx qız” eposunda Gülayim, 
Sərfinaz, digər otuz səkkiz qız, Berdağın etnoqrafik-folklor 
mahiyyətli “Şəcərə”sində  Kıyat tayfasından olan Aruxan
müyten tayfasından Ağçolpan, Berdağın qızı Hürliman 
və b. Hürliman həm də qaraqalpaqlar  içində ilk baksı – 
qadın kimi tanınmaqdadır). Bundan başqa Cuab kempir 
tayfasının başçısı olan xanı dəfələrlə aldatmış Kunqrad qızı 
haqqında  əfsanələr, Qızgetgen su kanalı, Qırxqızqala adlı 
yer, “Güldursun haqqında rəvayət”də Güldursun,Yer-Ziuar” 
dastanında Aynacamal və xan qızı Zöhriyyə, “Qurbanbəy” 
dastanında Məqsim qız və başqaları qaraqalpaqların 
həyatında qadının yüksək rolunu əks etdirməkdədir.
Qaraqalpaq epik dastanlarında, nağıllarında,  əfsanə  
və  rəvayətlərində, tarixi nəğmələrdə, yazılı  ədəbiyyat 
nümayəndələrinin  əsərlərində biz qadının, qızın nəinki 
batırların sadiq həyat yoldaşı olduğunu, həm də tayfa və 
qəbilə    başçısı, məmləkətin ağıllı  və  ədalətli hökmdarı  və 
xalqın yenilməz, cəsur xilaskarı olduğunu görə bilirik. 
Qarqalpaqların uzun əsrlər  ərzində yazılı  ədəbiyya-
tı olmamışdır. Məhz elə buna görə də folklor belə uzun bir 
zaman kəsiyində xalq yaradıcılığının  mühüm formalarından 
biri kimi, tarixin salnaməsi rolunu oynamışdır. Qaraqalpaq 
folklorunun son dərəcə zənginliyini  də bununla izah etmək 
olar. Onun belə təyinatını nəzərə ala raq qaraqal paq folkloru  
bu xalqın tarixinə müraciət zamanı ən zəngin mənbələrdən 
biri kimi çıxış etmiş və etmək dədir.    
Bu günün özündə qoca qaraqalpaqların dilində onların 
ulu babalarının  indiki Qaraqalpaqstan ərazilərinə Krımdan 
və  Cənubi Rus səhralarından gəlib yerləşmələri ilə bağlı 
əfsanə və rəvayətlərin dolaşdığını qeyd etmək lazımdır. “Biz 
buraya Krım tərəflərdən, Edil (İtil, Volqa) və Jaik (Yaik, Ural) 
sahillərindən “ata yurdu” (“aтa журты”) Türküstana (Sırdər-
yanın orta və aşağı axınlarına) gəldik, sonra yadellilərin ardı-
arası  kəsilməyən hücumlarından qorunmaq üçün əvvəl 
Yanıdəryaya, sonra Amudəryanın lap aşağı hissələrinə 
köçməyə məcbur olduq”. Bu məlumat qaraqalpaqların  orta 
əsrlər və yeni tarixi üzrə  tədqiqat aparmış tarixçi alimlərin 
qeydləri və digər yazılı tarixi mənbələrdəki məlumatlara 
uyğundur.
Qaraqalpaq tarixinin monqol dövründən sonrakı  mər-
hələsi Qızıl Orda və Noğay İttifaqı ilə (XIII-XVII əsrlər) bağlı-


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
128
129
dır. Məhz XVI əsrin sonlarında Noğay  İttifaqı    tərkibində 
qara qalpaq ların xalq kimi formalaşması  başa çatır. Qaraqal-
paq qəhrəmanlıq və lirik-epik dastanlarının (“Şəhriyar”, 
“Koblan” (müqayisə et “Koblandı-batır”), “Bozoğlan”, “Yer 
Şora”, “Yer Ziuar”, “Alpamıs” (müqayisə et “Alpamış”), 
“Qurbanbəy”, (müqayisə et “Kurmanbəy”), “Qırx qız” 
(müqayisə et qırğız “Canıl Mirzə”, qazax “Qız Jibek”) və 
s.  əksəriyyətinin  yaranması da bu dövrə aiddir. Sonralar 
qaraqalpaq folkloru bir sıra lirik-epik poemaların yaranması 
ilə daha da zənginləşmişdi. Onların sırasında “Maspatşa”, 
“Qərib aşıq” (müqayisə et türkmən  “Qərib aşıq”, Azərbaycan  
“Aşıq Qərib”, Anadolu türklərində “Aşıq Qərib”), “Yusif-
Əhməd” və s.
9
 yaxşı  məlumdur.
Qaraqalpaq xalqı uzun əsrlər  boyu yadelli işğalçılar 
əlin dən minbir məhrumiyyətlərə düçar olduğundan onun 
yarat dığı  qəhrəmanlıq poemalarında “Koblan”, “Alpamıs”, 
“Bozoğ lan”,  “Qırx qız”, “Qurbanbəy”, “Yer Ziuar” və s.  başlı-
ca  mövzu düşmənlərə qarşı mübarizə, dağınıq qaraqalpaq  
tayfa və  qəbilələrinin birləşdirilməsi, vətənin müdafiəsi, 
saf sevginin tərənnümü və s. kimi məsələlər aparıcı yer 
tutur. Məsələn, “Bozoğlan” epik poemasında  başlıca motiv 
ədalətsiz hökmdarın  mühakiməsi, ədalətin keşikçisi, Vətənin 
xilaskarı kimi çıxış etmək xalq qəhrəmanı  Bozoğlanın bütün 
davranışlarını  əks etdirməkdədir.
“Şəhriyar” lirik-epik monumental poemasında, nağıl və 
fantastik motivlərlə zəngin bu nümunədə xeyirlə şərin mü-
ba rizəsində xeyirin təntənəsi  əks olunur. “Qərib aşıq” poe-
ması bir sıra cəhətləri ilə türkmən, Azərbaycan və Anadolu 
türklə rinin  məhəbbət dastanı ilə oxşar xüsusiyyətlərə  malik 
olsa da, onun özünəməxsus milli xüsusiyyətləri  əsəri oxu-
yanlarda böyük maraq  doğurmaqdadır. “Aşıq Qərib” dastanı 
motivləri əsasında böyük bəstəkar Qliyerin “Aşıq Qərib” və 
“Şahsənəm” operettası    yazılmışdır.
   
Ədəbiyyat
1. Баяндиев Т. Каракалпакский государственный театр им. 
К.С.Стани славского.  Очерк  истории.  Ташкент, «ФАН», 1971, 
с.7.
2. Türkiyə  Dışındaki Türk Edebiyatları Antolojisi. (Nesir-
Nazım). 23.Karakalpak edebiyatı. Ankara, T.C.Kültür ve Turizm 
Bakanlığı, 2004, s.32, 33,34, 37,38, 42, 43, 44, 45, 65-69, 71.  
3.  Мамбетов  Н.  Каракалпаклардын  этнографиялык  та-
рийхы.  Нöкис, «Каракалпакстан», 1995, s. 169-172.
4.  Мамедов  Н.  Каракалпакская  литература.  Баку, «Kitab 
aləmi», 2007, s. 161-179. 
5.Каракалпак халык жумбаклары. Нокис, «Каракалпакстан 
баспасы», 1996.
6.  Потебня  А.А.  Мысль  и  язык//  Потебня  А.А.Эстетика  и 
поэтика.  М., 1976. с.196.
7. Белинский В.Г. Полн.собр.соч., Т.5. М., Изд-во АН СССР, 
1954, с.356-357. 
8. Валиханов Ч.Ч. Сочинения СПб., 1904, с. 223. 
9.  Давкараев  Н.  Очерки  по  истории  дореволюционной 
кара кал пакской  ли те  ра  туры.  Ташкент, 1959. 
Са ги тов  И.  Каракалпакский  героический  эпос.  Ташкент, 
1965. 
Мак сетов К.  Поэтика каракалпакского героического эпоса. 
Ташкент, 1965. 
Максетов  К.  Каракалпакский  эпос//  К  вопросу  о  худо-
жественных  осо бен  ностях  дастанов  и  репертуаре  Курбанбая 
Тажибаева.Ташкент, 1976. 
Аимбетов  К.  Каракалпакские  народные  сказители.  Докт. 
дисс.  Таш кент, 1965. 
Аимбетов К. Народная мудрость, Нукус, 1968.


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə