Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
66
67
onu birdəfəlik öz məmləkətindən qovur.
Buna baxmayaraq,
xanın doqquz sonsuz arvadları Gülşara üzərində qələbəni heç
də uzunmüddətli bayram edə bilmirlər. Az keçmir ki, onlar
köhnə göldə boğdurduqları uşaqların ölməyib yaşadıqların-
dan xəbər tuturlar. Belə olduqda onlar yenə də cadugər qarıya
bir də müraciət etməli olurlar. Cadugər qadının köməyi
ilə onlar bir nəfər muzdlu tutub ona uşaqları göldən tapıb
götürməyi və kisəyə qoyub məmləkətin hüdudlarından
kənara aparıb orada doğramaq əmrini verirlər. Bu muzdlu
kəs tapşırığı etsə də,
onu tam yerinə yetirmir, daha doğrusu,
uşaqları öldürmür. Əvəzində onların hər ikisini səhradakı
yolların kəsişdiyi yerdə qoyub geri qayıdır. Qayıdarkən o, bir
ceyran balasını öldürüb, ekizlərin köynəyini qana boyadıb,
onların qanlı paltarı ilə saraya gəlir. Xan arvadları bunu gö-
rüb kişini yetərincə mükafatlandırıb, körpələrin köynəklərini
yandırırlar.
Allahın Şəhriyar və Anjimə yazığı gəlir. Onlar yol ayrıcında
qoyulduğu vaxt oradan karvan keçirmiş. Karvanbaşı
körpələri görüb götürməklə, onları öz xanları Şahsuvara
gətirir. Uşaqların gözəlliyinə vurulan Şahsuvar xan və arvadı
Ağdövlət elə o andan onları övladlığa götürürlər...
Beləliklə, biz qaraqlapaq dastanlarının bir sıra xüsusiy-
yətlərinə nəzər salıb onların
xarakterik cəhətlərini, məzmun,
ideya, obrazlar sistemini və s. nəzərdən keçirdikdə belə
nəticəyə gələ bilirik ki, qaraqlapaq dastanlarının əksəriyyəti
nəzmdə olmaqla, öz ritmikliyi, qafiyə quruluşu və musiqililiyi
ilə seçilir. Qopuz və dutarın köməyi ilə ifa olunan xalq
melodiyaları vasitəsilə dinləyici və tamaşaçılara çatdırılan
bu dastanlar öz milli koloriti ilə seçilir. Qaraqalpaq jırauları
dastanları ifa edərkən yaxşı məlahətli səslə yanaşı, bəlağətli
nitqə, improvizasiya və musiqi alətlərində çalmaq istedadına
malik olurlar. Qurbanbəy Tajibəyov, Yesemurad Nurabıllayev,
Qiyas Xeyrəddinov, Capaq Şamuradov, Qaracan Kabulov,
Xocambergen Niyazov, Ataniyaz Ayimbetov və b.
məhz belə
məharətli ifaçı və söyləyicilərdən olmuşlar.
Qaraqalpaq jıraularının epik repertuarı yetərincə zəngin
və rəngarəngdir. Onların hər biri neçə-neçə dastanları əzbər
bilir, onlarca nəğmələri qopuz və dutarla bacarıqla ifa edirlər.
Qaraqalpaq xalq jıraularının və baksılarının canlı yaradıcılığı
ənənəvi xalq eposunu bizim dövrümüzdə də xalq içində hələ
də qorunub saxlanıldığını sübut edir. Müasir mədəniyyətin –
teatrın, müsiqinin, radionun, televiziyanın, texniki vasitələrin,
SD
və kompakt disklərin, kompüterin, internet şəbəkələrinin
geniş yayıldığı, sürətli urbanizasiya prosesləri getdiyi bir
dövrdə qaraqalpaq dastanlarının yaşadılması, onların xalqın
ənənəvi mədəniyyətinə verdiyi dəyərin bariz nümunəsi kimi
qiymətləndirilməlidir.
Ədəbiyyat
1. Нурмухамедов М.К., Жданко Т.К., Камалов С.Л. Карака-
л паки (краткий очерк истории с древнейших времен да наших
дней) Ташкент, ФАН. 1971, s. 58.
2. Давкараев Н. Очерки по истории дореволюционной кА-
ра калпакской литературы. Ташкент, 1959.
Сагитов И. Каракалпакский героический эпос. Ташкент,
1962.
Аимбетов К. Народная мудрость. Нукус, 1968.
Сагитов И.Т. Каракалпак кахраманлык эпосы. Нöкис, 1963.
Максетов К. Поэтика каракалпакского героического эпоса.
Ташкент, 1965.
3. Максетов К.М. Каракалпакский эпос. Ташкент, “ФАН”,
1976, s. 6.
4. Максетов К.М. Каракалпакский эпос. Ташкент, «ФАН»,
1976, с.40.
5. Максетов К.М. Героический эпос, с. 64.
6. Кобланды – батыр. М., Восточн.лит., 1975.
7. Липец Р.С. «Завоеванная женщина» в тюркско-
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
68
69
монгольском эпосе// Фольклор и историческая этнография.
М., 1983, с.44
8. Сказание о Шарьяре. Каракалпакская народная поэма.
Записана со слов народного сказителя Кулемета жырау//
Антология каракалпакской поэзии. Ташкент, «Худож.лит.»,
1968.
9. Изеукей менен Моразым// Башкорт халык ижады. Т.VIII
Юфю, «Китап», 2006, с. 398-452.
«Идукай и Мурадым»// В краю поющих журавлей. Уфа,
«Граффити», 1998.
IV. «QIRX QIZ» VƏ ONUN
QARAQALPAQ XALQININ TARİXİNDƏ
VƏ BƏDİİ YADDAŞINDA YERİ
«Qırx qız» - çoxqatlı və çoxplanlı tarixi, etnoqrafik və
folklor nümunəsi kimi. «Qırx qız», onun yaranma tarixi
və qaraqalpaq xalqının bədii yaddaşında yeri. Eposun
qədim folklor-etnoqrafik mən bə ləri. Poemanın struktur-
kompozisiya xüsusiyyət ləri. «Qırx qız»ın ideya-məzmun
özünəməxsusluğu. «Qırx qız»ın qırğız qəhrə manlıq poeması
«Canıl Mirzə» ilə səsləşmələri. Eposun iki istiqamət xətti.
Qaraqalpaq dastançıları (Jien Jırau, Qurbanbəy Tajıbəyov)
xalq epik dastanlarının söyləyiciləri kimi. «Qırx qız»
eposunun S.Somova və A.Tarkovski tərcümələri. “Qırx
qız”ın A. Tarkovski variantına söykənmiş Ə. Salahzadənin
Azərbaycan dilinə etdiyi tərcümə. Əsərin orijinalının iki rus
və Azərbaycan tərcüməsi ilə müqayisəsi.Gülayim dastanın
baş qəhrəmanı kimi. Arslan, Sərfinaz, Allahyar bəy, kalmık
xanı Surtayşa, Nadir şah obrazları. Eposda mifoloji və nağıl
motivləri. Eposun bəzi məqamlarının «Avesta», «Kitabi-
Dədə Qorqud», «Şahnamə» və digər əsərlərlə əlaqələri.
«Qırx qız» qəhrəmanlıq poeması – qaraqalpaq xalqının
mühüm bədii nü mu nə sidir. Bu əsər son dərəcə çoxqatlı və
çoxplanlı tarixi-etnoqrafik və folklor abidəsidir. Əsərdə
həm uzaq keçmiş, həm də dövrümüzə yaxın tarixi proseslər,
Türküstan vilayətində, Xarəzm xanlığında
gedən hadisələr
əksini tapmışdır.
«Qırx qız» poeması elə bir mənbədir ki, oradan qaraqalpaq
xalqı uzun əsrlər, bəlkə də minilliklər ərzində məhz öz tarixini,
onu əhatə edən dünyanı dərk etmişdir. Əsərin məzmunu