Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə18/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
70
71
olduqca zəngindir. Bu əsərdə qaraqalpaq xalqının yadellilərə 
qarşı mübarizəsi, qaraqalpaqların arzu və istəkləri, düşüncə 
və azadlıq mübarizəsi əks olunmuşdur.
Bu qaraqalpaq dastanı bizə Türküstanda yaşayan, yaxud 
qaraqalpaqların Qafqaz dağlarındakı  əfsanəvi səyahətləri, 
qaraqalpaq qəbilələri- müytenlərdən olan Taminin həyatı və 
b.  əcdadları haqqında məlumatlar çatdırır, onun təpəgözlə 
möcüzəli döyüşləri, buludlardan çox-çox yuxarılarda 
gəzintisi, amazonka qızlar dəstəsindən olan Gülayimin öz 
doğma vətəninin müdafiəsi və s. bağlı mübarizəsini  əks 
etdirir.
Bununla belə, epik dastanların söz sənəti olduğunu 
da yada salsaq, əsərdə kifayət qədər bədii priyomlardan 
istifadə olunduğunu da qeyd etməliyik. Epik dastanlarda 
ümumiləşdirmələr daha çox olduğundan təsvir olunmuş 
hadisələrdə zamanın bəzi anlarının dövrümüzə yaxınlaş-
dırılması da mövcuddur  (belə hadisələr tarixi nöqteyi-
nəzərdən ümumi hadisələri əks etdirməklə, epik dastanlarda 
həm də qəhrəmanlıqla lirik məzmunu biz real tarixi gerçəkliyin 
poetik ümumiləşdir mələrində tapırıq). Belə priyomlar, 
personifikasiya, hiperbolizasiya, kontami nasiya, hadisələrin 
və obrazların şişirdilməsi, tarixi xronologiyanın bir dövrdən 
başqa dövrə keçirilməsi bir xalqın adının digər xalqın adı ilə 
əvəzlənməsi ilə  də gedir. Məsələn, Orta Asiya xalqlarının 
folklorunda tez-tez kalmıkların yürüşləri haqqında söhbət 
gedir ki, bəzi hallarda bu yürüşlər Çingiz xanın viranedici və 
dağıdıcı yürüşlərini də arxada qoyur və belə olduğu halda 
monqollarla kalmıkların obrazları kontaminasiya olunur.
1
  
Hər bir epik abidədə belə priyomlar özünəməx sus  şəkildə 
təqdim olunmaqdadır.
Qeyd edək ki, folklor insan cəmiyyətinin ilkin dövrlərin-
dəki inkişafında xalq düşüncəsinin, xalq şüurunun sosial-
etnik icmanın olduqca mühüm ifadəçisi kimi çıxış edirdi. 
Sabit yazılı  ənənəyə malik olmayan xalqların (xüsusən, 
qaraqalpaqların) həyatında folklorun bu xüsusiyyəti xeyli 
dərəcədə qorunub saxlanılmışdır. 
Qəbilələrin mənşəyi ilə bağlı  əfsanələrdə onların 
geneologiyası ilə bağlı  hər bir xalqın etnik şüuru özünü 
əks etdirir. Burada onların  keçdiyi etnik yola nəzər salınır, 
onların digər xalqlarla qohumluq  əlaqələri və s. məsələlər 
diqqət mərkəzinə çəkilir. Bu tipli əfsanələrdə  əsasən bu və 
ya digər xalqın  əcdadının tərkibinə dair komponentlərdə  
onların mənşəyi göstərilir. Məsələn, böyük qazax maarifçisi
etnoqrafı və folklorşünası Ç.Ç.Valixanovun əsərində öz əksini 
tapmış özbək şəcərələrində özbəklərin əcdadlarından  söhbət 
getdikdə matiyan lardan («moti yan») yəni e.ə. VI əsrdən I əsrə 
qədər Cənubi Azərbay canın Urmiya gölü ətrafı  ərazisində 
yaşamış  qəbilələrin də adı  çəkilir. Bu bir daha sübut edir 
ki, Ön Asiya və  oğuz komponentləri doğrudan da digər 
xalqların (yəni özbəklərin, qaraqalpaqların, türkmənlərin) 
etnogenezində  iştirak etmişdir.
Tarixi mənbələr kimi həm də xalqın tayfa-qəbilə strukturu  
və eləcə  də xalq geneologiyası haqqında məlumatlar yer 
tutur. Mənbələr müasir qaraqalpaq xalqının keçmiş tayfa-
qəbilə strukturu haqqında  da məlumatları özündə  əks 
etdirməkdədir. Bununla belə onlar eyni zamanda həm də 
folklor formasına uyğunlaşdırılır. Məsə lən,  qaraqalpaq 
 
şairi Berdağın «Şəcərə» poemasında  qaraqal paq ların qəbilə 
bölgüsü aşağıdakı kimi göstərilir: 
Müyten, Kunqrad, Xıtay, Qıpçaq,
Keneges, Manqıt ağ bıçaq,
Altı qaraqalpaq qəbiləsi,
Məhrum oldu elindən
*

*Azərbaycan dilində nümunə gətirilmiş şeir parçalarının tərcüməsi kitabın müəllifinə məxsusdur


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
72
73
Yenidən  «Qırx qız» poemasına qayıdaq. Beləliklə, 
Amudəryanın aşağı hissəsində  və  Sırdərya deltasında lap 
qədim zamanlardan üzü bəri qaraqalpaq amazonkaları, 
Xarəzmlə bağlı,  onların etnik köklərinə gedib çıxan əfsanələr 
mövcud olmuşdur. Bu əfsanələrdən  biri də məhz  «Qırx qız» 
epik dastanı idi. Dastan  qaraqalpaq – müytenlər haqqındadır. 
Qaraqalpaq türklərinin zəngin və  rəngarəng epik 
repertuarında bu xalqın digər nümunələri («Qurbanbəy», 
«Yer Ziuar», «Goroğlu», «Koblan» və s.) ilə yanaşı, «Qırx 
qız» dastanının yeri müstəsnadır. Belə ki, bu dastan nəinki 
qaraqalpaq, bütün türk xalqları,  şərq, həm də Avropa 
dastanları  sırasında ideyası, məzmunu, strukturu, obrazlar 
sistemi ilə tamamilə  fərqli və orijinal bir problemi özündə 
əks etdirməkdədir. Müxtəlif jıraular (söyləyicilər) tərəfindən 
ifa edilən, onların repertuarından köçürülən çeşidli yazılı 
variantlarda mövcud olan bu dastan günümüzə  uğurlu 
şəkildə çatdırılmışdır. Dastanın ilkin yazılı variantı 1938-ci 
ilə aid edilməklə onu Qurbanbəy Tajibəyovdan eposşünaslar 
S.Mevlenov,  Ş.Xocaniyazov və A.Bekimbetov 250000 misra 
həcmində  qələmə almışlar. Dastan 1948-ci ildə özbəkcə
2

1949-cu ildə qaraqalpaqca, elə  həmin ildəcə S.Somovanın 
tərcüməsində rus dilində
3
  nəşr olunmuşdur. Bundan sonra 
isə əsər ardıcıl olaraq qazax, türkmən, qırğız və digər dillərdə 
səsləndirilmişdir. Dastanın ikinci variantı 1960-cı ildə Qiyas 
jıraudan K.Maksetov tərəfindən 13000 misradan ibarət 
olmaqla yazıya alınmışdır.
Sayı  cəmi 600-650 min civarında olan qaraqalpaq 
türklərinin 50-yə yaxın qəhrəmanlıq və lirik-romantik 
dastanları olub onların hamısı xalq yaddaşında özünəməxsus 
yer tutsa da, «Qırx qız» poeması  qədər populyarı, oxucu, 
dinləyici, tamaşaçı diqqəti cəlb edəni olmamışdır. Bu dastan 
qaraqalpaq dastanşünasları ilə yanaşı, həm də özbək, rus, 
fransız, türk, alman və digər xalqların tədqiqatçılarının 
diqqətini də  məşğul etmişdir. Onun müxtəlif tərəfləri 
araşdırçımaları  özünə cəlb etsə də, dastandakı dini motivlər 
indiyədək təhlil obyekti kimi çıxış etməmişdir. Elə buna görə 
də «Qırx qız» dastanında dini motivlərin özünü necə  əks 
etdirməsinə  nəzər salmaq da maraq doğura bilər.
«Qırx qız» dastanını müxtəlif yönlərdən təhlil edən 
tədqiqatçılar bir qayda olaraq əsərdə yer alan dini 
motivlərdən və inanc elementlərindən (övliyalara, pirlərə, 
ocaqlara, peyğəmbərə, xudaya, tanrıya, yaradana, Allaha 
müraciətlərdən) yan keçməyə çalışmışlar. Bununla belə 
dastan mətni ilə yaxından tanış olduqda biz burada məişət, 
həyat, adət, ənənə və s. sıx bağlı olan məqamlarla yanaşı, dini 
motivlərlə də yetərincə tez-tez rastlaşırıq. Bəri başdan qeyd 
edək ki, əlimizdə olan bu dastan qaraqalpaqların müyten 
adlı boyundan Jien Jıraudan, onun çırağı hesab edilən 
Xalmurad jırau götürmüş  və onu 60 il sərasər ifa etmişdir. 
Xalmurad jıraudan isə  Şankay jırau  dastanı  mənimsəmiş, 
o da 56 il bir üzü üstündə  onu əzbər söyləmişdir. Dastan 
Şankay jıraudan Kazakbay jırauya keçmiş, o da Şankay kimi 
bu poemanı düz 56 il oxumuşdur. Dastan və onun müxtəlif 
variantları haqqında daha geniş danışmaq olardı, lakin 
biz təhlillərimizi «Qırx qız» dastanının Həsən Begimovun 
Qurbanbəy jıraunın söylədiyi variant üzərində aparmağı 
məqbul hesab etmişik. Yeri gəlmişkən bildirək ki, bu variant 
Nazim Davkarayev adına (o, yorulmaz və istedadlı folklor 
toplayıcısı  və araşdırıcısı, böyük mədəniyyət və  ədəbiyyat 
xadimi olmuşdur)  Qaraqalpaqstan Dil və Ədəbiyyat İnstitutu 
və «Qara qalpaq folkloru» seriyasının VI cildində 1980-ci ildə 
Nökişdə nəşr olunmuş dastan dörd fəsil və 17810 misradan 
ibarətdir.
4
 
«Qırx qız» dastanının, o cümlədən qaraqalpaq dastan-
la rının tanınmış  tədqiqatçılarından olan K.M.Maksetovun 
1976-cı ildə Daşkənddə  nəşr etdirdiyi «Qaraqalpaq eposu» 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə