Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə63/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   57   58   59   60   61   62   63   64   65
Öz Az dili və nitq mədəniyyəti

65. Etibarnamə və onun növləri


Etibarnamə - Bu söz ərəb sözü olan etibar və fars gəlməsi olan namə sözlərindən ibarətdir. Etibar ərəbcə çoxmənalı sözdür: a) nəzərə alma, əhəmiyyət vermə; b) hörmət ve nüfuz; c) etimad. Namə isə farsca məktub, əsər mənasındadır. Bütövlükdə etibarnamə zaminlik kağızı, etibar etmə sənədi mənası
verir. a. Mahiyyəti Etibarnamə hər hansı bir işin icrasını bir tərəfin (etibar edən, etibarnaməni verən) başqa bir nəfərə (etibar edilənə, etibarnamə alana) etibar etdiyini bildirən sənəddir. Sənəd hüquqi əhəmiyyət daşıyır. Etibar edilən şəxs etibar edilən işi icra etməyə borcludur. Hər hansı bir səbəbdən icra edə bilmədikdə etibar edənə mütləq məlumat verməlidir.
Məzmunu Etibarnamələr müxtəlif məzmunda ola bilər. Səlahiyyət həcminə görə etibarnamələrin 3 növü qeyd edilir: konkret bir işi görmək üçün birdəfəlik etibarnamə verilir. Buna birdəfəlik etibarnamə deyilir. Bir nəfər imkanı olmadığı üçün Əmək haqqını, ev orderini, mükafatı ala bilmədikdə istədiyi adama etibarnamə verir ki, bu birdəfəlik etibarnamə adlanır. Xüsusi etibarnamə müəssisə rəhbəri tərəfindən müəssisənin hüquq məsləhətçisinə verilir. Arbitraj iqtisad məhkəməsində etibar edilən etibarnaməni qeydiyyatdan keçirərək təmsil etdiyi müəssisənin hüquqlarını mənafeyini qoruyur. Bundan əlavə, ümumi və baş etibarnamə də vardır ki, bu etibarnamənin səlahiyyəti daha böyükdür. Son vaxtlar belə etibarnamələr daha çox avtomobillər üçün verilir. Baş etibarnamə mülkiyyətin başqa növlərini də idarə etmək üçün verilə bilər. Məsələn, sürülərin, ilxıların, evlərin və başqa əmlakın idarə edilməsi üçün verilən etibarnamələr 3 il müddətinə verilir. Əgər etibarnamədə idarə etmə müddəti göstərilməyibsə, onda həmin etibarnamə verildiyi gündən bir il keçdikdən sonra öz əhəmiyyətini itirmiş olur. Etibarnaməni verən şəxsin ünvanı, habelə pasport və ya onu əvəz edən sənəd haqqında məlumat etibarnaməni alanın adı, atasının adı va soyadı, ünvanı haqqında məlumat da etibarnamənin məzmununa aiddir.
Forması Etibarnamənin (xüsusən baş etibarnamənin) xüsusi forması olur və notarius tərəfindən təsdiq edilir. Birdəfəlik etibarnamə vəkalətnaməyə çox oxşayır. Birdəfəlik etibarnamədə vərəqin ortasında
«Etibarnamə» sözü yazılır. Aşağıdakı sətirdə sol tərəfdə etibarnamə yazıldığı şəhər, həmin sətirdə, vərəqin sağ tərəfində etibarnamənin verildiyi tarix göstərilir. Etibarnamənin məzmunu qurtardıqdan sonra etibar edən şəxs onu imzalayır. Əgər tərəflər bir müəssisədəndirsə, müəssisənin kadrlar şöbəsinin rəisi və ya rəhbəri tərəfindən, əgər tərəflər müxtəlif idarə və təşkilatlara aiddirsə onda etibarnaməni notarius təsdiq edir.

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə