Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə61/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   57   58   59   60   61   62   63   64   65
Öz Az dili və nitq mədəniyyəti

36. Müqavilə, məzmunu, forması, dili


"Müqavilə" ərəb mənşəli söz olub, "qarşılıqlı razılaşma", "anlaşma" deməkdir. Məzmununa görə müqavilənin müxtəlif növləri vardır: sülh müqaviləsi, ticarət müqaviləsi, təhsil müqaviləsi, icarə müqaviləsi və s. Müqavilələr müəyyən şərtlərlə bağlanır və hər iki tərəfin nümayəndələri tərəfindən təsdiqlənir. Müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və nəzərdə tutulmuş vaxta qədər qüvvədə qalır. Müqavilələr dörd nüsxədə tərtib edilir və hər tərəfdə eyni qüvvəyə malik 2 nüsxə saxlanılır.
Müqavilə iki hissədən ibarətdir mü- qarşılıqlı, qövlisə söz, sözləşmə, razılaşma mənasındadır. Müqavilə qarşılıqlı razılaşma deməkdir.
Mahiyyəti tərəflərin mülki hüquqda bu və ya digər sahədə hüquq və vəzifələrini qarşılıqlı şəkildə tənzimləyir. Yəni tərəflər hər hansı bir məsələ ətrafında razılığa gəlir və həmin razılığı qarşılıqlı şəkildə sənədləşdirirlər. Müqavilə, öhdəlik yaranması üçün əsasdır.
Məzmunu - Başqa sənədlər kimi müqavilənin də məzmunu onun forması növü ilə bağlıdır. Müqavilədə iki və çox tərəf ola bilər. Müqavilənin məzmununa aşağıdakı hüquqi anlayışlar daxil olur. 1)
Müqavilənin predmeti; 2) Tərəflərin hüquq və vəzifələri; 3) (Əgər maddi əsasda bağlanırsa) ödəmə forması; 4) Tərəflərin məsuliyyəti; 5) Mübahisələrin həlli qaydası; 6) Müqavilənin müddəti. Bağlanma qaydasından və xarakterindən asılı olaraq müqavilənin üç növü qeyd olunur. 1) Konsensual (razılaşma) müqavilə; 2) Real müqavilə (razılıqdan əlavə əşyanm başqasına verilməsi şərti ilə - Məsələn, daşımaq, istifadə etmək, bağlanan müqavilə; 3) Formal müqavilə (belə müqavilə yazılı tortib edilir və notarius tasdiq edir, tərəflər müqavilənin şərtlərini yerinə yetirməyə borcludur.
Müqavilənin forması Müqavilənin növü ilə bağlı adı vərəqin ortasında yazılır. Məsələn, İcarə müqaviləsi, əmlakın verilmə müqaviləsi. Aşağıdakı şərtda sol tərəfdə müqavilə bağlanan şəhər. Sağ tərəfdə isə müqavilə bağlanan tarix göstərilir. Adətən müqavilə blankları təşkilatların özündə hazır şəkildə olur. Müqaviləyə girən tərəflər sadəcə onun suallanna cavab yazır.

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə