Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə58/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   54   55   56   57   58   59   60   61   ...   65
Öz Az dili və nitq mədəniyyəti

88. Reklam, elan, bildiriş


Bildiriş əməli yazıların sadə və çox işlənən formasıdır. Anons, bildiriş, afişa, reklam və s. kimi əməli yazılar elan xarakterlidir.
Məzmun və məqsədinə, eləcə də əhatə dairəsinə görə bildiriş-elanlar müxtəlifdir. Bildiriş hər hansı bir tədbir (hadisə) haqqında müəyyən kollektivə və ya ictimayyətə əvvəlcədən verilən məlumat anlamındadır.
Bildiriş (elan) yazılarkən aşağıdakı məqamlar diqqət mərkəzində saxlanmalıdır:

  1. Vərəqin ortasında böyük hərflə "Bildiriş" yazılır;

  2. Məlumatın mahiyyəti, məzmunu aydın və dəqiq olmalıdır;

  3. Ayın tarixi, saatı və il dəqiq qeyd edilməlidir;

  4. Tədbirin keçiriləcəyi yer, ünvan (ərazi, bina), lazım gələrsə təşkilatın yerləşdiyi otağın nömrəsi, varsa telefonu göstərilir;

  5. Məlumatın kim tərəfindən verildiyi bilinməlidir;

  6. Məlumatda hər hansı bir məsələ gizli saxlanıla bilər. Bildiriş respublika və ya şəhər miqyaslı olarsa qəzetdə, radio və televiziyada da verilə bilər.

53. Əmr. Əmrin mahiyyəti, məzmunu və forması


"Əmr" sözü ərəb mənşəli olub iş, şey, sərəncam mənasındadır, bir işin görülməsi üçün verilən hökm, göstərişdir. Bu əməli yazı forması idarə, müəssisə, təşkilat və s. rəhbərinin rəsmi sərəncamıdır.
Əmr müəssisənin xüsusi əmr blankında çap olunur. Vərəqin birinci sətrində əmr verən müəssisənin adı göstərilir. İkinci sətirdə böyük hərflə "Əmr" sözü yazılır. üçüncu sətirdə sol tərəfdən əmrin verildiyi tarix, sağ tərəfdə isə əmrin verildiyi şəhərin adı qeyd edilir. Altında aşağıdan əmrin verilmə səbəbi və ya məqsədi açıqlanır. Ondan aşağıdakı sətirdə vərəqin ortasında "əmr edirəm" sözləri gəlir. Sonra əmrin məzmunu verilir. Əmrin aşağı hissə-sində əmrin əsası yazılır. Sonra əmri verən məsul şəxsin vəzifəsi, titulu, adı və atasının adlarının baş hərfləri və soyadı göstərilir. Rəhbərin imzasından sonra əmri hazırlayanın və əmri verməyə razılığı olan şəxsin imzası qeyd edilir. Əmrin icrası ilə bağlı qurumlara göndərilməsi haqqında göstəriş olur.
İdarə rəhbərinin, məktəb direktorunun (rektorun) əmri, işə qəbul etmə, işdən xaric etmə, müəyyən iş tapşırma, komissiya yaratma, tədbir keçirmə və s. kimi əmrlər vardır.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə