Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Mahiyyəti - hər hansı bir iş və ya hadisəni qanuniləşdirib ona hüquqi sənəd statusu verməkdir. Məzmunu



Yüklə 129,04 Kb.
səhifə56/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   52   53   54   55   56   57   58   59   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Mahiyyəti - hər hansı bir iş və ya hadisəni qanuniləşdirib ona hüquqi sənəd statusu verməkdir.
Məzmunu - Akt imzaları ilə təsdiq edilən bir neçə nəfər tərəfindən tərtib edilir. Müəyyən bir həqiqəti üzə çıxarmaq üçün aktı tərtib edənlərdən ibarət komissiya yaradılır. Xüsusi təftiş komissiyasının hazırladığı akt aidiyyati ali orqana təqdim edilir.

Aktın forması:


  1. Aktın birinci səhifəsinin sağ tərəfindən yuxarı vəzifəli şəxsin təsdiq etdiyi qeyd verilir.

  2. Akt sözü vərəqin yuxarı hissəsində ortada, böyük hərflə yazılır.

  3. Sonrakı sətirdə solda ayın tarixi-gün, ay, il, sağda aktın tərtib olunduğu yer göstərilir.

  4. Aktı tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır.

  5. Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir:

  6. Yoxlamanın müddəti həm rəqəmlə, həm də sözlə qeyd olunur.

  7. Aktın sonunda nəticə verilir və məsuliyyət daşıyan şəxs göstərilir.

  8. Sonda aktı tərtib edənlər onu imzaları ilə təsdiqləyirlər.

89. Stenoqram. Annotasiya


Annotasiya latınca "annotamik" sözündən olub "qeyd aparmaq", "əlavə etmək" deməkdir.
Annotasiyanın mahiyyəti-hər hansı bədii və ya elmi əsər, eləcə də dərslik, dərs vəsaiti, məqalə, tamaşa və s. haqqında qabaqcadan müəllifin və ya işə məsul şəxsin məlumatını, işin məzmununu qısa şəkildə şərh etməkdir.
Annotasiyanın məzmunu hissəsində əsərin müəllifi, janrı, həcmi, məzmunu haqqında məlumat verilir. Annotasiyada əsərə (kitaba) qısaca rəy də verilə bilər.
Forması. Vərəqin ortasında annotasiya sözü yazılır, ondan aşağıda müəllifin adı, atasının adı və soyadı göstərilir. Sonrakı sətirdə əsərin mövzusu, nəşriyyatın adı, nəşr ili, həcmi göstərilir.
Stenoqrafiya protokolun böyük qardaşıdır. Protokolun bütün vəzifələrini stenoqrafiya yerinə yetirir. Doğrudur, artıq audio-video texnika stenografi- yanı sıxışdırmışdır. Amma onun haqqında da məlumatlı olmaq lazımdır. Stenoqrafiya iki sözdən yunanca steno - sıx və grafia – yazıram sözlərindən ibarətdir. Elə böyük bir rəsmi məclis olmazdı ki, onun gedişi stenoqramlaşdırılmasm. Stenoqrafiya ilk dəfə qədim Misirdə meydana gəlmiş, sonralar Yunanıstanda va Romada təkmilləşmişdir. Qədim dövrün məşhur natiqi Siseronun qulu və şəxsi katibi Tiron Misir stenoqramları əsasında yeni latın dilinə uyğun bir yazı sistemi yaratmışdır. Tiron bu yazı sistemini başqalarına da öyrətmişdi. Tironun sagirdləri isɔ yeni eradan avval 63-cü ilda dekabrın 5-də Katonun Toiolina aleyhinə ittiham nitqini stenoqramlaş- dırmışdır. Bu hadisədən 2000 il sonra 1937-ci ildə Londonda müxtəlif ölkələrin stenoqrafları bu yubileyi qeyd etmişlər. Rusiyada stenografiya XVIII əsrdə, Azərbaycanda isə XX əsrdə meydana gəlmişdir. Stenoqrafik yazı adi yazıdan 4-5 dəfə sürətlə yazılır. Adi templə yazan adam isə dəqiqədə cəmi 20 söz yaza bilər. Məruzə və mühazirələrdə, rəsmi nitqlərdə isə sürət daha böyük olur. Belə ki, natiqlər dəqiqədə 120 söz deyə bilir. Deməli adi yazı ilə natiqin sözlərinin 6/1-ni yazmaq olar. Buna görə də sürətli yazı nəinki zaruri, hətta tələbatdır. Stenoqrafiyanın aşağıdakı üstünlükləri vardır.

  1. Stenoqrafik yazıda dəqiqədə 120-125 söz yazmaq olur. Deməli ən sürətlə danışan natiqin nitqini belə yazıb çatdırmaq olur.

  2. Stenoqrafik yazıda bütün hadisələr də qeyd edilir. Məsələn, Yerdən səslər, salonda həyacan, natiq əsəbiləşir və s. kimi sözlər də yazılır. Amma indi audio-video texnika stenoqrafiyanı, demək olar ki, sıradan çıxarıb.

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə