Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə53/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   49   50   51   52   53   54   55   56   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Ümumi hissədə məktublaşan şəxslərin əhvali-ruhiyyəsi, vəziyyəti öz əksini tapır: Yaz görüm, universitetdə işlərin necədir? Dərslərini necə oxuyursan? Məndən narahat olma, yavaş-yavaş sağalıram.
Fərqləndirici hissədə məktubun əsas məqsədi, qayəsi verilməlidir: Mən anamın arzusunu yerinə yetirmək üçün gecə-gündüz çalışıram. İnşaallah, bu il Bakı Dövlət Universitetinə qəbul olaram. Sən də məktəb dərslərinə fikir ver, anamı incitmə.
Yekunlaşdırıcı hissədə, məktubun sonluğunda: Hör-mətli müəllim, sağ olun! Sizi narahat etdiyim üçün məni bağışlayın və ya Hələlik, sağ olun. Sizə uğurlar arzulayıram! ifadələrindən istifadə etməklə məktubu yekunlaşdırmaq olar.
Epistolyar üslubun dilinin sadəliyi, anlaşıqlı olması, fikrin aydın ifadə olunması, yaxud mürəkkəb və qəliz olması müəllifin savad dərəcəsi, dünyagörüşünün genişliyi yaxud məhdudluğu ilə əlaqədardır.
  1. Rəsmi-kargüzarlıq üslubunun səciyyəvi xüsusiyyətləri


Rəsmi-işgüzar üslub elə bir dil təzahürüdür ki, o, dövlətin rəsmi sənədlərinin və hər bir şəxsin hazırlaya biləcəyi işgüzar sənədlərin dilini əhatə edir. Bu üslubu bəzən inzibati üslub da adlandırırlar. Rəsmi üslub, əsasən, standartlığı ilə digər üslublardan fərqlənir. Buna bəzən rəsmi-əməli üslub da deyilir. Bu üslubda yazılan hər hansı bir sənəd rəsmi tərzdə yazılır. Məhz standartlıq, şablonçuluq da buradan əmələ gəlir. Yazılan fərmanlar, əmr, qərar, hökm, protokol, qətnamə və sair sənəd növü rəsmi üslubun tərkib hissəsidir.
Bədii üslubda özünə əsas yer tutan fərdiləşmə rəsmi üslub üçün xarakterik deyildir. Məsələn, vəsiqə, protokol, əmr, nizamnamə, məlumat, mətbuatda verilən rəsmi məlumat və bu kimi sənədlərin fərdiləşmiş üslubu ola bilməz. Əksinə, bəzən bu və ya digər şəkildə ümumi şablondan uzaqlaşma halları belə sənədlərin üslubca pozulması hesab olunur.
Hal-hazırda Azərbaycan dövlətinin müstəqilliyi, bütün idarə və müəssisələrdə Azərbaycan dilinin tətbiqi və nüfuzunun güclənməsi bu üslubun funksional imkanlarını xeyli genişləndirmiş, onun milliliyini qüvvətləndirmişdir. Bir faktı da qeyd etmək lazımdır ki, vaxtilə ərəb-fars dillərinin, keçən əsrdə isə rus dilinin dövlət dilimiz olan Azərbaycan dilini sıxışdırması nəticəsində dilimizin, xüsu-sən, onun rəsmi-işgüzar üslubunun tam gücü ilə fəaliyyətinə imkan verilməmiş, onun milliliyinə müəyyən qədər xələl gəlmişdir. Dövlətimizin, ana dilinə gündən-günə artan qayğısı sayəsində rəsmi-işgüzar üsluba olan münasibət də dəyişmişdir. Artıq birmənalı şəkildə dövlət təşkilatlarında, siyasi partiyalarda, idarə və müəssisələrdə, beynəlxalq yazışmalarda ünsiyyət məhz bu dildə aparıldığından Azərbaycan dilinin dövlət dili kimi tam işləkliyindən danışmaq mümkündür.
Rəsmi-işgüzar üslubun bir sıra normaları vardır ki, bunlar da onun əsas xarakterini müəyyən edir. Bu üslub lüğət tərkibinin yığcamlığı və əski sintaktik konstruksiyaların, müəyyən qədər arxaik leksika ünsürlərinin özünü göstərməsi ilə seçilir. Rəsmi-işgüzar üslub standartlaşmış formalara malikdir; onda uzun illərdən bəri ―qəlibləşmiş söz və ifadələrə rast gəlinir ki, bu da təbii haldır. Bu üslubun dili dəqiq, sadə, lakonik, ardıcıl və inandırıcıdır. Rəsmi-işgüzar üslubda köhnəlmiş sözlərə, arqo və jarqonlara, loru sözlərə, dialektizmlərə və arxaizmlərə emosional-obrazlı ifadələrə, çoxmənalılığa, demək olar ki, yer verilmir. Bu üslubdakı sənədlərin dili ümumi ədəbi dilinin fonetik, leklsik və qrammatik normalarına uyğun gəlməlidir. Bu üslubda fikrin dəqiq, düzgün, sistemli, ardıcıl, tam və birmənalı ifadəsinə riayət edilməlidir.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə