Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə51/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   47   48   49   50   51   52   53   54   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Məişət üslubu


Məişət üslubu insanların gündəlik həyatı, məişəti, ailə qayğıları ilə bağlıdır. İnsanlar bu dil vasitəsilə bir-biri ilə hal-əhval tutur, salamlaşır, evdə, telefonda, küçədə öz gündəlik işlərindən danışırlar. Hər şeydən əvvəl, bu üslubu loru danışıqdan və dialekt danışığından fərqləndirmək lazımdır. Burada dəbdəbəli nitqdən deyil, sadə, sərbəst danışıqdan istifadə olunur. Məişət üslubunun əsas əlaməti nitqin sərbəstliyidir.
İnsan təbii olaraq necə danışırsa, məişət üslubunda da elə danışır. İnsanlar görüşəndə, bir-birinə məlumat verəndə, müəyyən bir məsələ barəsində ya üzbəüz, ya telefonla danışarkən məişət üslubunda danışır, yersiz, lüzumsuz şəkildə kitab cümlələrindən istifadə etmirlər.
Lakin bu o demək deyildir ki, məişət üslubunda danışarkən normalardan tamamilə kənara çıxılmalıdır. Burada da ədəbi dildə olduğu kimi, hər sözü, hər ifadəni işlətmək olmaz. Bu dil sərbəst olsa da, mədəni, səliqəli danışıqdır.
Metodik ədəbiyyatda məişət üslubuna aid deyilənləri bu şəkildə ümumiləşdirmək olar:

    1. nitqin məzmunu konkret və müəyyəndir. Abstraksiya bu üslubun təbiətinə yaddır;

    2. İfadə, şərhetmə sərbəstdir, sadə və təbiidir;

    3. Nitqin predmetinə, deyilənlərə müəllifin subyektiv münasibəti ifadə olunur. Nitq, əsasən, dialoqlar şəklində qurulur;

    4. Danışıq nitqinin emosionallığı nitqin qurulmasına təsir edir, beləliklə, bu üslub da özünəməxsus cümlə tipləri, sintaktik konstruksiyaların seçilib işlənməsini şərtləndirir...;

    5. Dil vasitələrinin işlənməsi baxımından müəyyən konkret şəraitdə standartlılıq, şablon ifadələrin seçilməsi də danışıq üslubunda özünü göstərən üslubi xüsusiyyətlərdən biridir.

Nitq etiketlərindən geniş istifadə də bu üsluba xas olan əlamətlərdəndir: Sağ olun! Hələlik! Sabahınız xeyir! Gecəniz xeyrə qalsın!
Hiss-həyəcan bildirən söz və ifadələr də çox işlənir; məs. : Ay xoş gəlmisən! Vay səni... Ürəkdən şadam! Kişisən də!... Belə de! Boş söhbətdir...
Məişət-danışıq üslubu xalq həyatına dərindən bələd olan şair və yazıçıların dilində özünü daha aydın şəkildə göstərir.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə