Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə48/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   44   45   46   47   48   49   50   51   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Mübaliğə(şişirtmə) .Burada əhvalat, hadisə və ya predmet əslində olduğundan xeyli qabarıq verilir, şişirdilir. Şifahi nitqdə, o cümlədən xalq ədəbiyyatı nümunələrində mübaliğədən çox istifadə edilir; məs.:Koroğlu dastanında qəhrəmanların gücü, qüvvəti, yeməyi, nərəsi, Qırat və Düratın dərya atı cinsindən olması, Kitabi-Dədə Qorqud qəhrəmanlarının təsviri, yeməyi, Təpəgözə oxun batmaması, qılıncın onu kəsməməsi, Qaraca Çobanın sapandı mübaliğəli təsvir olunur.
Bədii təsvir vasitələrindən biri də istiarə adlanır. Buna metafor da deyilir. Bu təsvir vasitəsinin xüsusiyyəti odur ki, əşyanın, hadisənin adı çəkilmədən onun əlaməti digər bir əşya və ya hadisə üzərinə köçürülür. Əslində metafor təşbehə oxşayır, amma ondan mücərrəddir, çünki müqayisə edilən əşya və hadisələrdən biri gizlədilir. Məs.: Yaşıl köynəyini geyinir meşə..., Şaxta buzlu dili ilə onun üzünü yalayırdı ―Yalamaq canlıya aid xüsusiyyətdir, bu əlamətin şaxtanın üzərinə köçürülməsi istiarənin (metaforun) yaranmasına səbəb olub və s.
Kinayə ədəbiyyatşünaslıqda ironiya da adlanır. Bədii əsərdə hər hansı söz və ya ifadənin zahirən müsbət şəkildə deyilib, mənfi məna bildirməsi kinayə adlanır. Kinayə ilə deyilən sözlər sakit deyildiyi üçün daha dərin və ciddi məna kəsb edir. Ədəbiyyatda gülüş yaratmağa xidmət edən kinayə satirik və yumoristik olur. Böyük satira ustası M. Ə. Sabirin şeirlərində həm satirik, həm də yumorlu kinayədən istifadə edilmişdir. Məs.: Ay alan, məmləkəti-Rey satıram; Fəhlə, özünü sən də bir insanmı sanırsan?! Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
Bədii üslubda məcazlardan başqa, bədii və estetik zövqü artırmaq, təsiri qüvvətləndirmək, müxtəlif emosional hisslər ifadə etmək üçün bir sıra sözlərin və frazemlərin seçilməsi və məqamında işlədilməsi də mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə də bədii üslubda dilin lüğət tərkibində olan bir sıra semantik söz qruplarından, çoxmənalı sözlərdən, omonim, sinonim və antonim, hətta personajların dilində qeyri-işlək leksikaya daxil olan dialektizmlərdən, arxaizm, tarixizm, neologizmlərdən də istifadə olunur. Hər hansı bir obrazın xarakterik xüsusiyyətlərini göstərmək üçün yazıçı və ya şairin kobud sözlərdən və vulqar ifadələrdən də yararlanması bədii məqsədə xidmət edir. Əslində dildə olan mədəni və ya qeyri-mədəni sözlərin işlədilməsi o dilin təbiiliyindən irəli gəlir və obyektiv zərurət kimi meydana çıxır.
Bədii üslubun 3 təzahür forması var: o, şeir dili, nəsr dili və dramaturgiya dili kimi meydana çıxır. Şeir dili ahəngə, bölgüyə malik, qafiyələnən dildir; nəsr dili müəyyən süjetə malik təhkiyənin - hekayənin, povestin, romanın və s. dilidir. Dramaturgiya dili isə monoloq və dialoqlardan ibarət səhnə dilidir.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə