Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Azərbaycan dilinin funksional üslubları + 69. Şifahi nitqdə üslubların işlənmə dairəsi



Yüklə 129,04 Kb.
səhifə46/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   42   43   44   45   46   47   48   49   ...   65
Öz Az dili və nitq mədəniyyəti

75. Azərbaycan dilinin funksional üslubları + 69. Şifahi nitqdə üslubların işlənmə dairəsi


Dil vasitələrinin məqsədyönlü işlədilməsi və dilin üslubi imkanlarını öyrənən elmi üslubiyyat adlan- dırırlar. Üslub və üslubiyyat anlayışları paralel işlənsə də, birinci üsul, tərz, ikincisi isə müxtəlif sahələrə aid üslublardan bəhs edən elm mənasında işlədilir. Üslub bəzən dəstxət, yol mənalarını da özündə ehtiva edir; məs.: Sabir üslubu, C.Məmmədquluzadə üslubu, klassik üslub. Dilin üslubiyyatı dedikdə, dil vasitələrindən ümumi və ya xüsusi baxımdan istifadə başa düşülməlidir. Bu zaman funksional üslublar və ya fərdi üslub meydana çıxır. Üslubiyyat nitq mədəniyyəti ilə sıx bağlıdır. Üslubiyyatın bir elm kimi
qədimliyinə Aristotelin ―Ritorika əsərində rast gəlirik. Aristotelin fikrincə, ―üslubun qiyməti onun aydınlığındadır... Əgər nitq aydın deyilsə, deməli, danışan öz məqsədinə nail ola bilməz. Üslub həddindən çox alçaq, həddindən çox yüksək olmamalıdır, lakin nitqin mövzusuna müvafiq gəlməlidir.
Azərbaycanın filoloji fikir tarixində də üslubiyyat bir sıra filoloq alim, şair və yazıçıların diqqətini cəlb etmişdir. 1933-cü ildə A.Tağızadə və X.S.Xocayev ―Müxtəsər üslubiyyat kitabını yazmışlar. Prof. Ə.Dəmirçizadə bu sahədə fundamental tədqiqatlar müəllifidir. Üslubiyyat onun vasitəsilə bir elm kimi tədqiq olunmuş və BDU-da tədris edilmişdir.
Azərbaycan dilinin funksional üslublar sisteminə aşağıdakı üslublar daxil edilir: bədii üslub,elmi üslub, publisistik üslub, rəsmi-işgüzar üslub, məişət üslubu, epistolyar üslub.
Hər bir üslub özünəməxsus səciyyəvi əlamətləri ilə digərindən seçilir. Məsələn, obrazlılıq, emosional- ekspressivlik daha çox bədii üsluba aiddir. Termin bolluğu, elmi-nəzəri mülahizələr, mətn sintaksisində çətinliyin olması elmi üsluba xasdır. İctimai-kütləvi xarakterli olmaq, kütlə üçün anlaşıqlı nitq publisistik üsluba aiddir, məişət üslubu sərbəst nitq formasıdır, bir sıra nitq etiketlərinə malikdir. Rəsmi- işgüzar üslub standart formalara malikdir, birmənalılıq və şablon ifadə formaları burada əsas yer tutur. Epistolyar üslub daha çox yazışma ünsiyyətini əks etdirir, məktubların yazılmasında əsas rol oynayır; bu, bir növ, uzaq məsafədə yaşayan şəxslərin yazılı söhbətidir. Üslubların hamısı eyni dilin fonetik, leksik, qrammatik, eləcə də orfoqrafik və orfoepik qaydalarına tabedir.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə