Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə45/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   41   42   43   44   45   46   47   48   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Yəqinlik bildirənlər: əlbəttə (ki), şübhəsiz (ki), sözsüz (ki), düzü, doğrudan da, həqiqətən də. Güman, şübhə bildirən: bəlkə (də), deyəsən, görünür, ehtimal ki, ola bilsin (ki), gərək ki.. Təəssüf bildirənlər: əfsus (ki), heyf (ki), çox təəssüf, təəssüf ki.
Fikrin mənbəyinə, kimə aid olduğunu bildirənlər: məncə, səncə, bizcə, mənim fikrimcə, deyilənə görə, eşitdiyimə görə.
Nəticə bildirənlər və nitqin hissələri arasında əlaqəni göstərənlər: nəhayət, yaxşı, beləliklə, Ümumiyyətlə, deməli, xülasə, qısası, əvvəla, birincisi, ikincisi, əksinə, Qeyd: Bütün ara sözlər modal sözdür, ancaq bütün ara sözlər modal söz deyil, çünki ara sözlər modal sözlərdən başqa, söz birləşməsi və cümlələrlə də ifadə oluna bilir. Məsələn: necə deyərlər, sözün doğrusu və s.

64. Sadə cümlədə söz sırası və intonasiya + 67. Cümlənin baş üzvlərinin nitqin qurulmasında rolu + 73. Cümlədə söz sırasının pozulması


Cümlədə sözlərin, söz sırasının düzülüşü dedikdə onların müəyyən qanunauyğunluq və ardıcıllıqla yerləşməsi nəzərdə tutulur. Dilimizin qrammatik quruluşuna görə uzlaşma əlaqəsində tabeedici söz tabe sözdən, idarə və yanaşma əlaqələrində isə tabe söz tabeedici sözdən əvvəl gəlir: xəbər cümlənin axırında, mübtəda isə xəbərdən əvvəl işlənir. Tamamlıq mübtəda ilə xəbərin arasında gəlir. Zərflik əsasən cümlənin əvvəlində, tərzi-hərəkət, kəmiyyət, səbəb və məqsəd zərflikləri isə cümlənin sonuna yaxın tabeedici sözdən əvvəl yerləşir. Təyin aid olduğu cümlə üzvündən əvvəl durur. Lakin bu qanun yazı dilinin başqa üslublarına, eləcə də şifahi dildə bilərəkdən və ya bilməyərəkdən pozulur.
Cümlənin baş üzvləri olan mübtədaxəbərin yeri dilimizin quruluşuna görə məlumdur, yəni əvvəlcə mübtəda, sonra xəbər gəlməlidir. Lakin cümlənin quruluşundan, intonasiyasından, ifadə olunan məqsəd və məntiqi vurğudan asılı olaraq onların işlənmə yerində dəyişiklik ola bilər.
Adi nəqli cümlədə mübtəda xəbərdən əvvəl gəlir, bu qayda dilin elmi üslubuna, nəsr əsərlərində müəllifin təhkiyə dilinə, birinci şəxsin dili ilə nəql edilən təsviri məqamlara, dram əsərlərinin remarkalarına aiddir.
Avtobus dayandı, sərnişinlər düşdü. Əhməd dostunu çağırdı və s. kimi sakit intonasiya ilə deyilən müxtəsər nəqli cümlələrdə, eləcə də sadə geniş cümlələrdə - Ordumuz vətəni və dövləti qorumağa hazırdır. Rəşid anasına məktub göndərmişdi – mübtədanın xəbərdən əvvəl işlənməsi dilimizdə norma daxilindədir.
Lakin bəzi hallarda zərfliklər bütün cümləyə aid olduqda və ya mübtədanın təyini olanda həmin üzvlər mübtədadan əvvəl işlənir. Məs: Bu gün Tofiq dərsə gecikmişdi. Stadionda futbolçular oynayırdılar.
Belə hal həmcins mübtəda, yaxud həmcins xəbərlərə də aiddir: Vasif və Vaqif qalib gəldikləri oyundan sonra şadlanır, sevinir və bir-birini təbrik edirdilər. Günlər, həftələr, aylar keçdi, ondan xəbər çıxmadı.
Nəqli cümlələrdən fərqli olaraq xəbəri felin əmr şəkli ilə ifadə olunan nida cümlələrində xəbər cümlənin əvvəlində, mübtəda isə axırda işlənir: Yalvarma, yalvarma o cəllada sən! Hələ baş əyməmiş bu böyük vətən!
Bu tip cümlələrdə mübtəda ilə xəbərin yerini dəyişsək nitqdəki ifadəlilik, emosionallıq hədsiz dərəcədə zəifləyər, nitq prosesi öz gözəlliyindən məhrum olar.
Bəzi hallarda xəbərlə başlayan cümlələrdə mübtədanın işlədilməsinə ehtiyac qalmır. Məs: Sakit olun, uşaqlar. Düş aşağı. Gəl, ardımca gəl.

  1. Bədii əsərlərdə dialoqlarda xəbəri kimdir, nədir əvəzlikləri ilə ifadə olunan sual cümlələrində xəbər mübtədadan əvvəl gəlir. Məs: Kimdir danışan? Nədir bunlar? Sizsiniz işləyənlərə mane olanlar?

  2. Mübtəda ilə xəbərin sırasının pozulmasına şeir dilində daha çox rast gəlirik. Şeir dilində inversiya vəznin və qafiyənin tələbinə görə pozulur.




Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə