Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə42/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   38   39   40   41   42   43   44   45   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Sintaktik yolla söz yaradıcılığı


Məlumdur ki, dilin lüğət tərkibinin zənginləşməsi, başlıca olaraq, yeni sözlərin yaranması hesabına olur. Müasir Azərbaycan ədəbi dilində yeni söz və ifadələr müxtəlif şəkildə bir sıra üsullarla yaradılır. Bunların ən ümum məqbulu aşağıdakılardır:

    1. leksik yolla,

    2. semantik yolla,

    3. morfoloji yolla,

    4. sintaktik yolla.

SİNTAKTİK YOLLA SÖZ YARADILMASI
Dilin sintaktik imkanları əsasında əmələ gələn yeni sözlər sintaktik yolla yaranan sözlər adlanır. Bu yolla yeni söz yaradılarkən iki və daha artıq sözün birləşməsindən istifadə edilir, məsələn: qaranquş (ikisözlü), əlüzyuyan (üçsözlü). Sintaktik yolla iki sözün birləşməsindən ibarət yeni sözlər yaradılması dilimiz üçün daha xarakterikdir. Müasir Azərbaycan ədəbi dilində sintaktik yolla yeni söz yaradılmasının iki üsulu vardır:

  1. Leksik-sintaktik üsulla söz yaradılması. Bu qayda ilə yaranan sözlərdə heç bir morfoloji vasitədən istifadə olunmur. Burada ancaq leksemlər - leksik vahidlər birləşərək sintaktik əlaqə əsasında yeni söz əmələ gətirir, məsələn: İstisu, ağciyər, qayınata, şəkərçörək, şüşəbənd, beşdaş və s.

  2. Leksik-qrammatik üsulla söz yaradılması. Bu üsulla əmələ gələn sözlərdə istər leksik, istərsə də qrammatik şəkilçilərdən istifadə olunur. Belə ki, sözlər birləşdirilərkən komponentlərə bu və ya digər şəkilçi qoşularaq sintaktik əlaqə əsasında yeni söz yaranır; məsələn:

    1. ahəngə görə-1,-1,-u,-ü şəkilçisinin artırılması ilə: dəvəquşu, quşotu, suiti, ayaqqabı, qarğıdalı vəs.

    2. birinci komponentə -dan,-dən sözdəyişdirici, ikinci komponenti isə -ma , mə sözdüzəldici şəkilçisinin artırılması ilə: anadangəlmə, göydəndüşmə və s.

    3. ikinci komponentə (fellərə) -an,-ən şəkilçisinin artırılması ilə: uzaqgörən, ağacdələn, taxıldöyən və s.


  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə