Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Cümlənin məqsəd və informasiyaya görə növləri



Yüklə 129,04 Kb.
səhifə40/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   36   37   38   39   40   41   42   43   ...   65
Öz Az dili və nitq mədəniyyəti

58. Cümlənin məqsəd və informasiyaya görə növləri


Cümlə müxtəlif parametrlərlə müxtəlif qruplara bölünür. Ən geniş yayılmış meyar cümlənin quruluşudur. Quruluşuna görə cümlələr sadə və mürəkkəb olaraq iki qrupa bölünür. Sadəmürəkkəblik anlayışı cümlənin qrammatik əsası ilə müəyyənləşdirilir. Əgər cümlənin bir qrammatik əsası vardırsa, belə cümlə sadə hesab edilir. Əgər bir geniş fikir bir neçə qrammatik əsasla ifadə edilirsə, belə cümlələrə mürəkkəb cümlə deyilir.
Sadə cümlə. Bir qrammatik əsası olan cümlələrə sadə cümlə deyilir. Sadə cümlənin predikativ sintaqmı da bir olur. Sadə cümlələri məqsəd və avaza görə, bir də üzvlərin iştirakına görə bölmək olar. Məqsəd və intonasiya (avaza) görə sadə cümlələr aşağıdakı qruplara bölünür: nəqli, sual, nida və əmr.
Nəqli cümlədə əşya və hadisələr haqqında müəyyən məlumat verilir, fikir ya təsdiq, ya da inkar edilir, məlumat adı təsviri xarakterdə olur. Biz fikrimizi bildirərkən əsasən nəqli cümlələrə üstünlük veririk, dinləyiciyə öz fikirlərimizi nəqli formada çatdırırıq. Nəqli cümlələrdə əsas məqsəd dinləyicidə müəyyən fikir oyatmaq, müəyyən hadisəni, əhvalatı adi intonasiya ilə nəql etmək, məlumat verməkdir. Yazılı nitqdə də bu vəziyyət qorunub saxlanılır
Nida cümləsi. Nida cümlələri nəqli, sual və əmr cümlələrinin yüksək hiss, həyəcanla ifadə olunduğu vaxt yaranır, danışanın emosional, ekspressiv vəziyyətini bildirir. Danışan nida cümləsi vasitəsilə özünün həyəcanını (qorxu, təəccüb, nifrət, qəzəb, alqış, qarğış, çağırış, heyrət, şübhə, istehza, vahimə, kin, hirs, sevinc, mərhəmət, mehribanlıq, kədər, qəm, qüssə və s. kimi halları) ifadə edir. Nida cümlələri intonasiyanın yüksək tonla ifadə edilməsini, cümlədə həyəcan bildirən sözün kəskin şəkildə söylənilməsini tələb edir. Misallar: Eşit, inanma! Arifə bir işarə! Dəlidir, başını vursun divara! Dəliyə yel ver, əlinə bel! Dostlar! Uğur olsun sizə! Alqış sizin uğurunuza! Nida cümlələri nida sözlərinin və intonasiyanın köməyi ilə əmələ gəlir.
Sual cümləsi müəyyən bir məlumat almaq üçün verilir. Sual cümlələri ya sual intonasiyası, ya sual əvəzlikləri, ya da sual ədatlarının köməyi ilə əmələ gəlir. Bədii əsərlərdə yazıçı diqqəti müəyyən şəxsə və ya hadisəyə yönəltmək məqsədilə suallardan istifadə edir: Ayrılarmı könül candan? Kim bilir neçədir dünyanın yaşı? Nədir gözəllərdə bu işvə, bu naz?
Sual cümlələrində ritorik növ də vardır ki, bu növdə cavab gözlənilmir. Məsələn, Kim ki ev yıxa, onu allah yaxacağını kim bilmir?
Əmr cümləsi. Təkid, tələb, məsləhət, nəsihət və s. ifadə edən cümlələrə əmr cümləsi deyilir. Əmr və xahişi icra etmək məqsədilə işlədilən əmr cümləsi qəti əmrdən xahiş və nəsihətə qədər müxtəlif
çalarlıqları ifadə edir. Əmr cümləsi felin əmr şəkli ilə düzəlir. Adi tonla deyilən əmr cümləsinin sonunda yazıda nöqtə, yüksək tonla tələffüz edildikdə nida işarəsi qoyulur. A kişi, mən sənə nə dedim! Əgər bir acı söz dedimsə, allah mənim dilimi yandırsın. Çıx-çıx! Qapıdan çəkilin! Adə, görmürsüznüz stulları, əyləşin də! Ey, sən içəri keçmə!
Əmr cümlələrində qəti əmrdən əlavə xahiş, nəsihət, yalvarış, istək, arzu, öyüd də ifadə oluna bilir: Dövlət bəy, yalvarıram sizə, bir də mənimlə görüşməyə can atmayınız.

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə