Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə39/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   35   36   37   38   39   40   41   42   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Daglig Garabakh onomastik vahidi ingilis dilinin oxunuş qaydalarına görə “Dəqliq Qarabəx” kimi tələffüz olunacaqdır. İnternet səhifələrində “Qarabağ” fərqli yazılış formalarında qeydə alınır. Məsələn, GARABAGH. KARABAKH. Bəzi saytlarda rus dilindən götürülmüş “Naqornıy Qarabax” sözünün transliterasiyasından istifadə edilir.
Bütün qeyd edilən fərqli yazılışların əksəriyyəti Azərbaycan onomastik vahidlərinin ingilis və başqa Avropa dillərində yazılışı ilə bağlı normaların qəbul edilməməsindən irəli gəlir.
Məlumdur ki, iki və daha artıq dilin əlaqəsi nəticəsində dil normalarının pozulması və yeni xüsusiyyətlər kəsb etməsi hadisəsi interferensiya adlanır. İnterferensiya zamanı bir dilin daxili modelləri başqa dilin modelləri əsasında düzəlir. Əlaqədə olan dillərdən birinin daxili modeli digərinin daxili modelinin yerini tuta bilir. Adətən, dominant dilin modeli digərinə keçir.
İngilis dilində onomastik vahidlərin oxunuş qaydaları, normaları məlumdur. Belə onomastik vahidlər başqa dillərə ötürülərkən transkripsiya və transliterasiyadan istifadə olunur. Lakin transkripsiya və transliterasiya zamanı da onomastik vahidlərin başqa dillərdə ingilis dilinin normalarına uyğun şəkildə tələffüzü müəyyən çətinliklərə səbəb olur.
Wilbur [wilbə] ingilis dilində işlənən şəxs adıdır. Ad rus dilində Uilbur kimi yazılır və bu yazılışa uyğun şəkildə də tələffüz olunur. Rus dili vasitəsi ilə Azərbaycan dilinə keçdiyinə görə bu ad dilimizdə rus dilinə uyğun şəkildə yazılır və tələffüz edilir: Uilbur.

54. Alınma sözlər hesabına lüğət tərkibinin zənginləşməsi+76. Alınma sözlərin dilimizə keçmə səbəbləri


Alınma sözlər dildə böyük rol oynayır. Müasir dövrdə elə bir dil yoxdur ki, onun lüğət tərkibi yalnız öz sözlərindən ibarət olsun. Əgər belə bir dil olarsa, deməli o, inkişaf etməmişdir. Müasir inkişafla alaqadar olaraq xalqlar bir-biri ilə elmi, mədəni, iqtisadi, siyasi cəhətdən sıx əlaqədardır. Bu dillərin də yaxınlaşması, birinin digərinə söz verməsi üçün zəmin yaradır.
Bəzən dilimizin lüğət tərkibindən çoxlu arab-fars, rus və Avropa sözlari olduğundan məyus olurlar ki, öz sözümüz azdır. Buna heç bir əsas yoxdur. Çünki neçə əsrlərdən bəri dilimizə keçmiş ərəb və fars mənşəli sözlər artıq vətəndaşlıq hüququ qazanmışdır. İndi xüsusi filoloji məlumatı olmayan çox adam maktab, kitab, hakim, sinif, kadar, qam, zalım, mazlum, eşq, aşiq, mayuq və s. yüzlərlə belə sözlərin ərəb mənşəli olduğunu bilmir.
Başqa dildən sözalmanın iki üsulu vardır: Birinci: alınma vasitəsiz keçmə. Alınma sözlər bir dildən başqa birisinə üçüncü dilin iştirakı olmadan keçir. Belə sözlər az təhrif olunmuş olur. Masalan,1. Rus dilindən alınma sözlər: traktor, kombayn, kolxoz, samovar, komsomol və s. 2. Fars dilindən: şəkər, kandar, kargüzar, xakəndaz, payəndaz, dilbar, xatkeş, rəngsaz, sənətkar, cafakar və s. 3. Ərəb dilindən
fars dilinə, fars dilindən də Azərbaycan dilinə keçən sözlər. Qeyd etmək lazımdır ki, azərbaycanlılar ərəblərlə birbaşa əlaqədar olmadıqları kimi, Azərbaycan dili də ərəb dili ilə birbaşa əlaqədə olmamışdır. Doğrudur, ərəblər istər xilafət dövründə, istərsə də XIV asra qədər Azərbaycanda nüfuzu olduğu vaxtlar dilimizə bəzi ərəb sözləri keçmişdir. Amma farslar bu iki xalq arasında olduğu kimi, fars dili də ərəb va Azərbaycan dilləri arasında orta mövqedə dayanmışdır. Yeri gəlmişkən, demək lazımdır ki, biz, hatta islam dinini də fars traktovkasında qəbul etmişik. Bu cəhətin dildə əksini bir də onda görmək olar ki, ərəb sözləri dilimizə çoxlu fars dili şəkilçisi artırılaraq gəlmişdir. Məsələn, zülmkar, cafakeş, balakeş, saatsaz, əlaqədar, azabkeş, kadarnak, suratbaz və s. Ərəb sözləri dilimizin fonetik qanunlarını qəbul etdikdan sonra özününküləşmişdir. Azərbaycan dilində ərəb mənşəli sözlər: eşq, aşiq, maşuq, hökm, hakim, mahkum, hakim, tahkim, mühakimə, elm, alim, malum, cəhd, cahid, cahl, cahil, zülm, zahm, məzlum və s.
Başqa dildən sözalmanın ikinci üsulu – üçüncü dilin vasitəsilə sözlərin keçməsidir. Belə sözlərə qısaca olaraq gəlmə sözlər demək olar. Çünki onlar bir dildən başqasına keçib sonra, üçüncü dilə keçir. Bu mənada Azərbaycan dilinin gəlmə sözlər hesabına zənginləşməsində rus dilinin böyük rolu olmuşdur.

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə