Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə35/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   31   32   33   34   35   36   37   38   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Leksik sinonimlər. Yalnız bir sözdən ibarət olan sinonimlərə leksik sinonimlər deyilir. Leksik sinonimlərə nisbətən sintaktik sinonimlik yaranması üçün daha geniş imkan vardır.
Sintaktik sinonimlərdə bütün cümlə sinonim məqamında İşlənir. Məsələn, O, mənim qardaşımı öldürtmüşdü, mən də onun ağzını torpağa qadadım. Birinci cümlədə öldürmək əvəzinə ağzını torpağa qadamaq, ikinci cümlədə səsi kəsilmək - ölmək əvəzinə işlədilmişdir. Gözlərini əbədi yummaq, dünyasını dəyişmək, dünyadan köçmək, o dünyaya təşrif aparmaq, cəhənnəmə vasil olmaq və s. misallarda ölmək hadisəsi üslubi-sinonimlər şəklində verilmişdir. Xarici dillərdə də sinonimlər geniş yayılıb.
  1. Antonimlər, antiteza və oksimoronların üslubi imkanları


Antonim ǝks ad deməkdir. Antonim həyatın özündəki ziddiyətləri əks etdirmək üçün yaranmışdır. İnsan təfəkküründə əks anlayışlar olduğu kimi, dildə də əkslikləri ifadə etmək üçün sözlər olmalıdır.Antonimliklə inkarlığı eyniləşdirmək olmaz. Məs., yaxşıdır-yaxşı deyil, getmak-getmamak va s. aks mana bildirirsa da, onları antonim hesab etmək olmaz. Çünki antonim əks adla (iki sözlǝ) ifadə edildiyi halda, inkarlıq bir (eyni) sözün müxtəlif formada işlədilməsidir.
Antonimlər leksikkontekstual olaraq iki qrupa bölünür. Leksik antonimlər daha geniş yayılmışdır. Məsələn: cənnət - cəhənnəm də var. Dünən - bu gün varıq, keçmiş – gələcək, isti - soyuq su.

Kontekstual antonimlər.


Leksik antonimlər elə anlayışları ifadə edir ki, onlar bütün məqamlarda və ayrılıqda əks manalar ifadə edir. Kontekstual antonimlər isə yalnız mətn daxilində antonim funksiyasında çıxış edir. Yəni belə sözlər müəyyən mətn içərisində qarşı-qarşıya qoyulmuş vəziyyətdə antonim olur. Mas., qan və su sözləri ayrılıqda antonim deyil. Amma Damarımızdakı qandır, su deyil. cümləsindəki qanla su mətndaxili antonimlərdir.
Antiteza - bədii ədəbiyyatda və natiqlik sənətində üslub vasitəsi; bədii təsiri gücləndirmək məqsədi ilə əks mənalı fikirlərin, anlayış və obrazların qarşı-qarşıya qoyulması. Antitezalar açıq şəkildə ifadə olunan kontrastlardır. Bu özünü antonimlərdə daha çox büruzə verir. Antitezadan Əsərin adında da istifadə olunur: "Eşq və intiqam", "Qilinc və qələm”
Oksimoron, bir-biriylə ziddiyyət təşkil edən və ya tamamilə zidd iki anlayışın bir yerdə istifadə edilməsi və bu şəkildə yaradılmış ifadədir. Bəzən mənanı qüvvətləndirmək üçün və ya ədəbi sənət məqsədiylə istifadə edilir, bəzən də hal-hazırda istifadə edilən bir anlayışı tənqid etmək və ya lağ etmək üçün istifadə edilir. Bununla birlikdə -paradokslar kimi- oksimoron saxlayan cümlələrə də rast gəlinir.səssizliyin səsi, gerçək yalanlar, səssizcə qışqırmaq, üzmək bilməyən balıq, bucaqlı dairə, elmi- fantastika, irsi sonsuzluq, xüsusi xalq avtobusu, sabit dəyişən, tərəfsiz tərəfdar, təbii aktyorluq, yaşayan ölü, gecənin aydınlığı, gündüzün qaranlığı, pis şans, görən kor.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə