Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Dialekt sözlərin və terminlərin işlənmə dairəsi + 74. Dialekt sözlərin ədəbi dilə təsiri



Yüklə 129,04 Kb.
səhifə32/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   28   29   30   31   32   33   34   35   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Dialekt sözlərin və terminlərin işlənmə dairəsi + 74. Dialekt sözlərin ədəbi dilə təsiri


Terminlər yalnız dilin lüğət tərkibində olub, fonda çox nadir hallarda keçir. Terminləri adi ümumişlək sözlərdən fərqləndirmək lazımdır. Əvvələn, terminlərin işlənmə dairəsi çox məhduddur. Onlar yalnız elmin bu və ya digər dar çərçivəsində işlədilir. Hər bir elmin öz terminləri olmalıdır. Bu terminləri yalnız həmin elm sahəsi ilə bağlı olan adamlar başa düşür. Məs., mübtəda, xəbər, omonim və s. dilçiliyin; tasbeh, istiarə, vəzn, qafiyə, tərkibband, taziyanə və s. ədəbiyyatşünaslığın; sirroz, infarkt və
s. tibb elminin işlətdiyi terminlərdir. Bu sözlər - terminlər adi danışıqda başa düşülmür. Bunları işlətdikdə dildə ağırlıq yaranır. Təkcə ədəbi dilin elmi üslubunda terminlərdən istifadə edilir.
Terminləri adi sözlərdən fərqləndirən xüsusiyyətlərdən biri də onların funksiyasıdır. Reprezentativ finksiya terminlərin əsas funksiyasıdır. Bu funksiya tələb edir ki, terminlər aid olduğu anlayışı dəqiq, birmənalı və müstəqil şəkildə ifadə etsin. Buna görə də terminlərdə çoxmənalılığa yol vermək olmaz.
Bəzən terminlərdə ortaqlılıq ola bilər. Yəni eyni termindən iki və daha çox elm istifadə edə bilər. Məs.,tembr, tezlik, amplituda və s. həm fizikanın, həm də dilçiliyin işlətdiyi terminlərdir. Ortaq terminlər elmlərin bir-biri ilə əlaqələnməsi nəticəsində meydana gəlir.
Bəzən isə termin öz mənası ilə əlaqədar olaraq, iki elm üçün ortaq şəkildə işlənir. Mas., qoşma hom dilçilikdə, həm da ədəbiyyatşünaslıqda işlədilir. Dilçilikdə dil vahidləri qoşulduğu, sonra əlavə edildiyi
üçün, ədəbiyyatşünaslıqda isə şeir növü olaraq qoşulduğu üçün işlədilmiş, sonra har bandi dörd misradan ibarət şeir növünə deyilmişdir.
Dialekt sözləri. Ayrı-ayrı bölgələrin, rayon və kəndlərin şivələrində işlənən sözlər dialektizmlər adlanır. Xüsusi sözlər qrupuna daxil olan şivə sözləri məhdud ərazi dairəsində işlənir və əsasən də həmin məhəlli dairədə anlaşılır. Məs.: çatı (kəndir), qaysaq (üz bağlama), maş (lobya), nimdər (döşəkçə)və s.
Dialektizmlər əsasən ədəbi dildə işlədilməyən sözlərdir, bədii əsərlərdə isə dialektizmlər üslubi xarakterlidir, yerli kolorit yaratmaq, surətin nitqini fərdiləşdirmək, onun haralı olmasını bildirmək üçün istifadə olunur. Məsələn, M.İbrahimov “Kəndçi qızı” komediyasında öz qəhrəmanını Şəki dialektində danışdırır (“gəlib” əvəzinə “gəlitdi”, “alar” əvəzinə “ha indicə alıtdı”, “anam” əvəzinə “ciyim” işlədir).
Yazıçılar bir çox hallarda surətlərin haralı olduğunu bildirmək üçün dialektizmlərdən istifadə edirlər. Dialekt, şivə, ləhcə sözlərini müəyyən ərazidə yaşayanlar, dialekt sahibləri başa düşdükləri üçün onlardan istifadə ədəbi dil qaydalarına, deməli nitq mədəniyyətinə ziddir və onlar nitqin başa düşülməsində çətinlik yaradır, bəzi hallarda gülüş doğurur. Buna görə də şivə sözlərinin bədii əsərlərdə işlədilməsinəbaxmayaraq ədəbi dildə, gündəlik nitqimizdə anlaşılmazlıq yaratdığına görə onlardan istifadəyə ehtiyac yoxdur.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə