Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə29/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   25   26   27   28   29   30   31   32   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Terminoloji lüğətlər. Hər bir elmin öz terminlər sistemi vardır ki, bunların mənasını izah edən lüğətlərə terminolojilüğətlər deyilir. Məsələn, «Ədəbiyyatşünaslıq terminləri lüğəti», <

  • İzahlı lüğətlər. İzahlı lüğətlər, əsasən, birdilli olur, bir dildə işlədilən söz va sabit söz birləşmələrini izah edir. Məsələn,dörd cildlik «Azərbaycan dilinin izahlı lüğəti» və s.

  • Etimoloji lüğətlər. Belə lüğətlər dildə işlənən etimonların ilkin haqiqi mənasını öyrənən lüğətlərdir. Belə lüğətlər bir, iki və ya çoxdilli ola bilər. Məsələn, <

  • Ensiklopedik lüğətlər. Ensiklopedik lüğətlər formasına görə izahlı lüğələrdən fərqlənmir. Amma mazmununa, əhatə dairəsinə görə öz mükəmməlliyi ilə izahlı lüğətlərdən seçilir. Əgər başqa lüğətləri bir nəfər tərtib edə bilirsə, ensiklopedik lüğətləri böyük bir qrup tartib edir. Çünki burada bütün elm və sənət sahələrinə, terminlərə, toponimik və antroponimik adlara aid dürüst məlumat vermək lazım gəlir.

    Bunlardan başqa, tezlik, omonim, antonim, sinonim, tarixi və s. lüğət növləri də vardır.

    Lüğətlərin tərtibi prinsipi.


    Tətbiqi dilçiliyin xüsusi sahəsi kimi, lüğətçilik üzrə bütün dünya dilçi-leksikograflarının əməl etdiyi xüsusi prinsiplər sistemi hazırlanmışdır. Bütün lüğətlərin tərtibində baş prinsip- Əlifba prinsipidir. Bu prinsip lüğətdən istifadə məsələsini asanlaşdırır. İkinci prinsip izahedici lüğətlərin məqalə hissəsinə aiddir. Burada çoxmənalı sözlərin izahı verilərkən lüğəvi məna yuvasına yaxınlıq asas götürülüb, sözlər izah edilir.
    1. Lüğət tərkibi və lüğət fondunun qarşılıqlı əlaqəsi


    Dilin lüğət tərkibinin tədqiqi problemi leksikologiyanın ən mühüm vəzifələrindəndir. Lüğət tərkibi dildə olan bütün sözlərin və sabit birləşmələrin məcmusudur. Hər hansı bir dildə danışanların hamısının mənasını bildiyi və bilmədiyi sözlər və sabit söz birləşmələri həmin dilin lüğət tərkibini təşkil edir. Dilin lüğət tərkibində sözlərin sayının çox olması həmin xalqın təfəkkürünün zənginliyindən xəbər verir.
    Yuxarıda dedik ki, lüğət tərkibinə daxil olan sözlərin hamısının mənasını bilmək, onları işlətmək heç bir adama müəssər olmaz. Təkcə ona görə ki, bütün elm sahələrinə aid olan terminlərin mənasını heç kəs bütünlükdə bilə bilməz. Amma dilin leksik tərkibində elə bir sfera vardır ki, oradakı sözlərin mənasını hamı bilir və gündəlik həyatda onları işlədir. Leksikonun bu sferası lüğət fondu adlanır. Bu fond dilin lüğət tərkibinin bir hissəsidir.
    Məsələn, yuxarıda misal çəkdiyimiz kimi, bizim babalarımız kartofa kim deyirdi. Yəni kartof sözünün mənasını bilmirdik. İndi kimdən, harada və nə vaxt istəsən kartof sözünün mənasını soruşa bilərsən. Hamı düzgün cavab verəcək. Çünki kartof xalqımızın məişətinə keçmiş, orada (əvvəlcə lüğət tərkibində) o qədər işlənmişdir ki, artıq dilimizin özününküləşmişdir. Deməli, lüğət fonduna həmin dilin öz sözləri və özününküləşmiş sözlər daxildir.
    Lüğət fondu ilə lüğət tərkibini eyniləşdirmək olmadığı kimi, onları təcrid etmək də olmaz. Onlar arasında aşağıdakı ümumi və fərqli cəhətlər vardır:

    1. Lüğət fondu lüğət tərkibinin içərisində yerləşir. Daha doğrusu onun bir hissəsidir.

    2. Lüğət tərkibi ilə lüğət fondu arasında ziddiyyət yox, qarşılıqlı əlaqə vardır. Yani onlar bir-birini zənginləşdirir.

    3. Dilin lüğət tərkibi daha sürətlə dəyişdiyi halda, lüğət fondu ləng dəyişib müəyyən mənada sabit olur.

    4. Dilin lüğət fondu qohum dillərin lüğət fonduna daha yaxın olur. Çünki buradakı köklü sözlər əsrlərlə dilin lüğət fondunda işlənmiş başqa sözlə, ümumi bir mənbədən törəmişdir.


    1. Yüklə 129,04 Kb.

      Dostları ilə paylaş:
  • 1   ...   25   26   27   28   29   30   31   32   ...   65




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə