Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Lüğət tərkibindəki sözlərin üslubi layları



Yüklə 129,04 Kb.
səhifə31/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   27   28   29   30   31   32   33   34   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Lüğət tərkibindəki sözlərin üslubi layları


Azərbaycan dili dünyanın inkişaf etmiş zəngin dillərindən olduğu üçün böyük söz ehtiyatına malikdir. Bu dil idarə, müəssisə və təşkilatlarda, nəşriyyat və mətbuatda, kino və teatrlarda, radio və televiziya kanallarında, internet saytlarında, mədəniyyət və təhsil ocaqlarında, dövlət idarələrində, rəsmi-işgüzar və yazışma üslublarında, hüquq mühafizə və məhkəmə orqanlarında və s. istifadə olunur. Dilimizdə olan bütün sözlərin hamısı birlikdə dilimizin lüğət tərkibini təşkil edir. Dildə olan sözlərin cəminə leksika deyilir. Dilçiliyin leksikanı (dilin lüğət tərkibini) öyrənən sahəsi leksikologiya adlanır. Leksikanın əsas obyekti sözdür.
Söz leksik qrammatik mənaya malikdir. Sözün ayrılıqda ifadə etdiyi məna onun leksik mənasıdır. Qrammatik məna sözün hansı nitq hissəsi, hansı cümləüzvü olması, hansı qrammatik əlamətlərə malik olmasını bildirir. Hər bir şəxs dilin səs tərkibini təşkil edən sözlərin leksik mənasını bilməlidir.
  1. Tabu və vulqar sözlərin nitqdə işlənmə məqamları


Tabu. Polineziya sözudur. Böyük okean adalarında yaşayan yerli əhalinin dilində işlənmiş və əslində
«qadağan» deməkdir. Bu qadağanlar müxtəlif ola bilər: müəyyən heyvanı ovlamaq, müəyyən bitkini yemək, ağaca toxunmaq və s. Belə qadağan, sözlərə də tətbiq edilir.
Tabu qadağan edilmiş sözlərdir. Bəzən bunu qeyri-senzor sözlərlə də eyniləşdirirlər. Tabu üslubi səviyyədən və işlənmə sahəsindən asılıdır. Dildə elə səviyyə vardır ki, orada heç bir tabu yoxdur. Yəni hər cür söz işlədilir. Bu, hətta vulqar sözlərə də aiddir. Tabu cəmiyyətdə geniş yayılmış anlayışdır. Buna hüquqi, axlaqi, etnoqrafik va dilçilik mövqelərindən yanaşmaq olar.
Tabuya hüquqi mövqedən yanaşma hələ dildə və məişətdə tabu anlayışı meydana gəlməmişdən cəmiyyət bu və ya digər hərəkəti qadağan hesab etmişdir. Hələ qəbilə dövründə başqasının sahəsinə girmək, onlar ilə əlaqədə olmaq, başqa qəbilənin adından istifadə etmək, əmlakına toxunmaq tabu - qadağan idi. Sonralar bu anlayış həm genişləndi, həm də konkretləşdi. Müasir dövrdə hüquqi tabu artıq konkret məna daşıyır. Hətta hüquqi tabu hərəkətə deyil, danışığa da aiddir. Məs., dövlət ǝleyhinə, dövlət başçısı əleyhinə və müəyyən sirləri danışmaq olmaz.
Hərbi sirlər də hüquqi tabu hesab edilir. Hərbi hissələrin nömrəsini, yerini bildirmək qadağandır. Buna görə də «N» hərfi ilə hərbi hissəyə işarə edilir. Əxlaqi tabu. Əxlaqi tabunun hərəkət və ünsiyyat prosesindaki təzahür formaları vardır. Məs., əxlaq normalarına görə heç kəs uzaq məsafədən durub qadın adını ucadan çağırmamalıdır. Va yaxud qadın cinsindən olanların adını kişilər arasında çəkmək düzgün sayılmır.
Vulgarizmlər. Vülqar sözlər ədəbi dildə geniş şəkildə işlənmir. Ədəbsiz sözlər bəzən söyüş və qarğışları əhatə edir. Vulqar sözlər tabunun bir növüdür. Vulqar sözlər dilin ən aşağı üslubi layını təşkil edir. Əgər poetizmlər nitqi gözəlləşdirirsə, vulqar sözlər nitqi mənasızlığa düşürür. Vulqar sözlər dildə ağızdan-ağıza keçərək yaşayır. Əslində onlar lüğətlərdə verilmir.
Ədəbi dildə vulqar sözlərin bəzisi, mənaca məqbul görüləni işlədilir. Onlar müəllif dilində deyil, bədii surətin daxili aləmini açmaq üçün işlədilir. Yazıda vulqar sözləri işlətməmək üçün bəzən üç nöqtədən istifadə edirlər.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə