Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Effemizim və disfemizimlərin nitqdə işlənmə məqamları Evfemizmlər



Yüklə 129,04 Kb.
səhifə30/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   26   27   28   29   30   31   32   33   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Effemizim və disfemizimlərin nitqdə işlənmə məqamları Evfemizmlər.


Termin olaraq evfemizm yaxşı danışmaq, hər hansı bir sərt mənanı yumşaltmaq, onu vulqar çalardan xilas etmək deməkdir. Ədəbi dil formalaşmağa başladığı ilkin mərhələdə onda çoxlu vulqar söz və ifadələr olmuş, sonra vulqar sözlərin işlədilməsi məqbul görülməmiş, sonra isə evfemizmlər
yaranmışdır. Müasir mədəniyyətin inkişafı ilə əlaqədar olaraq, dildə çoxlu evfemizmlər yaranır. Məs., yox əvəzinə xeyr, yalandır əvəzinə düz deyil, Həqiqətə uyğun deyil, xoş getdin əvəzinə xoş gəldin və
s. hətta ölüm sözünün əvəzinə həyat sözü müxtəlif formalarda işlədilir. Məsələn, ölmək əvəzinə həyatına az qalmaq, allah əvəzinə ustad-xilqət sözləri evfemizm məqamında işlədilmişdir.
Dildə sinonim söz və ifadələrin çoxu evfemizmlər yaratmaq üçün yaşayır. Məs., gəlmək –buyurmaq, təşrif gətirmək; demək –ərz etmək, buyurmaq, farmayiş etmək, getmək təşrif aparmaq, yola düşmək vəs

Disfemizmlər.


Disfemizmlər evfemizin əksi kimi yaranmışdır. Əslində disfemizmlər tabu olsa da, mənanı sərt, kobud, mənfi mənada, təsirli ifadə etmək deməkdir. Disfemizmlerdə üslubi modallıq, subyektiv münasibət, daha güclü olur. Məs., cəhənnəmə vasil olmaq (ölmək əvəzinə), rədd olmaq (getmək əvəzinə), cəhənnəmə itilmək (getmək əvəzinə). Bu söz və ifadələr bədii dildə daha çox işlədilir. Məsələn,
  1. Varvarizim və ekzotik sözlərin üslubi imkanları


Nitq mədəniyyəti fənnində leksik səviyyə ilə əlaqədar məsələlər, əsasən aşağıdakı istiqamətlərdə araşdırılır: 1) alınma sözlər və nitq mədəniyyəti; 2) terminologiya və nitq mədəniyyəti; 3) köhnəlmiş sözlər və nitq mədəniyyəti; 3) dialekt sözləri və nitq mədəniyyəti; 4) müxtəlif söz qrupları (neologizmlər, arqolar, slenqlər, varvarizmlər, tabular və s.) və nitq mədəniyyəti.
Dilin lüğət tərkibində ekzotik sözlər də yer alır. Bu və ya digər ölkəyə aid ekzotik sözlər bir və ya bir neçə dildə işlənir, sonra tərcümə vasitəsilə başqa dillərə keçir. Mənşə etibarilə yunan “barbarismos”, yəni özgə sözündən əmələ gələn varvarizmlər ekzotik sözlərə oxşasa da, ondan fərqlənirlər. Varvarizmlərin hər birinin daxil olduğu dildə qarşılığı olur. Varvarizmlər də tarixi koloritin yaradılması məqsədilə istifadə edilir. Bu zaman artıq arxaikləşmiş varvarizmlər gah obrazın dilində, gah da yazıçının öz dilində istifadə olunur.
Bədii üslubda digər semantik kateqoriyalarla yanaşı, varvarizmlər də müəyyən üslubi vəzifələr daşıyır. Onlar bədii yaradıcılıqda həm personajların tipikləşdirilmə və fərdiləşdirilməsində, mühit və dövrün təsvirində, etnik və milli kolorit yaradılmasında iştirak edirlər.
Bədii yaradıcılıqda peşə-sənət sözləri personajın peşə və sənətini, onun ictimai vəziyyətini oxucuya təqdim etmək, bu peşə sahibinin inandırıcı obrazını yaratmaq üçün istifadə edilir.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə