Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə38/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   34   35   36   37   38   39   40   41   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Şəxs adları əsasında əmələ gələn metonimiya. O, Füzulini, Vaqifi, Sabiri əzbər bilirdi.

Sinekdoxa. Məcazın bu növündə eyni söz həm bütövü, həm də bütövün hissələrini bildirir. Bir şey, hadisə haqqında danışılarkən onun bütövünü deyil, bir hissəsinin adını çəkməklə təsəvvür yaradılır. Sözün cəm haldakı forması əvəzinə təkdə işlənməsi də sinekdoxa hesab olunur. Məsələn, Tələbənin vəzifəsi yaxşı oxumaqdır; Çalpapaq iri addımlarla vargəl edirdi. Anam sənə qurban, ay sarıköynək.
Dilə obrazlılıq verən məcazlar insanın daxili və xarici aləmini, onun cəmiyyətdəki mövqeyini, işini bədii şəkildə verməkdə, emosionallıq və ekspressivliyin yaradılmasında qüvvətli təsvir vasitəsidir.
  1. Frazeoloji vahidlər


Dilimizdə sabit söz birləşmələrindən ibarət ideomatik ifadələr daha çox və rəngarəngdir: ağzına dil atmaq,ağzından süd iyi gəlmək,ağ eləmək, baş açmamaq, kefinə soğan doğramaq, gözüm çıxdıya salmaq, gözü su içməmək, meydan qızışdırmaq və s.
Fellərlə olduğu kimi ismi idiomlar da diqqəti çəkir: dil pəhləvanı, stul davası, elm dəryası, cəhənnəm əzabı, allahın bəlası, ağzıyırtıq adam, ətiacı uşaq və s.
Atalar sözləri və zərb-məsəllərdən törəmiş cümlə şəkilli idiomlar da diqqəti cəlb edir: Ağır otur, batmaq gəl; Ağzından süd iyi gəlmək; Gözüm su içmir; Yorğanına görə ayağını uzat; Torbada pişik var; Avazın yaxşı gəlir, oxuduğun Quran olsa; Yüz ölç, bir biç; Keçənə güzəşt deyərlər; Armud biş, ağzıma düş və s.
Dilçilik ədəbiyyatında bütün sabit ifadələr və cümlələr “frazeologiya” adlanır. “Frazeologiya” yunan mənşəli sözdür, “ifadə haqqında elm” anlayışını bildirir. Frazeologiya adı altında atalar sözləri, xalq məsəlləri, idiom, aforizm, hikmətli söz və bir sıra başqa sabit ifadələr işlədilir. Bu dil vahidlərinə çox vaxt frazeoloji vahidlər və ya sabit birləşmələr də deyilir.
  1. Onomastik vahidlərin işlənmə dairəsi


Dilin leksik sistemində onomastik vahidlərin öz yeri vardır. Hər bir dilin xüsusi sistemi sabit olmayıb dəyişən, leksik və semantik cəhətdən yeniləşən bir sistem təşkil edir. Belə dəyişmələr ekstralinqvistikintralinqvistik amillər əsasında baş verir. Onomastik sistemdəki dəyişmələr, onomastik vahidlərin dildə işlənməsi və yeniləşməsi dilin normalarına uyğun şəkildə baş verir. Danışıq dilində də xüsusi adların istifadə edilməsinin öz normaları vardır. Bununla belə, danışıq dilində ünsiyyət sərbəst şəkildə getdiyindən, xüsusi normaların dəqiqləş-dirilməsi çətinlik törədir. Eyni zamanda, qeyd etmək lazımdır ki, xarici dili öyrənərkən onomastik vahidlərə xüsusi diqqət və əhəmiyyət verilmir. Nitq praktikasında daha çox yeni sözlərin öyrənilməsinə əhəmiyyət verilir və bu sözlər sırasına onomastik vahidlər daxil edilmir. Bu isə, həmin vahidlərin düzgün işlədilməsinə mane olur. Xarici dildən istifadə prosesində ən çox rast gəlinən onomastik vahidlər sırasında antroponimtoponimləri qeyd etmək lazım gəlir.

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə