Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Köhnəlmiş sözlər (arxaizm və tarixizkmlər), onların üslubi imkanları



Yüklə 129,04 Kb.
səhifə36/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   32   33   34   35   36   37   38   39   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Köhnəlmiş sözlər (arxaizm və tarixizkmlər), onların üslubi imkanları


Köhnəlmiş sözlərin bəziləri ifadə etdikləri məfhumlarla birlikdə, bəziləri isə məfhumdan asılı olmayaraq dilin fəal lüğət tərkibindən çıxır. Xalq həyatında daimi yeniləşmə getdiyi üçün milli sözlərimiz olmasına baxmayaraq onlar dilin arxiv fonduna keçir, əvəzinə isə ya alınma, ya da kalka yolu ilə düzəldilmiş söz dilə daxil olur və yerini möhkəmlədir. Məs.: ayıtmaq (demək), arı (təmiz), görklü (gözəl), tanıq (şahid), varmaq (getmək), yazı (çöl), ün (səs), nəsnə (şey), dün (dünən), yağmalamaq (qarət etmək) və s.
Elə sözlər də vardır ki, onların yalnız forması dəyişmişdir. Məs.: qanı (hanı), qanda (harada), qamu (hamı), urmaq (vurmaq), ol, şol (o), ayrıq (ayrı), yüzük (üzük) və s.
Köhnəlmiş sözlərdən bir qismi tarixizmlərdir. Sosial həyatın dəyişməsi ilə əlaqədar əşya və hadisə adları da dövrlə bağlı köhnəlir və dilin passiv fonduna keçir. Məs.:

    1. vəzifə adları: katda, kəndxuda, pristav, yüzbaşı, darğa, məlik,qulam, fərraş;

    2. geyim adları: çəpgən, əba, arxalıq, çalma, çadra, nimtənə;

    3. silah adları: aynalı (tüfəng), əmud, gürz, şeşpər, dəbilqə;

    4. alət adları: xış, vəl, təhnə, cüt;

    5. ölçü adları: batman, girvənkə, pud;

    6. pul vahidləri: şahı, abbası, panabat və s.

Köhnəlib dilin lüğət tərkibindən çıxan sözlərə arxaik sözlər və ya arxaizmlər deyilir. Arxaik sözlər sırasında elə sözlərə rast gəlirik ki, onlar müasir dilimizdə işlənməsə də, əvvəlki dövrlərdə işlək olmuşdur, yaxud elə sözlər də vardır ki, onlar dilimizə XX əsrin müxtəlif illərində daxil olsa da, indi artıq işlənmir. Öz dilimizə məxsus “kişi” sözü neçə əsrlər boyu “adam” mənasında, “oğul” sözü oğlan və ya qız olmasından asılı olmayaraq “övlad” mənasında işlənmişdir.
Arxaik sözlər bədii əsərlərdə keçmiş dövrü, ictimai quruluşu, xalqın məişətini, təsərrüfat həyatını, tarixilik çalarlığını göstərməyə xidmət etmişdir.

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə