Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Assonans , alliterasiya, fonetik dialektizm



Yüklə 129,04 Kb.
səhifə26/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   22   23   24   25   26   27   28   29   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Assonans , alliterasiya, fonetik dialektizm


Fonetik vasitələr nitq prosesində işlənmə yerinə görə müəyyən üslubi mahiyyət kəsb edir ki, onlardan ən başlıcası ahəngdarlıqdır. Ahəngdarlıq nitqin səlisliyi, gözəlliyi, onun dinləyənə xoş təsir bağışlamasıdır. Dilimiz öz səslənməsinə görə ahəngdar dillərdən biridir. Bu ahəngdarlığı yaradan bir sıra xüsusiyyətlər vardır ki, onlardan ən başlıcası lüğət tərkibinə daxil olan sözlərin özünəməxsus strukturudur, başqa sözlə, səsdüzümüdür. Məlumdur ki, saitlər tonun, samitlər küyün iştirakı ilə yaranır. Sait və samitlərin sözlərdəki ahəngdar düzümü tələffüzdə asanlığı, səlisliyi təmin edir, harmoniya yaradır.
Ədəbi tələffüzdə özünü göstərən bir sıra fonetik dəyişmələr: bəzi alınma sözlərdə saitlərin uzun tələffüzü (məmur, elan, əla və s.), səsdəyişmələri (vətəndən-vətənnən, şənbə-şəmbə, başlayır-başlıyır və s.), səsartımı (ailə-ayilə, şair-şayir, şer-şeyir və s.), səsdüşümü (dost köməyi – dos köməyi, güzəşt etmək– güzəş etmək və s.), dilimizə məxsus sözlərdə iki saitin, iki və üç samitin söz daxilində yanaşı işlənə bilməməsi, çoxhecalı sözlərin sonunda cingiltili samitlərin karlaşaraq tələffüz olunması (uşaq bağçası-uşax baxçası, kənd həkimi-kənt həkimi, tüfəng səsi-tüfənk səsi və s.), kar samitlərin cingiltiləşərək deyilməsi (hətta-hətda, dəftər-dəfdər, bitki-bitgi, təşəkkür-təşəkgür və s.), həmcins üzvlü nəqli cümlələrdə şəkilçilərin və hissəciklərin ixtisarı, tabesiz mürəkkəb cümlələrdə axırıncı xəbərin ixtisarı (məs.; gül gülü çağırır, bülbül bülbülü), ahəng qanunu, vurğu və s. fonetik faktorlar nitqdə ahəngdarlığı yaradır. İntonasiya, fasilə, vurğu, temp, tembr və s. də nitqdə ahəngdarlığı, ritm və bölgüləri yaradan vasitələrdir. Bunlar nitqin təsirini artırır, onu daha ifadəli, emosional edir.
Bu cür ahəngdarlıq yaradan vasitələrdən biri də alliterasiyadır. Alliterasiya ifadəni, cümləni təşkil edən sözlərin əvvəlində və ya ortasında eyni, yaxud yaxın samitlərin işlənməsidir. Bu cür səs düzümünün yaratdığı musiqi, ahəng söz birləşmələri, atalar sözləri, frazeoloji vahidlərin deyilişində özünü daha çox göstərir. Məsələn, Sən ağa, mən ağa, inəkləri kim sağa;Uma-uma döndüm muma; Qalan yerə qar yağar.
Assonansın mahiyəti eyni saitlərin müəyyyən bir danışıqda təkrarlanmasıdır. Assonans sanki bir birindən fərqli sözləri birləşdirir və onları mətnin qalan hissələrindən xüsusi melodikliyi, ritmi və ahəngi ilə fərqləndirir. Çünki hər bir saitin xüsusi bir səs müddəti və xüsusiyyəti vardır. Assonansın digər bir funksiyası isə onu xüsusi bir qafiyə növü yaratmaq üçün istifadə etməkdir. Məs. “Azacıq aşım, ağrımaz başım”

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə