Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə23/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   19   20   21   22   23   24   25   26   ...   65
Öz Az dili və nitq mədəniyyəti

29.Fonetik norma


Nitq mədəniyyətinin əlaqədar olduğu cəhətlərdən biri də ədəbi dilin normalarıdır. Dil və norma bir-biri ilə bağlıdır. "Norma" sözü latın dilindən alınmış termin olub mənası qayda, əsas, nümunə deməkdir. Əgər dilin fonetik, leksik və qarmmatik normaları formalaşmasa idi, təbii ki, bu gün ədəbi dilimizdən və nitq mədəniyyətindən danışa bilməzdik. Deməli, dilin normaları olmadan ədəbi dil, ədəbi dil olmadan nitq mədəniyyəti yoxdur.
"Fonetika" yunan sözü olub, "səsə aid" deməkdir, "dilin səs quruluşu", "səs tərkibi" mənasındadır. Dilçilyin bir bölməsi olan fonetika dilin səs sistemini, səs qanunlarını öyrənir. Ədəbi dilin səs sistemi müəyyən normalar əsasında tənzimlənir. Sözlər ümumxalq dilində müxtəlif şəkildə deyilsə də, ədəbi dildəancaq bir variantda tələffüz olunur və yazılır. Sözün ədəbi dildəki tələffüz qaydası orfoepik norma, yazılış qaydası isə orfoqrafik norma adlanır. Orfoepik və orfoqrafik normalar birlikdə dilin fonetik quruluşu ilə müəyyənləşir və fonetik normanı təşkil edir. Deməli, sözün düzgün tələffüzü və düzgün yazılışı fonetik norma daxilindədir.
"Orfoepiya" düzgün ədəbi tələffüzü müəyyənləşdirən qaydalar sistemi tələffüz qaydalarını gözləmə anlamındadır. "Orfoqrafiya" sözü dildəki sözlərin qəbul edilmiş düzgün yazılış qaydaları sistemi”, “yazı qaydalarının öyrənilməsi” mənasında işlənir. Orfoepik yaxud orfoqrafik norma pozulursa, nəticədəfonetik norma pozulmuş olur.
Orfoepik norma (32. Orfoepik normanı pozan amillər)
Nitq prosesində ədəbi tələffüzlə bağlı bir sıra qüsurlarla rastlaşırıq.

  1. Nitqdə yerli dialekt və şivələr hesabına söz və qrammatik formalarda ədəbi tələffüz normaları pozulur: həlbəttə, hasand, ahali, haçar//xaçar, cuma(cümə), dəyşət (dəhşət), nöş (nə üçün), Ukranya, tilvizor, döyül, həmməşə, müsəlmançılıq, məsəlçün, belənçik (belə), girdəkan (qoz), sələk (ağılsız), örüş (çöl), döşəkağı (mələfə) və s.

  2. Qrafik prinsipə görə dildə sözün iki tələffüz şəklindən daha tipik olanı orfoepiya üçün əsasdır. Məsələn: darvaza, xalça, pencək, pendir, xəmir, rahat, pəncərə, qəbul, kənar sözləri həm orfoqrafiya, həm də orfoepiyada düzgün sayılır, amma dərvaza, xəlçə, pəncək, pəndir, xamır, rahət, pencərə, qabul, kənar şəklində deyiliş dialekt xüsusiyyəti hesab olunur və ədəbi tələffüzə yaramır.

  3. Ədəbi tələffüz normalarının pozulması bir sıra alınma sözlərin kitab tələffüzü ilə (hərfi tələffüzlə) bağlı olması hesabınadır. Məsələn: [Maskva], [intanasiya], [arfaepiya], [kankret], [fanetika], [arfaqrafiya] s. kimi deyilməli olan sözlər elə yazıldığı kimi –Moskva, intonasiya, orfoepiya, kontakt, konkret, konfet, fonetika, orfoqrafiya və s. şəklində səhv tələffüz olunur.


Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə