Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə19/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Nitqin dəqiqliyi şüur və təfəkkürün bağlılığı nəticəsində təzahür edir. Düzgün qurulmayan nitq, dəqiq ola bilməz. Nitq prosesində sözlər vasitəsi ilə əşya, hadisə və proses haqqında düzgün məlumat vermək niyyətində oluruq. Bu zaman hər birimizin yeganə və ən etibarlı köməkçisi söz olur. Yaddaş mexanizminin imkanları daxilində hər birimizin özünəməxsus "söz xəzinəsi" mövcuddur. Bu xəzinənin zənginləşməsi və qorunub saxlanılması bir zərurətdir.
Nitqin dəqiqliyi müəyyən faktorlarla şərtləndiyindən aşağıdakıları yadda saxlamaq lazımdır:

  1. Nitqin dəqiqliyi nitqin predmetinə bələdlikdən asılıdır. Burada başlıca şərt danışanın özünün və digər kişinin nə haqda danışmasını bilməlidir.

  2. Nitqin dəqiqliyi dil sisteminə tam bələdliklə bağlıdır. Dilin leksik, semantik, qrammatik qanunauyğunluqlarına bələdlik ön plana çəkilir.

  3. Nitqin dəqiqliyi vərdiş və bacarığın səviyyəsindən də asılıdır. Bununla belə həm nitqin predmetinə gözəl bələd olan, həm də dilin incəliklərini dərindən bilən hər kəsin öz fikirlərini dəqiq ifadə edə biləcəyinə tam təminat vermək çətindir. Bunun üçün öz fikirlərini şərh etmək bacarığı tələb olunur. Fikir söyləyərkən dəqiqlik əsas şərtdir. Fikir dəqiq ifadə olunmalıdır, söz düzgün tapılmalıdır.

  1. Nitqin səlisliyi: səlisliyi pozan amillər


Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər vardır ki, bunlar nitqin normativliyidir. Həmin tələblər bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik, təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s.
Səlislik - Əsl ritorun nitqi bulaq suyu kimi şəffaf və təmiz olmalıdır. Yad element nitqi elə korlayır ki, elə bil təmiz, dupduru bulaq suyuna zibil düşmüşdür. Dili səlislikdən çıxaran elementlər hansılardır?

  1. Yersiz-lüzumsuz alınma sözlər. Bu bir azərbaycanlı olaraq bizdə qeyri millətlərə nisbətən daha çoxdur. «Köçürmək» Əvəzinə «evakuasiya edilmək», «baxış keçirmək əvəzinə <

  2. Dialektizmlər. Doğrudur, dialektizmlərin hamısı Azərbaycan dili qanunları əsasında yaranmışdır. Amma onların hamısı ədəbi dilə keçə bilməmişdir. Ədəbi dil seçmə və əvəzetmə üsulu il yarandığından çoxlu dialektizmlar bu meyardan (seçilmədən) kənarda qalmışdır. Bu səbəbdən də dilektizmlərin çoxu ədəbi dildə anlaşılmır. Məhəlli elementlərə o vaxt yol verilir ki, əvvəla, əsərdə bədii məqsəd güdülür. Bu, əsasən, müəllifin nitqinə yox, obrazların nitqinə tətbiq olunur, ikincisi, bodii üslubdan kənar arzu olunmaz elementlər kimi görünür. Göstərilən haldan başqa, onlar müşahidə predmeti olur. Elmi məqalənin izahatında və ya jurnalistin yazısında lüzumsuz, əcnəbi sözlərin işlədilməsi bağışlanılmazdır.

  3. Terminlər. Məlumdur ki, terminlər yalnız elmi ədəbi dildə işlədilir, onun mənasını hamı bilmir, terminlər adi danışıqda və ya aid olmadığı elmi mövzuda ağırlıq törədir, nitqi anlaşılmaz edir.

ç) «Tüfeyli»» sözlərdən istifadə. Belə sözlərə misal olaraq: deməli, demək olar ki, türkün sözü və s.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə