Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə21/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   17   18   19   20   21   22   23   24   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Nitqin yığcamlığı və sadəliyi


Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər vardır ki, bunlar nitqin normativliyidir. Həmin tələblər bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik, təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s.
Yığcamlıq nitqin asas şərtlərindən biridir. Doğrudur, əlavə məlumatlar dinləyicinin o sahədəki biliyini artırar. Amma ritorun çıxışının effektini azalda bilər. Məsələn, insan əxlaqı haqqında danışan bir adam tarixdən çoxlu hekayət və rəvayətlər danışa bilər. Onda dinləyici bu hekayət və rəfayətlərin məzmunu içərisindən çaşıb qalar, ümumi mövzudan nəticə hasil edə bilməz. Şərqdə bu çox dəbdə idi. Hər bir natiq hər hansı bir mövzu ətrafında uzun-uzadı danışır, çoxlu hekayət və rəvayəətlərlə fikirlərini bəzəyir və özlərinin məlumatlı olduqlarını sübut edirdilər. Unutmaq olmaz ki, həmin adamlar bir mövzunu zaman məhdudiyyəti qoyulmadan şərh edirdilər.
Sadəlik. Bir həqiqət vardır ki, ən çətin problemi sadə dillə izah etmək olduğu kimi, ən sadə problemi də çətin, mürəkkəb dillə izah etmək olar. Əgər bir natiq özü ilə həmkar olan professional auditoriya qarşısında çıxış edirsə, onda o ən sadə məsələni mürəkkəb üslubda çatdıra bilər.
  1. Nitqin keyfiyyətləri: məntiqilik və aydınlıq


Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər vardır ki, bunlar nitqin normativliyidir. Həmin tələblər bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik, təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s.
Aydınlıq çıxışa hazırlıq mərhələsindən başlamalıdır. Yəni nitqin forma və məzmunu hələ aksiyadan qabaq ritora məlum (aydın) olmalıdır. Nitq zamanı ritor aydın və səlis danışmalı, heç bir əlavəyə yol verməməlidir. Burada natiqin auditoriyanı nəzərə alması çox vacibdir. Yəni eyni mövzuda bir auditoriyada nitqin anlaşılırsa, başqasında başa düşülməyə bilər. Ona görə də dildən əlavə fikir özü aydın olmalıdır. Bir neçə məsələni eyni vaxtda bir-birinə qarışdırıb. demək də nöqsandır. Onda dinləyici ritorun fikrindon, danışığından özü üçün heç nə hasil edə bilməz.
Məntiqilik Ritorun danışığından mütleq məntiqi nəticə çıxmalıdır. Yoxsa dinləyicilər bütövlükdə nitqa qiymət verməzlər.

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə