Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Yazılı və şifahi nitqdə sitatlardan istifadə



Yüklə 129,04 Kb.
səhifə18/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   ...   65
Öz Az dili və nitq mədəniyyəti

62. Yazılı və şifahi nitqdə sitatlardan istifadə


Vasitəsiz nitqin iki fərqli forması da qeydə alınır. Bunlardan biri sitatdır. Bu və ya digər fikri təsdiq edən və misallarla aydınlaşdıran hər hansı bir mətndən olduğu kimi götürülmüş parça sitat adlandırılır. Sitat başqasının nitqidir, çünki o, başqa şəxsin ifadəsini daxil edir. Müəyyən bir mətnə əsaslanmaq sitatın əsas mənasıdır. Onların fərqləndirici əlaməti ifadənin olduğu kimi və dəqiq verilməsindən ibarətdir. Müəllif gətirilən fikirlə və yaxud onun quruluşu ilə razı olmasa da o, sitatı olduğu kimi gətirir. Sitatlardan xüsusi məqsədlə elmi publisist üslubda istifadə olunur. Danışıq dilində və bədii əsərlərin dilində sitatdan xüsusi şəraitlərdə istifadə olunur.
Sitatların ifadə olunmasının bir sıra xüsusiyyətləri var ki,nitq prosesində bunlar nəzərə alınmalıdır. Məsələn, bəziləri öz nitqini yalnız sitatlar üzərində qurur. Lakin dinləyicilərə natiqin öz fikri,onun nəticələri maraqlı olduğu üçün belə çıxışlar anlaşılmazlığa səbəb olur. Bundan əlavə,sitatların çoxluğu auditoriyanı yorur,belə ki,deyilənlərin müəllifə və ya sitatın müəllifinə aid olduğunu təyin etmək çətin olur. Sitatın əvvəli və sonu asanlıqla təyin olunmalıdır. Sitat gətirilən müəllifin fikirlərinin təhrif olunmaması çox vacibdir. Çünki ayrıca götürülmüş bir və ya bir neçə cümlənin mənası kontekstdəki mənadan fərqli ola bilər. Mətnin dəyişdirilməsi,yəni cümlədə söz sırasının pozulması yolverilməzdir.Sitat dəqiq olmalıdır. Təcrübəli natiqlər vasitəsiz nitqi təkcə mətnə daxil etməklə kifayətlənmir, həmçinin onu şərh edir,müəllifin fikrinə öz münasibətini bildirirlər. Çıxış zamanı vasitəli və vasitəsiz nitqin uyğunlaşdırılması nitqi daha effektli edir.
  1. Nitqin keyfiyyətləri: dəqiqlik və düzgünlük


Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər vardır ki, bunlar nitqin normativliyidir. Həmin tələblər bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik, təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s. Nitqin düzgünlüyü yəni formaca və məzmunca düzgün qurulmuş
nitqdir. Nitqin düzgünlüyü natiqlə dinləyicilər arasında qarşılıqlı anlaşmanı təmin edir. Düzgün nitqə yiyələnmək üçün cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, dilin fonetik, leksik və qrammatik normaları pozulmamalıdır.
Düzgün nitq ifadə olunan fikrin həqiqiliyindən, doğru-dürüstlüyündən çox asılıdır. Nitq söyləyən şəxs bədii təsvir vasitələrindən, sinonimlərdən, obrazlı ifadələrdən, yeri gəldikcə atalar sözləri, zərbi- məsəllərdən, aforizmlərdən də məqamında istifadə etməlidir. Deməli, nitqin düzgünlüyü üçün məntiqi və qrammatik cəhətdən düzgün qurulmuş cümlələr əsas götürülməklə ədəbi tələffüz qaydaları gözlənilməli, normal diksiya, nitq fasilələri, məntiqi vurğu nəzərdə saxlanılmalıdır. Nitqi ağırlaşdıran, məzmunun dinləyicilərə çatdırılmasını çətinləşdirən, həcmcə böyük, dolaşıq cümlələr işlədilməməlidir.

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə