Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Mühazirəçi oxuyacağı mövzunu əvvəlcə müəyyən plan üzrə qeydlərlə hazırlayır, mühazirəni oxuyarkən ondan bəhrələnir. Məruzə



Yüklə 129,04 Kb.
səhifə16/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Mühazirəçi oxuyacağı mövzunu əvvəlcə müəyyən plan üzrə qeydlərlə hazırlayır, mühazirəni oxuyarkən ondan bəhrələnir.
Məruzə mühazirə arasında müəyyən fərqlər vardır:

    1. Məruzəçi çıxış edərkən adamlar qarşısında mövzusuna görə məsuliyyət daşıyır, mühazirəçi isə mövzu seçimində sərbəstdir.

    2. Məruzə fərdi xarakter daşıyır, buna görə də mövzunu dinləyicilərə nisbətən dərindən və hərtərəfli bilir. Mühazirə ümumi xarakterli olur, mühazirəçi mövzunu, demək olmaz ki, dinləyicilərin hamısından yaxşı bilir.

    3. Məruzə müzakirə olunur, onun əsasında qərar qəbul edilir. Mühazirə isə müzakirə obyekti deyil, haqqında da qərar qəbul olunmur. Mühazirə oxunur və dinlənilir, ona aid suallar da verilə bilir.

    4. Ali məktəb mühazirələri növündən asılı olaraq bir fənnin hər hansı bir mövzusuna, kütləvi mühazirə isə sosial və siyasi həyatla bağlı hər hansı bir mövzuya həsr olunur. Məruzə, adətən, elmi və siyasi olmaqla bir problemin çözül- məsini qarşıya qoyur.

    5. Mühazirədə mühazirəçi öz mövqeyini, siyasi baxışını ifadə etməkdə azaddır, məruzədə isə mövzu daxilində müəyyən ölçü gözlənilir.

  1. Dioloji nitqin növləri


Dialoji nitqdə əsas yeri iki və daha çox şəxsin qarşılıqlı söhbəti, fikir mübadiləsi tutur. İnsanlar bir araya gələrək bir-biri ilə mükamilə qurur, müəyyən məsələləri müzakirə edib öz rəylərini bildirirlər. Dialoq replikalardan təşkil olunur. Dialoqda ifadəlilik intonasiyanın fərqli formaları ilə (sual, nida, fasilə və s.), mimika və jest vasitələri, plastik əl hərəkət siqnalları ilə ifadə olunur, nitqin təsirlilik, ekspressiv- emosional çalar qazanmasında xüsusi yer tutur. Dialoqun mikrodialoq makrodialoq formaları da vardır.
Mikrodialoq bir neçə şəxsin qısa mükalimələrindən ibarət olur. Mikrodialoqlara bədii əsərlərdə, epik növə daxil olan şifahi ədəbiyyat nümunələrində - təmsil, nağıl, əfsanə, lətifə vədastanlarda, eləcə də yazılı ədəbiyyat nümunələrində - xatirə, oçerk, hekayə, novella, povest və romanlarda rast gəlirik.
Makrodialoq bədii əsərlərin bütün quruluşunu əhatə edir. Dram əsərləri makrodialoq əsasında yaradılır.
Dialoji nitqin 5 dialoq forması qeyd edilir:

    1. monoloji di-aloq;

    2. söhbət və ya danışıq dialoqu;

    3. sual-cavab dialoqu;

    4. müsahibə dialoqu;

    5. müzakirə dialoqu.

Monoloji dialoqun iştirakçıları söhbət gedən hadisəni, məsələni, şəxsi və ya hər hansı əşyanı bütün təfərrüatı ilə söyləyir, onlara öz mənfi və ya müsbət münasibətini bildirir, haqqında danışılan şəxsi, əşya və hadisəni öz müsahibinə - qulaq asana müxtəlif sübut və dəlillərlə çatdırırlar.
Dialoji nitqin sual-cavab dialoqunda fikrin dinləyiciyə aydın çatdırılmasında danışanın zəngin söz ehtiyatına malik olması və dilin qayda-qanunlarına mükəmməl yiyələnməsi başlıca məsələdir.

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə