Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə12/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Nominativ yaxud «marka» funksiyası. Nitqin bu funksiyasında əsas məqsəd fikri müəyyən bir dinləyənə çatdırmaq, insanlar arasında əlaqə yaratmaq deyil, fikrin bu və ya digər obyektini göstərmək yaxud müəyyənləşdirməkdir. Nitqin nominativ funksiyasından konkret obyektləri - coğrafi məntəqələrin, mağazaların,müəssisələrin,idarələrin,sənaye məhsulunun adlandırılmasında istifadə edilir. Dilin reklam məqsədilə işlədilməsi də nitqin nominativ funksiyasına nümunə ola bilər.
Diakritik funksiyası. Nitqin qeyri-nitqi situasiyaları düzəltmək yaxud tamamlamaq məqsədilə işlədilməsinə nitqin diakritik funksiyası deyilir.
Magik funksiyası- sözün fövqəladə və sirli təsir qüvvəsinə malik olduğuna inanır, inanırlar ki, sözün gücü ilə ətraf mühitə təsir etmək, onu dəyişmək, adamın adını bilməklə ona xətər yetirmək olar. Hətta inkişaf etmiş cəmiyyətlərdə də dini yaxud dindən əvvəlki dünyagörüşə malik olan bəzi adamlar öz dillərində nitqdən magik yaxud ona yaxın məqsədlər üçün istifadə edirlər. Onlar nitqdən ünsiyyət vasitəsi kimi deyil, ruhlarla danışmaq, təbiətə təsir etmək və s. üçün istifadə edirlər. Azərbaycanlılar arasında geniş yayılmış dua yazdırmaq, cadu elətdirmək nitqin magik funksiyasından başqa bir şey deyildir. Novruz bayramından əvvəlki çərşənbə axşamı adamların od üzərindən tullanıb «ağırımı, buğurumu yer götürsün, ruzumu allah yetirsin>> söyləməsi də nitqin magik funksiyasına misal ola bilər.
Estetik yaxud poetik funksiyası. Elmi ədəbiyyatda nitqin bu funksiyası poetik funksiya da adlanır. Düzdür, elmi ədəbiyyatda daha çox nitqin poetik funksiyasında işlədilən dil vasitələrindən söhbət gedir, ancaq bu funksiyanın özü də kifayət qədər səciyyələndirilir. Dilçilik ədəbiyyatında estetik (poetik) funksiya gah dila, gah nitqə aid edilir. Bu ondan irəli gəlir ki, estetik funksiya bədii ədəbiyyatda çox geniş yayılmış dil vasitələrindən istifadə edir və filoloqlar arasında geniş nüfuza malikdir, digər tərəfdən, bu funksiyanın sırf özünəməxsus nitq ifadə vasitələri vardır.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə