Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə10/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Ritorika və fiziologiya


Şifahi nitq səsli dildir. Burada səsin böyük rolu vardır. Ritorun səs telləri sağlam olmalıdır. Nə qədər gözəl sözlər işlədirsə işlətsin, səsi xırıltılı, dili pəltək olan natiq heç bir uğur qazana bilməz. Fizioloji qüsur olaraq kəkələmək də nitqi eybəcərliyinə gətirib çıxarır.
Danışıq səslərinin düzgün tələffüzü, orfoepiya qaydalarına riayət etmək nitqi gözəlləşdirən amillərdən biridir. Bəzən elə adamlara rast gəlmək olur ki, nitq axını prosesində sanki ilişmələr baş verir. Buna görə də istər-istəməz danışanın nitqi qırılır. Bu, həm onun özünə, həm də dinləyiciyə pis təsir edir. Nitqin fizioloji qüsurlarını aradan qaldırmaq üçün Loqopediya adlanan elm sahəsi mövcuddur. Əgər nitqi qüsurlu uşağın eşitmə qabiliyyəti varsa, onun nitq qüsurlarını aradan qaldırmaq mümkündür. Eşitmə qabiliyyəti də nitqin bəlağətli alınmasında əhəmiyyətli rol oynayır. Əgər, ritorun özü zəif eşidirsə, o, qışqıra-qışqıra danışacaq. Onda bəlağətli nitqin keyfiyyətlərindən biri aradan çıxmış olacaqdır. Belə nitqǝ heç kəs qulaq asmaz.
  1. Natiqlik sənətinin sahələri


Forma və məzmununa görə natiqlik sənətinin geniş yayılmış sahələri aşağıdakılar hesab olunur:

  1. İctimai-siyasi natiqlik. Bura: 1) Prezidentin andiçmə nitqi; 2) Siyasi mövzuda məruzə; 3) Siyasi mövzuda çıxış; 4) İcmal nitqi. Böyük məclislərdə son söz; 5) Mitinqdə çıxışlar; 6) Siyasi təbliğatçıların nitqi; Qanunvericilik layihələri; Parlament mübahisələri və s. İctimai-siyasi nitq siyasi-ictimai əhəmiyyətli hadisələri müvafiq strukturlar qarşısında, toplantıda hesabat məruzəsi, kütlə və ya sahə nümayəndələri qarşısında çıxış, eləcə də radio-televiziya vasitəsilə ölkə vətəndaşlarına müraciət- çıxışları əhatə edir.

  2. Diplomatik natiqlik. Diplomatik natiqliyə dövlət başçısı və ya xarici işlər nazirinin BMT-dəki çıxışları, mətbuat konfranslarında siyasi məsələlərlə bağlı çıxışlar və diplomatik müsahibələr daxildir.

  3. Məhkəmə natiqliyi. Bura hakimlərin, prokuror, vəkil, müttəhim və şahidlərin nitqi daxil edilir. Prokuror və hakimin nitqi ittihamedici, müttəhim və vəkilin nitqi müdafiəedici xarakterdə olur. İttihamçıların nitqi faktların dərin təhlilinə, dəlil və sübutlara əsaslanır, obyektivliyə, ədalətə əsaslanır, qanunun aliliyi müttəhimə inandırıcı şəkildə çatdırılır. Vəkilin çıxışı da dəlil və sübutlarla müşayiət olunmalı, məhkəmə prosesində qaldırılan vəsadət baş vermiş hadisənin təhlili nəticəsində hakimin hökmünə müsbət təsir göstərməlidir.


  4. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə