Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə11/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Hərbi natiqlik. Hərbi nitqə aiddir: a) Həqiqi hərbi xidmətə çağırılmış gəncləri, əsgərləri ruhlandırmaq; b) Əsgərlərin hərbi andı; c) Hərbi nizamnamənin şərhi; ç) Komandirlərin hərbçilər qarşısında çıxışı.

  • Akademik natiqlik. Akademiya sistemində, universitet və müxtəlif ali məktəblərdə, elmi müəssisələrdə, beynəlxalq konfrans, simpozium, treninqlərdə edilən məruzələr, çıxışlar, oxunan mühazirələr, elmi rəy və dissertasiya müdafiəsində çıxışlar və s. akademik natiqliyə daxildir.

  • İctimai-məişət natiqliyi. Natiqliyin bu növündə yubiley tədbirlərində, bayramlarda, toylarda, şənliklərdə, ad günlərində, dəfn mərasimlərində və s. adamlar təbrik nitqi söyləyir, sağlıq deyir, çıxış edirlər. Məişət zəminində söylənilən bu çıxış –nitqlərdə haqqında söhbət gedən adamın şəxsiyyətinə, hadisənin mahiyyəti və əhəmiyyətinə aid xoş sözlərə, obrazlı ifadələrə, təntənəli qurulmuş cümlələrə, təriflərə, təbriklərə və başsağlığı etiketlərinə geniş yer verilir.

  • Dini natiqliyi - din xadimlərinin moizə və xütbələri, "Quran"dan ayə və surələrin oxunması, "Quran" tapşırma, ehsan və süfrə dualarının oxunması, axund və mollaların imamların müsibətləri haqqında çıxışları

  • Bədii natiqliyi - bədii axşamlarda şair və yazıçıların nitqləri; şair, yazıçı və bəstəkarlar haqqında mühazirə, məruzə və çıxışlar

  • Ekran natiqliyi kütləvi informasiya vasitələrindən olan televiziya verilişlərinə aiddir. Yazılı və şifahi nitqin xüsusiyyətlərini özündə əks etdirən bu nitq monoloji və dialoji formalarda təzahür tapır. Televiziya verilişlərində nitqin məzmunu təsvirlər və mətnlərlə tamaşaçılara canlı çatdırılır. Çoxmilyonlu auditoriya üçün səsləndirilən bu nitq ədəbi dilimizin qaydalarına, xüsusən də onun orfoepik normalarına cavab verməli, diksiya baxımından aydın və təbii, effektivlik baxımından isənümunəvi olmalıdır.

    1. Nitqin funksiyaları


    Nitqin aşağıdakı funksiyaları vardır: emotiv funksiya, poetik (estetik) funksiya, magiya funksiyası, fatik (kontakt) funksiya, nominativ funksiya, diakritik funksiya.
    Fatik funksiya şifahi nitqə xasdır. Nitqdən yalnız əlaqə yaratmaq məqsədi ilə istifadə etmək onun fatik funksiyasıdır. Nitqdə vokativ sözlərin işlənməsi bu funksiya ilə əlaqədardır, istifadə olunmasının əsas məqsədi danışanın dinləyənin diqqətini özünə cəlb etməkdir. Fatik funksiyalı nitq dialoqlarda daha çox yer alır.
    Danışanın nitq zamanı öz hisslərini və iradi xüsusiyyətlərini ifadə etməsi emotiv funksiya ilə bağlıdır. Emotiv funksiyanın gerçəkləşməsində əzizləmə-kiçiltmə bildirən sözdüzəldici vasitələr geniş istifadə olunur.

    Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   7   8   9   10   11   12   13   14   ...   65




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə