Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Monoloji nitqin növləri + 85. Mühazirə, məruzə, çıxış



Yüklə 129,04 Kb.
səhifə15/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Monoloji nitqin növləri + 85. Mühazirə, məruzə, çıxış


Monoloji nitqdə bir nəfər danışır, başqaları onu dinləyirlər. Monoloji nitq dinləyicilərlə ünsiyyət formasıdır. Bu nitq dinlənilir, eşidilir, dinləyənlər və yazılı formada oxuyanlar düşünür, nəticə çıxarırlar. Bu nitq daha çox ailədə, məişətdə, elm və təhsil ocaqlarında, məhkəmə iclaslarında işlədilir.
Bu nitq növü mühazirə, məruzə, çıxış, məqalə, məktub, məlumat və s. şəkillərində təzahür tapır. Monoloji nitqin natiqlik üslubunda ən çox yayılmış növləri çıxış, mühazirəməruzədir.
Çıxış məişət üslubunun ən geniş yayılmış növüdür. Monoloji nitqin bu növü daha çox prezident yanında ilin yekunları və ya istehsalatın hər hansı bir sahəsinə aid toplantıda, nazirlərin hesabatında, yığıncaqlarda və iclaslarda səsləndirilir. Məsul şəxs qarşısında başqalarının monoloji nitqi çıxış adlanır. Ali məktəb rəhbərliyinin səlahiyyətli nümayəndələrinin , orta və peşə məktəblərinin, lisey və koleclərinn, idarə, müəssisə və təşkilatların başçılarının sinifdə, auditoriyada, iclas zalında ümumiyə xitabən danışması, toy məclisində qonaqların təbrik üçün söz deməsi, mərasimlərdə, mitinqlərdə, bir tikilinin, qurğunun açılışında, hər hansı bir görüşdə deyilən qısa, yığcam, bəzi hallarda geniş fikirlər toplusu çıxışdır. Çıxış o vaxt razılıqla qarşılanır ki, natiq özündən əvvəl çıxış edənlərin dediklərini təkrarlamadan, dilin fonetik, leksik vasitələrindən qrammatik normalar daxilində fikrini orijinal şəkildə ifadə edə bilir. Çıxış kiçik vaxt kəsiyində, 2-3 dəqiqə ərzində, adətən, plansız, konspektsiz söylənilir. Lakin elmi konfranslarda çıxış edən şərh edəcəyi məsələni müəyyən plan üzrə qeydlər əsasında apara bilər.
Məruzə: Məruzə ərəb mənşəli sözdür, bir şeyə düçar olan, uğrayan, məruz qalan anlamındadır. Məruzə bir mövzu haqqında irəlicədən hazırlanıb, söylənilən monoloji nitqdir. Məruzə görülmüş iş haqqında ona cavabdeh olan şəxsin, ali orqan və ya vəzifəli şəxslər qarşısında, bir növ, hesabat çıxışıdır. Çıxışdan fərqli olaraq məruzə iştirakçılar arasında geniş müzakirə olunur, ətrafında çıxışlar edilir və yekunda müvafiq qərar qəbul olunur. Məruzə ədəbi dildə, əsasən, elmi, bəzən də publisistik üslubda yazılır. Məruzədə sahə terminlərinə yer verilir, amma bədii ifadə vasitələrinə yol verilmir.
Mühazirə. Mühazirə ərəb mənşəli söz olub “hazırlanma” mənasındadır. Mənası “ali məktəbdə hər hansı bir fənnin bir bölməsi və ya mövzusu haqqında professorun, müəllimin oxuduğu “geniş məlumat” və “hər hansı bir ictimai, siyasi və ya elmi mövzuya aid geniş məlumatlar toplusu” kimi anlaşılır. Müəllim (professor və ya dosent) fikirlərini elmi ədəbiyyata əsaslanaraq qurur, mühazirənin sonunda isə istifadə olunmuş ədəbiyyatın siyahısı olur. Tələbələr mühazirəni müzakirəetmirlər, amma mühazirəni oxuyan müəllimə, kütləvi mühazirədə mühazirəçiyə suallar verilə bilər.

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə