Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Poliloji nitq. Özgə nitqi və ondan istifadə məqamları



Yüklə 129,04 Kb.
səhifə17/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   65
Öz Az dili və nitq mədəniyyəti

60. Poliloji nitq. Özgə nitqi və ondan istifadə məqamları


Monoloq və dialoqdan fərqlənən üçüncü nitq tipi poliloji nitqdir. Daha dəqiq desək, poliloji nitqdə ən azı üç iştirakçı danışan (adresant) funksiyasını yerinə yetirir. Dram əsərlərində poliloji nitq daha çox qeydə alınır. Nitqin tiplərinin təyini onun kimə mənsub olması ilə birbaşa bağlıdır. Dilçilikdə mətndə başqasına aid olan nitqin tipləri məsələsi qoyulur. Bu zaman nitqi ötürmə üsulları əsas götürülür. Elmi ədəbiyyatda özgə nitqinin ötürülməsinin beş üsulu - vasitəsiz, vasitəli, tematik, qeyri-məxsusi vasitəsiz, sərbəst vasitəsiz üsulları göstərilir. Müvafiq olaraq vasitəsiz nitq, vasitəli nitq, qeyri-məxsusi vasitəsiz və sərbəst vasitəsiz nitq anlayışları qəbul edilir. Tiplərin fərqləndirilməsi zamanı bir halda funksional,
digər halda struktur, üçüncü halda semantik meyarlara üstünlük verilir. Bəzən özgə nitqinin iki əsas növü qeyd olunur və sonra həmin növlərin daxili bölgüsünün aparılmasına üstünlük verilir. Danışarkən, yazarkən çox zaman öz nitqimizdə başqasının nitqindən istifadə etməli oluruq. Özgə nitqi iki şəkildə verilir: ya onun məzmunu ilə yanaşı, bütün fonetik, leksik, qrammatik xüsusiyyətləri, hətta intonasiyası da olduğu kimi saxlanılır, yaxud da onun yalnız məzmunu çatdırılır. Birinci halda özgə nitqi heç bir başqa vasitəyə ehtiyac olmadan, heç bir başqa vasitə ilə qarışdırılmadan, olduğu kimi saxlanmış olur, ona görə də özgə nitqinin bu şəkildə verilməsi "vasitəsiz nitq" adlandırılır. İkinci halda özgə nitqi bir sıra başqa vasitələrin köməyi ilə, müəyyən dəyişikliklər edilməklə verilir və "vasitəli nitq" adlandırılır. Bunlardan əlavə, özgə nitqinin həmin nitq haqqında məlumat verən şəxsin nitqi ilə qarışıq şəkildə verildiyi hallar da vardır. Vasitəsiz və vasitəli şəkildə verilən özgə nitqi az-çox məzmunca da fərqlənə bilir, lakin onlar daha çox quruluşca fərqlənir. Vasitəsiz nitq özgə nitqinin həm məzmun, həm də formaca heç bir dəyişikliyə uğramadan, olduğu kimi verilməsinə vasitəsiz nitq deyilir. Tərkibində vasitəsiz nitq olan cümlə məna və intonasiya ilə birləşən iki hissədən ibarət olur. Bu hissələrdən biri müəllif nitqindən, o birisi vasitəsiz nitqdən ibarət olur. Vasitəsiz nitqin iki fərqli forması da qeydə alınır. Bunlardan biri sitatdır. Bu və ya digər fikri təsdiq edən və misallarla aydınlaşdıran hər hansı bir mətndən olduğu kimi götürülmüş parça sitat adlandırılır. Sitat gətirilən müəllifin fikirlərinin təhrif olunmaması çox vacibdir. Çünki ayrıca götürülmüş bir və ya bir neçə cümlənin mənası kontekstdəki mənadan fərqli ola bilər. Mətnin dəyişdirilməsi,yəni cümlədə söz sırasının pozulması yolverilməzdir. Sitat dəqiq olmalıdır. Təcrübəli natiqlər vasitəsiz nitqi təkcə mətnə daxil etməklə kifayətlənmir, həmçinin onu şərh edir, müəllifin fikrinə öz münasibətini bildirirlər. Çıxış zamanı vasitəli və vasitəsiz nitqin uyğunlaşdırılması nitqi daha effektli edir. Başqasına məxsus olan nitqin semantik-funksional baxımdan təsnifi maraq doğurur. Bölgü funksional meyar üzrə aparıldıqda özgə nitqinin mətndə 5 reallaşma tipi aşkara çıxır: 1) danışıq tipi; 2) sənədli tip; 3) mahnı (nəğmə) tipi; 4) səstəqlidi tip; 5) siqnal tipi.

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə