Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə24/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   20   21   22   23   24   25   26   27   ...   65
Öz Az dili və nitq mədəniyyəti

33. Orfoqrafik norma


Orfoqrafiya – yazılı dil vahidlərinin yazılışını təmin edən qaydalar sistemidir. Milli dilimiz üçün cəmiyyət tərəfindən qəbul edilən orfoqrafik qaydalar xalqa, milyonlara xidmət edir. Bu qaydalar dövlət tərəfindən təsdiq olunur, onun tələblərinə əməl etmək hamı üçün vacib sayılır.
Fonetik prinsip – orfoqrafiyanın əsas və başlıca prinsipidir. Bu prinsipə görə sözlər eşidildiyi kimi, tələffüzə uyğun şəkildə yazılır. Dilimizdəki sözlərin böyük bir hissəsinin yazılışında bu prinsip əsas götürülür. Məs.: qardaş, bacı, adam, idman, qərənfil, qalın, qırmızı, yaşıl, altı və s. Fonetik prinsip yazıda asanlığı təmin edir. Ona görə asandır ki, yazan tələffüzü əsas tutur, sözü necə eşidir və ya deyirsə, elə də yazır.
Morfoloji prinsip yazıda sözlərin qrammatik tərkibini əsas götürür, sözün və ya şəkilçinin bir tələffüz forması yazı üçün düzgün sayılır, qalan formalar ona tabe edilir, sözün kökü və şəkilçisi vahid bir formada yazılır. lar/-lər, -dar/-dər, -zar/-zər, -nar/-nər formalarında işlənən kəmiyyət şəkilçisinin bir şəkli –lar/-lər yazılı dildə əsas götürülür.
Tarixi-ənənəvi prinsipə görə sözün müasir danışıq dilində səslənməsindən asılı olmayaraq, onun vaxtilə mövcud olduğu yazılış şəkli saxlanılır, əsas götürülür. Dilimizdə yazılışı yazılışı ədəbi tələffüzündən fərqli olan sözlərin müəyyən bir qismi (məs.: dəftər, Səttar, səkkiz, doqquz, müəllim, növbə, şənbə, vicdan, uşaq, palıd, ailə və s.) tarixi-ənənəvi prinsip əsasında yazılır. Belə sözlərin vaxtilə ola bilsin ki, yazılışı ilə tələffüzü arasında fərq olmamışdır.
  1. Leksik norma


Nitq mədəniyyətinin əlaqədar olduğu cəhətlərdən biri də ədəbi dilin normalarıdır. Dil və norma bir-biri ilə bağlıdır. "Norma" sözü latın dilindən alınmış termin olub mənası qayda, əsas, nümunə deməkdir. Əgər dilin fonetik, leksik və qarmmatik normaları formalaşmasa idi, təbii ki, bu gün ədəbi dilimizdən və nitq mədəniyyətindən danışa bilməzdik. Deməli, dilin normaları olmadan ədəbi dil, ədəbi dil olmadan nitq mədəniyyəti yoxdur.
Leksik normada əsas prinsip işlədilən sözlərin mənaca aydınlığıdır. Nitqin anlaşıqlı olması üçün sözlərin mənası danışana da, dinləyənə də tam məlum olmalıdır. Danışan öz nitqində alınma sözlərə və ya dialektizmlərə çox yer verərsə, onların mənası, əlbəttə, bütün dinləyicilərə eyni dərəcədə anlaşıqlı ola bilməz. Kitablarda, lüğətlərdə müxtəlif yazı məxəzlərində sözləri, adətən, bir variantda görürük. Amma xalq danışıq dilində və dialektlərdə ədəbi dildə oxuduqlarımızın variantları da mövcuddur: "asan" əvəzinə asand, hasan, hasand; "ev" əvəzinə əv, öy, öv; "pendir" əvəzinə penir, pəndir; "deyil" əvəzinə dəyil, degil, döyü, döyül; "pəncərə" əvəzinə pencərə; "ayaq" əvəzinə əyağ; "bıçaq" əvəzinə pıçax.
Özləşmə, əsasən, söz sənətkarlarının xalq dilinə və Türkiyə türkcəsinə müraciəti əsasında qarşılığı milli dilimizdə olmayan, oxşarlıq əsasında sözyaratma prosesidir. Bir qismi rus dilindən alınmaların kalka üsulu ilə düzəlmiş variantlarıdır ki, bura çimərlik, duracaq, əyləc, yelçəkər, sərinkeş, tozsoran, soyuducu, dabankeş, açıqca və s. kimi sözlər daxildir.
Amma hərbiləşmə (militarizm), köçkün (emiqrant), yetəsay (kvorum), çağdaş (müasir), yüzillik (əsr), durum (vəziyyət), özəlləşmə (xüsusiləşmə), soyqırım (genosid), soyad (familiya) və s. kimi sözlərin işlənməsin-də paralellik olsa da, saxlanc, dönəm, qaynaq, bölgə, öndər,soykökü, istilikölçən, bilgisayar, cangüdən, duyum, toplum, bağımsız və s. kimi leksik vahidlər xalqımızın müstəqillik qazanması sayəsində, özləşmə nəticəsində dilimizdə sabitləşmək- dədir. Dildə yalnız uyğun qarşılığı olmayan sözlərin hazır şəkildə alınıb işlədilməsi zəruridir. Lakin dildə uyğun qarşılıq olduqda, yaxud onu düzəltmək mümkün olarsa, mənbə dildəkinə uyğun yaradılmalıdır.
Hər bir söz müəyyən semantikaya (mənaya) malik olduğu üçün onun düzgün, yerində işlədilməsi nitq sahibindən asılıdır. Məsələn: "ayağım büdrəyib yerə düşdüm" cümləsində düşdüm sözü yerində işlənməmişdir, yıxıldım deyilməli idi. Deməli, söz öz yerində işlənmirsə, fikir öz düzün ifadəsini tapmır, nitq mədəniyyətinin tələbi pozulur.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə