Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Nitqin əsas keyfiyyətləri: ahəngdarlıq, canlılıq



Yüklə 129,04 Kb.
səhifə22/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   18   19   20   21   22   23   24   25   ...   65
Öz Az dili və nitq mədəniyyəti

37. Nitqin əsas keyfiyyətləri: ahəngdarlıq, canlılıq


Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər vardır ki, bunlar nitqin normativliyidir. Həmin tələblər bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik, təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s.
Canlılıq Avazın dəyişməsi, nitqin tempinin dəyişməsi, jestlǝr, mimikalar, nəhayət, müxtəlif işarələrlə dinləyiciləri özünə cəlb etmə qabiliyyəti. Bütün hallarda monotonluqdan qaçmaq lazımdır.
Canlılıq məsələsindən danışarkən nəzərə almaq lazımdır ki, həmişə natiqlə dinləyicilər üz-üzə dayanmır. Məsələn, radioda, televizorda çıxış edən natiq öz nitqini necə canlı etməlidir? Televizorda tamaşaçı bütün jestlari, mimikaları görür, radioda isə bu mümkün deyil. Bu səbəbdən də radio ilə çıxış edən natiqin çıxışında əsas aparıcı onun fonetik imkanlarından bacarıqla istifadə etməsi olmalıdır.
Ahəngdarlıq Nitqin ahəngdarlığı ahang qanununa riayət etmək demək deyil. Doğrudur, ritor bütün çıxışı boyu sözlərinin, söz birləşmələrinin vurğusuna, səslərin uzun və ya qısa tələffüz edilməsinə fikir verməlidir. Bununla belə, ahəngdarlıq dedikdə, nitqdə iki cəhət nəzərə alınmalıdır. Birinci, alçaq tondan başlayıb ucaya doğru getmək; ikinci, faktoloji materialı nitq boyu bərabər paylamaq. Əgər bir natiq əvvəlcə bədii-nağılvari danışıb sonradan bütün cümlələrini faktlar və rəqəmlərlə yükləsə, asana alışmış dinləyicilər faktların çoxluğundan usana bilər. Onda ritor məqsədinə nail ola bilməz.

26. Akademik yazının digər yazı növlərindən fərqi + 27. Akademik yazının quruluş və xüsusiyyətləri + 28. Akademik yazının növləri


Yazı həyatınız boyu müxtəlif situasiyalarda sizdən tələb olunan bacarıqdır. Şəxsi məzmunlu yazışmada
– dost-tanışlara ünvanlanan yazının bir xüsusiyyəti ondan ibarətdir ki, bu cür yazı, adətən, qeyri-formal olur. Bu isə o deməkdir ki, burada orfoqrafiya qaydalarını, punktuasiyanı və yaxud qrammatik qaydaları gözləməyə o qədər də ehtiyac yoxdur.
Sözləri qısa yaza, hətta dialekt sözlərdən belə istifadə edə bilərsiniz. Şəxsi məzmunlu yazışmadan fərqli olaraq, akademik konkret yazı strukturu tələb olunur. Məsələn, giriş, əsas hissə və nəticə.
Akademik yazıda giriş paraqrafı oxucunu mövzunun ümumi xarakteri ilə tanış edir, daha sonra isə müzakirə edilən mövzu yazının əsas hissəsində müzakirə edilir və qiymətləndirilir. Girişdə siz çox qısa və aydın şəkildə, məsələyə münasibətinizi bir-iki cümlədə bildirir, daha sonra tutduğunuz mövqeyi yazınızın əsas hissəsində bir neçə paraqrafda ətraflı şəkildə izah edirsiniz. Nəhayət, son paraqrafda - nəticədə siz qeyd etdiyiniz əsas məqamları, fikirləri yekunlaşdırmalısınız.
Digər müəlliflərin işlərindən sitat gətirmək akademik yazının əsas şərtlərindən biridir, çünki bu, sizin mövzu ilə əlaqədar ədəbiyyatı oxuduğunuzu, ideyaları anladığınızı, bu ideyalar və digər müxtəlif perspektivlərdən öz yazı işinizdə istifadə etdiyinizi göstərir.
Akdemik yazıda siz hər zaman orfoqrafiya qaydalarına, punktuasiyaya və qrammatik standartlara əməl etməlisiniz. Fikirlərinizi yazıda aydın ifadə etməniz çox önəmlidir.
Akademik yazı işləri son dəqiqədə icra edilməli tapşırıqlar deyil. Onlar düşünmə və planlaşdırma tələb edir.
Akademik Yazı Növlərinin Quruluşu: Ön hissə, Titul vərəqi, Mündəricat, Minnətdarlıq yazısı (akademik işin yazılmasında köməklik göstərən şəxslərə minnətdarlıq), Abstrakt, Xülasə

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə