Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə43/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   39   40   41   42   43   44   45   46   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Təktərkibli cümlələr


Sadə cümlə baş üzvlərin iştirakına görə müxtəlif qruplara bölünür. Bu meyarla sadə cümlənin aşağıdakı növləri qeyd olunur:

    1. Təktərkibli cümlələr.

    2. Cüttərkibli cümlələr.

Təktərkibli cümlələr. Baş üzvlərdən hər hansı biri iştirak etməyən cümlə təktərkibli adlanır. Belə cümlələrdə ya xəbər, ya da mübtəda iştirak etmir. Əgər xəbər iştirak etmirsə, cümlə mübtəda kütləsi əsasında formalaşır. Belə cümlələrin aşağıdakı növləri vardır: 1) Adlıq cümlə. 2) Söz cümlə.
Adlıq cümlələrə dram əsərlərinin remarkaları, kinossenarilərin bəzi hissələri misal ola bilər. Məsələn, Şuşa qalası, Xan sarayı, bayırda güllə səsləri və s. Söz cümlələri isə bir sözdən ibarət olub hər hansı məlumatı verir: Gecə. Qar, Maşın. Soyuq. Şaxta və s. Mübtəda iştirak etmədikdə cümlə xəbər kütləsi əsasında formalaşır. Belə cümlələrin aşağıdakı növləri vardır:
Şəxssiz cümlə. Bu cümlələrdə mübtəda iştirak etmir və təsəvvürə gətirilmir: Həsənin məsələsinə baxılırdı.
Qeyri-müəyyən şəxsli cümlələrdə mübtəda iştirak etmir və o, konkret şəkildə təsəvvür də edilmir. Ancaq belə mübtədaların yerinə o və onlar sözlərini əlavə etmək olur. Məsələn, Bu günlər Qafqazda və qeyri-müsəlman vilayətlərində mərhum Mirzə Fətəlini yad edirlər. (C.M.)
Ümumi şəxsli cümlələrdə də mübtəda iştirak etmir, amma o, mücərrəd şəkildə təsəvvürə gətirilir: Na, salarsan aşına, o çıxar qaşığına; Cücəni payızda sayarlar: Qoyunu qoyun, keçini keçi ayağından asarlar.
Cüttərkibli cümlələr. Cüttərkibli cümlələrdə baş üzvlərin hər ikisi iştirak edir. Məsələn, Qış getdi, yenə bahar gəldi, Gül bitdi, laləzar gəldi. Quşlar qamusu fəqanə düşdü Eşq odu yenə bu canə düşdü. Cüttərkibli cümlələri də iki qrupa bölmək olar. Əgər cümlə təkcə baş üzvlərdən ibarətdirsə, belə cümlələrə müxtəsər cümlə deyilir. Məsələn, Qış getdi, bahar gəldi.

61. Mürəkkəb cümlələrdən nitqdə istifadə məqamları


Danışıq dilində sadə cümlə növləri ilə bərabər mürəkkəb cümlə tiplərindən də istifadə olunur. Cümlə nitqin əsas vahidi olduğundan o, qrammatikanın sintaksis bəhsində, bütövlükdə isə ünsiyyətdə həlledici rola malikdir. Cümlə sadə vəmürəkkəb fikirlərin ifadəçisi kimi sadə və mürəkkəb olur. Sadə cümlə bir komponentdən ibarətdir, mürəkkəb cümlə isə iki və daha artıq sadə cümlənin birləşməsi şəklindədir. Həm yazılı nitqdə, həm də şifahi danışıqda hər iki cümlə tipi danışanın savadından, peşəsindən, dünyagörüşündən, harada, kiminlə, nə haqqında danışmasından asılı olaraq sadə və mürəkkəb konstruksiyalı olur. Danışıqda sadə cümlələrdən çox, mürəkkəb cümlələrdən az istifadə olunur. Yazılı nitqdə, xüsusən hekayə, povest və romanlarda müəllif təsvirlərində və elmi üslubda mürəkkəb cümlələr üstünlük təşkil edir. Təbiidir ki, az savadlı adamlar sadə cümlələrə, cəmiyyətdə yaxşı mövqe tutan ziyalılar isə mürəkkəb cümlələrə meylli olurlar.
Mürəkkəb cümlələr də yalnız o zaman işlədilir ki, fikir yığcam, bir-biri ilə rabitəli, anlaşıqlı ifadəolunsun. Məs.: Səndən ayrıldığım günün səhərisi ailəmiz təzə mənzil aldığı üçün özümdə anadan yenicə doğulmuş körpəcə uşaq kimi bir yüngüllük hiss edirdim” cümləsi formasına görə sadə, məzmununa görə mürəkkəbdir. Biz bu mürəkkəb cümləni iki sadə cümlə ilə verə bilərik.
Mürəkkəb cümlə iki və daha artıq sadə cümlənin birləşməsindən yaranır və mürəkkəb bir fikri ifadə edir. Mürəkkəb və silsiləli fikirlər mürəkkəb cümlələrlə verilir. Mürəkkəb cümlələrin işlədilməsi danışanın ixtisasından, savad və dünyagörüşündən çox asılıdır.
Mürəkkəb cümlələr tabesiztabeli olmaqla iki yerə bölünür. Tabesiz mürəkkəb cümlədə iki, üç fikir bir-birinə nə qədər bağlı olsa da, müstəqil xarakterdə olur. Dilimizdə tabesiz mürəkkəb cümlələr daha geniş yer tutur. Tabesiz mürəkkəb cümlələr fikirləri yığcam, həm də aydın və anlaşıqlı vermək üçün həm şifahi, həm də yazılı nitqdə istifadəyə yararlıdır.
Tabeli mürəkkəb cümlələrdə isə fikirlər bir-birinə möhkəm bağlansa da, biri o birisindən asılı olur.
Dilimizdə tabeli mürəkkəb cümlələr də geniş yer tutur. Tabeli mürəkkəb cümlələr fikirləri anlaşıqlı verməkdə əlverişli sayılır. Məs.: İndi mən inanıram ki, dünyada pis uşaq yoxdur, pis tərbiyəçi var. Bu cümləni sadə cümləyə çevirmək istəsək “İndi mən dünyada pis uşağın olmamasına, pis tərbiyəçinin olmasına inanıram” – alınar ki, belə olan halda nitq süni görünər, fikir aydın nəzərə çarpmaz.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə