Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə50/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   46   47   48   49   50   51   52   53   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Elm sahələrini isə belə qruplaşdırırlar:

    1. humanitar elmlər: tarix, fəlsəfə, filologiya, psixologiya, sosiologiya və s.;

    2. təbiət elmləri: biologiya, coğrafiya, tibb və s.;

    3. texniki elmlər: riyaziyyat, fizika,kimya və s.

  1. Publisistik üslub


Publisistik üslubun məqsədi cəmiyyətin həyatında baş verən, hamı üçün həyati əhəmiyyət daşıyan problemlər barədə dinləyiciyə məlumat vermək, həmin məsələyə münasibət bildirmək, onu həll etmək yollarını axtarmaqdan ibarətdir. Publisistik üslub bədii və elmi üsluba yaxındır, çünki hər üç üslub adamlarla ünsiyyətə girməyə çalışır, onların maddi-mənəvi dünyasını işıqlandırır. Publisistik üsluba daha çox qəzet, kütləvi jurnal, radio, televiziya, elmi-kütləvi ədəbiyyatın dili aiddir. Bu üslub müxtəlif maraqları əks etdirdiyindən ayrı-ayrı emosional çalarlarda ola bilər: radio və televiziya-da müəyyən bir problemdən söhbət gedəndə biz həm sakit, təmkinli, həm əsəbi danışıqları görə bilərik. O, kütləvi nitq forması olduğu üçün xalq dilinə çox yaxındır.
Bu üslubun dili hamı üçün anlaşıqlı olan bir dil olmalıdır, mücərrədlik və ağır terminologiyadan qaçılmalıdır. Publisistik üslubda ədəbi dilin bütün normalarının gözlənilməsi tələb olunmur. Publisistik üslubun sintaksisi, cümlə quruluşu danışıq dilinə yaxın olmalı, adi intonasiya ilə müşayiət olunmalıdır. Yazan və ya danışan öz nitqinin kəsərli və inandırıcı olması üçün onu imkan daxilində açıq, aydın qurmalı, məntiqi ardıcıllığa riayət etməlidir.
Elmi ədəbiyyatda publisistik üslubun üç çaları göstərilir: siyasi-publisistik üslub, bədii-publisistik üslub, elmi- kütləvi üslub.
İctimai-publisistik üslubun başlıca xüsusiyyəti dilinin sadəliyi, aydınlığı, hamı tərəfindən başa düşülməsidir. Kütlələrə təsir göstərmək, problemlərin həllinə insanlarda maraq oyatmaq, onları bu işə cəlb etmək məqsədini qarşıya qoyan mətbuatın dili, hər şeydən əvvəl, canlı, aydın və anlaşıqlı olmalıdır.
K.Əliyev, A.Rzai kimi alimlər natiqlik üslubunu ayrıca qeyd edirlər. Publisistik üslub daha çox ədəbi dilimizin yazılı, natiqlik üslubu isə şifahi forması ilə bağlıdır.
Publisistik üslub müxtəlif sahələrə bölünür: siyasi- publisistik üslub, ictimai-publisistik üslub. Birinci siyasi həyata dair əsərlərin, çıxışların, nitqlərin üslubudur, bir növ, diplomatik xarakterə malikdir. İctimai-publisistik üslub, qeyd etdiyimiz kimi, qəzet, jurnal dili olduğu üçün dili ümumxalq danışıq dilinə yaxın olan üslubdur.
Ədəbiyyatda şərti olaraq publisistik üslubun bu növlərini qeyd edirlər: 1) bədii-publisistik dil; 2) elmi- publisitik dil; 3) rəsmi-- publisistik dil.
Bədii-publisistik dil müəyyən qədər obrazlı nitq formasıdır, burada bədii təsvir vasitələrinə rast gəlmək mümkündür; epik növün janrları sayılan oçerk və felyetonlar, bədiiyönümlü qəzet və jurnalların dili buna nümunə ola bilər.
Elmi-publisistik dil müxtəlif elm sahələrinə, siyasətə, dinə və s. həsr olunmuş publisistik məqalələrin, elmi-kütləvi kitabların dilidir. Burada ağır terminologiyaya müraciət olunmur, oxucuya, nisbətən, asan bir dildə müraciət olunur.
Rəsmi-publisistik dil dedikdə, rəsmi və ya işgüzar sənədlərin dili nəzərdə tutulur. Bunlar qəzet və jurnallar vasitəsilə kütlələrə çatdırılır və həmin sənədlərdə həm rəsmi, həm də publisistik üslubun xüsusiyyətlərinə rast gəlmək mümkündür.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə