Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə62/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   57   58   59   60   61   62   63   64   65
Öz Az dili və nitq mədəniyyəti

Müqavilənin dili - Müqavilə də rəsmi hüquqi sənəd olduğu üçün yalnız rəsmi ədəbi dil üslubunda tərtib edilir. Müqavilə növündən asılı olaraq terminlərdən istifadə etmək olur.

87. Protokol. Protokoldan çıxarış


"Protokol" yunanca protok "ilk, birinci vərəq", kolos "yapışdırmaq" sözlərinin birləşməsindən düzəldilmişdir. Kollektivlərdə keçirilən müşavirə, konfrans, yığıncaq, toplantı və iclasların gedişini nizamlamaq üçün sədr və katib seçilir. Sədrin vəzifəsi yığıncağı nəzərdə tutulmuş formada aparmaq, katibin vəzifəsi isə iclasın gedişini sənədləşdirməkdir. Bu yazılı sənəd protokol adlanır.
Forma və məzmununa görə protokol bir və ya bir neçə məsələni əhatə edə bilər. Protokolun tərtibi və yazılışında aşağıda göstərilən cəhətlər nəzərdə saxlanılır:

  1. "Protokol" sözü və onun nömrəsi vərəqin yuxarısında, ortada böyük hərflərlə yazılır.

  2. Təşkilatın adı, yığıncağın keçirildiyi tarix və yer qeyd edilir.

  3. Yığıncaqda iştirak edən kollektiv üzvlərinin sayı, rəhbər orqanların nümayəndələrinin adı, soyadı və vəzifəsi göstərilir.

  4. Giriş hissədən sonra "Gündəlik məsələlər" qeydi ortadan böyük hərflə yazılır, müzakirə olunacaq məsələ abzasdan verilir. Məsələ birdən çoxdursa, nömrələrlə qeyd aparılır.

  5. Gündəlik məsələdən sonra yeni sətirdən abzasdan böyük hərflə "Eşidildi" sözü yazılır.

  6. "Çıxış etdilər" hissəsində çıxış edənlərin adı və soyadı sətrin əvvəlində göstərilir, onların çıxışındakı fikirlərin qısa məzmunu aydın qeyd olunur.

  7. Sonra vərəqin ortasında "Qərar" sözü yazılır. Məsələnin qərar hissəsi iclasın məqsədini ifadə etməli, bəndlər üzrə yığcam şəkildə yazılmalıdır.

  8. Protokolun sonunda sədr və katibin adı, soyadı göstərilir və onlar protokolu imzalayırlar.

Protokoldan çıxarış - Dəftərxana- kargüzarlıq sistemində ən çox işlədilən sənədlərdən biri da protokoldan çıxarışdır. Bir iclasda müxtəlif məsələlər müzakirə edilir. Bunlardan bəzən çıxarış vermək lazım gəlir. Qeyd etmək lazımdır ki, əksər hallarda iclasın sonunda müzakirə edilən cari məsələlərdən çıxarış vermək lazım gəlir. Çox vaxt bu və digər şəxslə bağlı məsələlərə aid protokoldan çıxarış vermək lazım gəlir. Protokoldan çıxarış verəndə iclasın iştirakçıları və ya onların sayı haqqında məlumat verilir. Protokolun tarixi va nömrəsi göstərilir. Məsələnin qoyuluşu və qərar qeyd edilir. Iclasın sədri və katibi çıxarış imzalayır.

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə