QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə163/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   159   160   161   162   163   164   165   166   ...   182

 

452 


 

etməli, gübrələrdən və pestisidlərdən istifadə etmək lazımdır. 



TORPAĞIN HAVA TUTUMU – Havada-quru torpaqda havanın 

maksimal miqdarı (tam hava tutumu) və ya torpağın müəyyən 

nəmliyində havanın miqdarı (həcm faizi). 

TORPAĞIN İNVENTARİZASİYASI – Hər hansı bir müəssisənin 

istifadəsində olan (fermer, meşə  təsərrüfatı  və s.) torpaqların yerində 

(naturada) yoxlanılması. Yer quruluşu (meşə quruluşu) təşkilatları 

tərəfindən yerinə yetirilir. T.i.-nın məqsədi ayrı-ayrı torpaq sahələrinin 

mövcudluğunu aşkar etməkdir. T.i. aerofotoşəkilçəkmə  və yerdə 

yoxlama vasitəsilə aparılır. 



TORPAĞIN QİYMƏTLƏNDİRİLMƏSİ – bax: ğorpağın 

bonitetləşdirilməsi. 



TORPAĞIN QLOBAL FUNKSİYALARI – Torpaq biosferdə bir 

sıra qlobal funksiyalar yerinə yetirir. Onlardan əsasları sxemdə 

göstərilir. 

 

 



 

TORPAĞIN QRANULOMETRİK TƏRKİBİ, MEXANİKİ 

TƏRKİBİ (lat. Granulum - dənəcik) – Torpağı təşkil edən (diametrinə 

görə) müxtəlifölçülü hissəciklərin faiz, yaxud çəki ilə ifadə olunan nisbi 

miqdarı. Torpağın qranulometrik elementlər adlanan ayrı-ayrı 

hissəcikləri bir neçə fraksiya təşkil edir: 10 mm-dən iri hissəciklər 

daşlar, 10-5 mm-lik iri çınqıl, 5-3 mm-lik xırda çınqıl, 3-1 mm-lik iri 

qum, 1-05 mm-lik orta qum, 0,5-0,25 mm-lik narın qum, 0,25-005 mm-

lik tozlu gil, 005-0,01 mm-lik narın gil, 0,01-0,005 mm-lik iri toz

0,005-0,001 mm-lik narın toz və 0,001 mm-dən kiçik hissəciklər isə lil 

adlandırılır. Bu fraksiyaları əksər hallarda qruplaşdırıraq 2 yerə ayırırlar: 

0,01-dən kiçik hissəciklər – «fiziki gil»”, 001-dən böyük hissəciklər 

“fiziki qum”. T.q.t. onun müxtəlif fiziki təsirlərə münasibətini 



 

453 


 

(qranulometrik və aqreqat tərkibi, strukturu, həcm kütləsi, məsaməliyi, 

hava, su, istilik, elektrik, radioaktivlik və s.) müəyyən edən xassələrdir. 

T.q.t. Azərbaycan Respublikası torpaqlarında çox geniş diapazonda – 

qumdan ağır gilli tərkibə kimi dəyişir. T.q.t.-n bitkiçilikdə  və 

əkinçilikdə çox böyük elmi-təcrübi əhəmiyyətə malikdir. 



TORPAĞIN QURAQLIĞI  – bitkinin inkişafının ləngiməsi və ya 

məhv olması həddinə qədər torpağın quruması. 



TORPAĞIN MELİORASİYASI – yüksək və sabit məhsul almaq 

məqsədilə torpağın hidroloji və iqlim şəraitinin yaxşılaşdırılması 

istiqamətində aparılan tədbirlər sistemi T.m.-na ilk növbədə suvarılması, 

qurudulması, həmçinin səthi axımın nizamlanması, duzlu torpaqların 

yuyulması, torpağın gübrələnməsi, eroziyanın qarşısının alınması, 

yarğanqoruyucu və tarlaqoruyucu meşə zolaqlarının salınması aiddir. 



TORPAĞIN METABOLİZMİ  (yun. metabole - dəyişmə)  – 

torpaqda maddələrin dövranının bütün kompleksi. 



TORPAĞIN MƏNİMSƏNİLMƏSİ, TORPAĞIN İSTİFADƏSİ – 

xam və dincə qoyulmuş torpaqların kənd təsərrüfatı dövriyyəsində 

istifadəsi. 

TORPAĞIN MƏSAMƏLİYİ  – Torpağın ümumi həcminə görə 

onda olan bütün masəmələrin həcminin cəmi. Faizlə ifadə olunur. 



TORPAĞIN MORFOLOGİYASI  – torpağın xarici əlamətlərinin 

məcmusu. T.m., əsasən, çöldə torpağın təbii profili üzərində öyrənilir. 

Torpaqların  əsas morfoloji əlamətləri onun quruluşundan, rəngindən, 

strukturundan, kipliyindən, möhtəviyyatından, yenitörəmələrindən 

ibarətdir. Torpaq əmələ  gəldikcə onda müxtəlif genetik qatlar yaranır. 

Belə torpağın ümumi görünüşü onun quruluşu adlanır. 



TORPAĞIN MÜHAFİZƏSİ  – Torpaq örtüyünü və onun 

münbitliyini saxlamaq üçün kompleks tədbirlər. 



TORPAĞIN MÜNBİTLİYİ  – torpağın bitkilər tərəfindən 

mənimsənilən qida maddələri, rütubət və s. ilə  təminetmə  və 

məhsulvermə qabiliyyəti. T.m. iki cürdür: təbii (potensial) və süni 

(effektiv). Təbii münbitlik ancaq təbii amillərin və torpaqəmələgətirən 

proseslərin kombinasiyasından və qarşılıqlı  təsirindən asılı olur. Bu 

səbəbdən də təbii münbitliyə yalnız xam torpaqlarda təsadüf oluna bilər. 

Süni münbitliyi insan yaradır. T.m. statik xassə deyil, dinamik xassədir 

və torpaqdan səmərəli istifadə olunduqda onun münbitliyi daha da arta 

bilər. 

TORPAĞIN MÜNBİTLİYİNİN BƏRPASI – müxtəlif növ (o 

cümlədən eroziyaya qarşı) meliorasiya tədbirlər kompleksinin tətbiqi 

vasitəsilə torpaqların itirilmiş münbitliyinin bərpası. Bu iş ot bitkilərinin 



 

454 


 

səpini, gübrələrin verilməsi, yaşıl bitki qalıqlarının torpaqda çürüməsi, 

torpağın dincə qoyulması və s. yolla həyata keçirilir. 

TORPAĞIN ÖZÜ-ÖZÜNÜ TƏMİZLƏMƏSİ – torpaqda gedən 

miqrasiya prosesləri nəticəsində onun çirkləndirici maddələrin 

konsentrasiyasını azaltmaq qabiliyyəti. 

TORPAĞIN RADİOAKTİVLİKYİ  – Torpağın tərkibində 

radioaktiv xassəli kimyəvi elementlərin olması. T.r. uran, radium, to-

rium və kaliumun radioaktiv izotoplarının miqdarından asılıdır. 

Torpaqəmələgətirən süxurlardan asılı olaraq bu elementlərin miqdarı 

dəyişə bilər. Başqa torpaqlara nisətən turş xassəli dağ süxurları üzərində 

təşəkkül tapmış torpaqlarda, ağır mexaniki və gillicəli, çimli-çəmən 

torpaqlarında radioaktivlik yüksək olur. T.r. təbii və süni olur. 

TORPAĞIN REKULTİVASİYASI  (lat. cultivo - becərirəm)  – 

İnsan fəaliyyəti nəticəsində (faydalı qazıntıların çıxarılması, su 

qurğularının yaradılması, meşələrin yox edilməsi, şəhərlər salınması və 

s.) yararsız hala düşmüş torpaqların məhsuldarlığının bərpa edilməsi. 

Mədənlər açıq üsulla istismar edildikdə yeraltı üsula nisbətən daha çox 

sahə yararsız hala düşür. Bu səbəbdən Azərbaycan Respublikasında əkin 

və otlaq sahələri xeyli azalmışdır (Gədəbəy, Daşkəsən, Abşeron və b. 

rayonlarda). Mədən tullantılarını rekultivasiya etmək üçün əvvəlcə sahə 

iri daşlardan (Abşeronda neft qalıqlarından) təmizlənir, tullantının üstü 

hamarlanır və müxtəlif qalınlıqda torpaqla örtülür. Turşuluğu çox olan 

tullantılar neytrallaşdırılır və çatışmayan qida elementləri  əlavə edilir, 

yerli şəraitə uyğun bitki növləri (ağac, kol, ot) əkilir və s. 



TORPAĞIN REQRADASİYASI (lat. reqradatio – geriyə hərəkət) 

– 1) torpaqəmələgəlmənin  əvvəlki mərhələsinə qayıtması prosesi; 2) 

əlverişli təbii (iqlim, nəmlik, termik rejim, otarmanın azaldılması, 

mikroorqanizmlərin iştirakı ilə üzvi qalıqların parçalanması, 

humuslaşması) və antropogen (torpağın düzgün şumlanması, elmə 

əsaslanmış meliorasiya üsullarının tətbiqi və s.) amillərin təsiri 

nəticəsində torpağın münbitliyinin bərpası. 

TORPAĞIN SU REJİMİ – torpaq suyunun hərəkətini, bitki 

tərəfindən onun sərf edilməsi və istifadəsini təyin edən hadisə  və 

proseslərin məcmusu; torpaq münbitliyinin amillərindən biri. T.s.r. 

torpağın tərkibi və xassələrindən (hiqroskopikliyi, susızdırması, su tu-

tumu və s.) iqlim və hava şəraitindən, relyefdən, torpaq hazırlanmasının 

(şumlanması) üsulundan, becərilən bitkinin xüsusiyyətindən asılıdır. 

Torpağın su balansı müəyyən dövr ərzində ona daxil olan sulardan (at-

mosfer yağıntıları, kondensasiya olunan atmosfer suyu, qonşu 

sahələrdən daxil olan səthi və torpaq su axımı, suvarma suyu) və xaric 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə