502
YUYULUB GƏTİRİLƏN TORPAQLAR – mineral, allüvial və
prolüvial torpaqəmələgətirən materialın aktiv toplanması nəticəsində
formalaşan torpaq. Lilli suvarma suyundan uzun müddət istifadə etdikdə
də belə torpaq tipi yaranır. Adətən yüksək münbitliyə malik olur.
YÜKSƏKLİK – Yer səthinin ətraf sahəyə nisbətən dəniz
səviyyəsindən 200 m-dən yüksəkdə yerləşən hissəsi. Məs. Volqaboyu
yüksəkliyi (375 m).
YÜKSƏKLİK (HÜNDÜRLÜK) QURŞAQLIĞI – dağlıq
ölkələrində bitki örtüyünün, torpağın, biosenozların şaquli yerləşmə
qanunauyğunluğu və bir-birini əvəz edən qurşaqlar yaratması. Bu, dağ
ərazisinin böyük yüksəkliyə qalxması və bununla əlaqədar iqlim
qradiyentlərinin (temperatur, atmosfer təzyiqi və günəş radiasiyası)
əmələ gəlməsi ilə irəli gəlir: hər 100 m hündürlüyə qalxdıqca temperatur
05-08
°, atmosfer təzyiqi 745 n/m
2
aşağı düşür. Müxtəlif en dairələrində
müxtəlif olub yerləşdiyi dağlıq ölkənin zonası ilə əlaqdardır.
503
Z
ZAMOR – su səthində oksigenin azalması nəticəsində balıqların və
s. suda yaşayan heyvanların kütləvi qırılması.
ZANBAQKİMİLƏR (Liliaceae) – birləpəli bitki fəsiləsi.
Kökümsovlu, soğanaqlı bitkilərdir. 250 cinsə mənsub 4000 növü
məlumdur. Azərbaycanda 25 cinsi (148 növü) yayılmışdır. Z. fəsiləsinə
qiymətli tərəvəz (soğan, sarımsaq və s.) dərman bitkiləri (inciçiçəyi,
əzvay və s.) və dekorativ (zanbaq, dağlaləsi, sünbülçiçək və s.) bitkilər
daxildir.
ZƏBTETMƏ RƏQABƏTİ – hər bir fərd bacardığı qədər resurs
zəbt edir.
ZƏLZƏLƏ – əsasən tektonik proseslər nəticəsində yeraltı sarsıntılar
və yer səthinin tərpənməsi. Tektonik, vulkanik və uçqun zələzə
növlərinə bölünür. İl ərzində 100 minlərlə zəlzələ hadisəsi baş verir,
onların yalnız az hissəsi dağıdıcı təsirə malikdir, cari əsrin məşhur
fəlakətli zəlzələləri San-Fransiskoda (Kaliforniya) – 1906-cı ildə, Toki-
oda 1923-də, Aşqabadda 1948-də, Çilidə 1960-da, Meksikada 1985-də,
Şamaxıda 1192, 1902-də, İndoneziyada 2005-ci ildə.
ZƏRƏRLİ İSTEHSALAT FAKTORU – iş zamanı müəyyən
şəraitlərdə işçinin xəstələnməsinə və ya iş qabiliyyətinin aşağı
düşməsinə səbəb olan faktor. Z.i.f. təhlükəli də ola bilər.
ZƏRƏRLİ MADDƏ – insan orqanizmi ilə əlaqədar (istehsalat və
məişət şəraitində) xəstəlikyaradan və ya onun sağlamlığını pozan
maddə.
ZƏRƏRLİ NÖV – nisbi anlayış olub insana iqtisadi, mənəvi və ya
sosial cəhətdən zərər verir, həmçinin xəstəlik törədir. Miqdarı, olduğu
yer və vaxtından asılı olaraq bu və ya digər növ insan üçün «faydalı»”
və ya «zərərli”» sayıla bilər.
ZƏRƏRSİZLƏŞDİRMƏ – infeksiya və ya təbii-mənbə
xəstəliklərinin, qarşısını almaq və ya süni yayılan zəhəri yox etmək; ka-
rantin bitki və heyvanları məhv etmək; bina, əşya, alət və s.-ni sterilizə
etmək istiqamətində kompleks tədbirlər.
ZƏRƏRVERİCİLƏRİN KÜTLƏVİ ARTMASI MƏNBƏYİ –
zərərvericilərin kütləvi artan ərazi, oradan isə yayılaraq yeni əraziləri
fəth etməsi.
ZƏRƏRVERİCİLƏRİN TƏBİİ MƏNBƏYİ – insanın və kənd
təsərrüfatı heyvanlarının transmissiya xəstəliklərinin hər hansı bir
ərazidə uyğunlaşma qanunauyğunluğu(məs., ensefolit gənəsi). Burada
504
həmin xəstəliklərin fasiləsiz dövr etməsində iştirak edən orqanizm
növləri məskən salır.
ZƏRƏRVERİCİLƏRLƏ BİOLOJİ MÜBARİZƏ ÜSULLARI –
Zərərvericiləri məhv etmək və ya onların sayını tənzimləmək üçün
təbiətə xəstəlik törədən zərərvericilərin düşmənindən istifadə edilməsi.
ZƏRƏRVERİCİLƏRLƏ MEXANİKİ MÜBARİZƏ ÜSULLARI
– Zərərvericilərin (cücü, gəmirici və b.) sadə mexaniki vasitələrin
(aldadıcı, tələ, quyu) göməyi ilə və ya əl ilə məhv edilməsi.
ZƏHƏRDAŞIMA – müasir metodlarla orqanizmdə mövcud olan
zəhərin aşkar edilməsi. Z-ya yeməklə kiçik dozalar şəklində DDT-nin
insanın piy toxumalarında toplanması klassik misal ola bilər. Z. arzuo-
lunmaz hadisə hesab edilir, belə ki, müəyyən şəraitdə zəhər orqanizmin
intoksasiyasına səbəb ola bilər.
ZƏHƏRİN TƏSİR SİNER-GİZMİ – orqanizmə eyni vaxtda bir
neçə zəhərli maddənin (eyni istiqamətdə) təsiri. Sinergizm zamanı
zəhərlər daha çox (hər zəhərin ayrı-ayrılıqda təsirindən fərqli olaraq)
öldürücü təsir göstərir.
ZƏHƏRLƏR – zəhərlənməyə və ölümə səbəb olan maddələr. Bütün
maddələr, o cümlədən dozasından asılı olaraq dərman maddələri (məs.
strixinin, antropin, morfin və s.) böyük dozada zəhərənmə törədə bilər.
Köhnəlmiş bəzi qida məhsulu da (məs. balıq, ət konservləri və s.) ağır
zəhərlənmələrə səbəb olur.
ZƏHƏRLƏYİCİ MADDƏLƏR (toksik maddələr) – insan
orqanizminə zəhərləyici təsir göstərən və döyüş silahı kimi işlədilə bilən
kimyəvi birləşmələr.
ZƏHƏRLİ BİTKİLƏR – tərkibində zəhərləyici maddələr olan
bitkilər. Z.b-in tərkibində olan zəhərli maddələr mərkəzi sinir sisteminə
(oyadıcı, iflicedici və s.), tənəffüs və həzm orqanlarına, ürək-damar
sisteminə, qaraciyər, böyrəklərə və s. təsir edir. Z.b.-in faydalı
xüsusiyyətləri də var. Onların bəzilərindən (xaş-xaş, acılıq, dəlibəng,
bat-bat və s.) müxtəlif dərman maddələri, bir qismindən (öldürgən,
tütün, asırqal, kəpənəkçiçək, mahmızçiçək) intektisid alınır. Azərbaycan
Respublikasında Z.b.-dən öldürgən, acılıq, qatırquyruğu, kəkrə,
çobanyastığı, cil, acı yonca, qızıl-sarmaşıq, yapıqqanotu, canavargiləsi,
bat-bat, dəlibəng, mahmızçiçək, ayıdöşəyi, südləyən, acı biyan, süsən,
lalə, üzərlik, birəotu, qaymaqçiçəyi, qaytarma, asırqal, həlməl,
dəmirtikan, xaçgülü, ardıc, sarıkol, qaraçöhrə, gərməşov, şümşad və s.
daha geniş yayılmışdır.
ZƏHƏRLİ HEYVANLAR – Orqanizmdə insan və digər canlılar
üçün zəhərli maddələr olan müxtəlif heyvan siniflərinin nümayəndələri.