QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə31/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   184

 

68

sığınacaq çox olduqca, onun növ tərkibi zəngin olar. Öz növbəsində qruplaşmanın növ müxtəlifliyi artdıqca 



ekoloji sığınacaq da çoxalır.  

Bir biosenozun tərkibində eyni ölçülü qrupa aid olan növlər sayına görə  kəskin seçilir. Onlardan birinə 

seyrək rast gəlinir, digəri isə olduqca çox olduğu üçün biosenozun xarici görkəmini təyin edir. Məsələn, yovşan 

yarımsəhrasında yovşan, çətiryarpaqlı fıstıq meşəsində çətiryarpaq ot növü. Hər bir qruplaşmada müəyyən ölçü 

qrupuna aid olan növlər üstünlük təşkil edir, məhz onlar arasında olan əlaqələr bütövlükdə biosenozun 

fəaliyyətini müəyyənləşdirir.  

Sayına görə üstünlük təşkil edən  dominant növ, yaxud sadəcə olaraq həmin qruplaşmanın (biosenozun) 

dominantı adlanır. Məsələn, iberiya palıdı meşəsində iberiya palıdı, onun ot örtüyündə  qırtıc, yaxud cil 

dominantlıq edir. Biosenozun heyvanat aləmində  də dominantlıq edən növlər vardır. Dominant növlər 

qruplaşmanın «növ nüvəsini» təşkil edir. Lakin onların hamısı biosenoza təsir göstərmir. Onların arasında elə 

növlər vardır ki, onlar öz həyat fəaliyyəti  ilə biosenoz üçün yüksək dərəcədə mühit yaradır və onlarsız digər 

növlərin mövcudluğu mümkün deyildir. Bu növlər qruplaşmanın bütövlüklə mikromühitini (mikroiqlimini) 

müəyyənləşdirir, ona görə onların aradan götürülməsi biosenozun tam parçalanması (məhv olması) təhlükəsini 

yaradır. Bu növlər  edifikatorlar (latınca-qurucu) adlanır. Bizim meşələrimizin edifikatorlarından  şərq fıstığı, 

şərq palıdı, iberiya palıdı,  şabalıdyarpaq palıd, ağyarpaq qovaq növlərini, subalp və alp çəmənlərində  qırtıc, 

topalotu,  şehduranı, yarımsəhralarda yovşanı, dəvətikanını göstərmək olar. Lakin bəzi hallarda heyvanlar da 

edifikator ola bilər. Məsələn, marmotlar koloniyası  məskunlaşan  ərazi, onun eşici fəaliyyəti landşaftın 

xarakterini, mikroiqlimini və bitki örtüyünün bitmə şəraitini müəyyənləşdirir.  

Biosenozun tərkibinə az miqdarda dominantlarla yanaşı, adətən çoxlu miqdarda azsaylı  və nadir növlər, 

formalar daxil olur. Azsaylı növlər ikinci dərəcəli növlər də adlanır. Biosenozun həyatında nadir və azsaylı 

növlər olduqca vacib sayıdır. Onlar növ zənginliyi yaradır, biosenotik əlaqələrdə müxtəlifliyi yüksəldir və 

dominantların yerini doldurmaq, yaxud əvəz etmək üçün ehtiyat vəzifəsini görür, yəni bisenozun davamlığını və 

müxtəlif şəraitdə onun fəaliyyətinin etibarlığını artırır. Biosenozda belə «ikinci dərəcəli» növlərin ehtiyatı çox 

olduqca mühitin istənilən dəyişkənliyində onların dominantlıq etmək ehtimalı da artar.  

Dominantlıq edən növlərin sayı ilə biosenozun ümumi növ zənginliyi arasında müəyyən  əlaqə mövcuddur. 

Növlərin sayı azadlıqda ayrı-ayrı formaların bolluğu artır. Belə kasıb qruplaşmalarda biosenotik əlaqələr zəifləyir və 

rəqabətetmə qabiliyyəti güclü olan növlər maneəsiz çoxalma imkanı qazanır.  

Mühit  şəraiti spesifik olduqca qruplaşmanın növ tərkibi kasatlaşır və ayrı-ayrı növlərin sayı çoxalır. 

Tundrada lemminqlər və ya aqrosenozda ziyanverici həşəratların kütləvi çoxalma «partlayışını» buna misal 

gətirmək olar.  

Daha zəngin biosenozlarda praktiki olaraq bütün növlərin sayı (miqdarı) az olur. Növ tərkibinin zənginliyi 

ilə  fərqlənən tropik meşələrdə eyni cinsdən olan ağacların bir neçəsinin yan-yana bitdiyinə nadir halda rast 

gəlmək olar. Belə qruplaşmalarda ayrı-ayrı növlərin kütləvi çoxalması partlayışı baş vermir və biosenozlar 

yüksək sabitliyi (davamlılığı) ilə seçilir. Biosenozun müxtəlifliyi onun sabitliyi ilə sıx bağlıdır: növmüxtəlifliyi 

yüksəldikcə biosenoz bir o qədər sabit olur. İnsan fəaliyyəti təbii qruplaşmalarda növmüxtəlifliyini xeyli azaldır. 

Təbii sistemlərin sabitliyini saxlamaq üçün insan fəaliyyətinin neqativ nəticələrini qabaqcadan bilməli və ona 

qarşı mübarizə aparmalıdır.  

Biosenozun növ strukturunda ayrı-ayrı növlərin rolunu qiymətləndirmək üçün kəmiyyət uçotuna əsaslanan 

müxtəlif göstəricilərdən istifadə edilir. Növün bolluğu – vahid sahədə müəyyən növün fərdlərinin sayı və ya tutduğu 

sahədə  həcmidir. Məs., su hövzəsində 1 dm

3

 suda xırda xərçəngkimilərin sayı  və ya 1 km



2

 bozqır sahəsində 

yuvaquran quşların sayı, yaxud 1 ha sahədə müxtəlif yaş siniflərində növlərin sayı  və s. Rast gəlinmənin 

(qarşılaşma) təkrarlanması biosenozda növün biosenozda bərabər və qeyri-bərabər yayılmasını  səciyyələndirir. O, 

həmin növün rast gəlindiyi nümunə  və ya təcrübə sahələrinin ümumi nümunə  və ya təcrübə sahələrinə nisbəti ilə 

hesablanır. Növün sayı  və rast gəlinməsi bilavasitə  əlaqəli deyildir. Belə ki, növün sayı çox, rastlaşma az və ya 

əksinə, növün sayı az, rastlaşma isə kifayət qədər ola bilər.  

Təbiidir ki, bütün biosenozlarda ən kiçik formalar – bakteriyalar və digər mikroorqanizmlər üstünlük təşkil 

edir. Odur ki, müxtəlif ölçülü növləri müqayisə etdikdə saya görə dominantlıq etmək qruplaşmanın 

xüsusiyyətlərini  əks etdirə bilməz. Müxtəlif ölçülü formalar və növlər müxtəlif  əlamətlərinə görə  də ayrılır: 



sistematik (quşlar, həşəratlar, taxılkimilər, mürəkkəbçiçəklilər) ekoloji-morfoloji (ağaclar, kollar, otlar), yaxud 

da bilavasitə ölçüyə görə (torpağın mikrofauna, mezofauna və makrofaunası bütünlükdə və s.).  

Daha kütləvi yayılan növlərin müxtəlif ölçülü qrupları daxilində müxtəlifliyi, say nisbəti, nadir formaların 

bolluğu və digər göstəricilərin ümumi xarakteristikasını müqayisə edərək biosenozların növ strukturunun 

spesifikası haqda qənaətləndirici təsəvvür almaq olar.  



 

69

Topik əlaqələr əsasında biosenoz daxilində xüsusi struktur birliyi –konsorsiumlar mövcuddur. Konsorsium 



müxtəlifcinsli orqanizmlər qrupu olub hər hansı bir növün fərdinin (konsorsiumun) mərkəzi üzvünün xaricində 

və daxilində yerləşir.  Əksəriyyət hallarda bir konsorsiumun üzvü də müxtləif tropik əlaqələrlə bağlıdır. 

Konsorsiumlar faktiki olaraq digərinə mühitəmələgəlmə  təsirinə malik olan istənilən növün nümayəndəsinin 

ətrafında formalaşır. 

Ayrı-ayrı konsorsiumlar müxtəlif mürəkkəblik dərəcəsində ola bilər. Biosenozun daxili mühitinin 

yaranmasında  əsas rol oynayan bitkilər çoxçaylı konsorovtiv əlaqələri ilə seçilirlər (şəkil   ). Konsorsiumun 

digər üzvləri də öz növbəsində daha kiçik konsorsiumlar, yəni birinci, ikinci, üçüncü və s. konsorsium sıraları 

yarada bilər. Ümumiyyətlə, konsorsiumların mərkəzi üzvləri çox vaxt bitkilər olur. 

Beləliklə,  biosenoz növlər arasındakı  sıx topik və tropik əlaqələr  əsasında yaranan bir-birilə bağlı 

konsorsiumlar sistemindən ibarətdir.  

 

4.1.2. Biosenozun ərazi (məkan) strukturu 

Biosenozda növlər müəyyən ərazi strukturu yaradır, bu əsasən onun bitki hissəsində – fitosenozda bitkinin 

yerüstü və yeraltı hissələrinin yayılması ilə müəyyən olunur. 

Müxtəlif boya malik olan bitkilər bir yerdə olduqda fitosenoz çox vaxt aydın yarusluq (mərtəbəlik) 

quruluşunu alır: assimlyasiya edən bitkinin yerüstü orqanları  və yeraltı hissələri bir neçə qatda yerləşərək 

mühitdən müxtəlif cür istifadə edir və onu dəyişdirir. Yarusluq mülayim qurşağın meşələrində yaxşı görünür. 

Məsələn, Lənkəran ovalığında və dağətəyi hissədə dəmirağac üçyaruslu (üçmərtəbəli) mürəkkəb qarışıq meşəlik 

yaradır. Üst mərtəbədə şabalıdyarpaq palıd üstünlük təşkil edir, ona vələs, azatağac və Qafqaz xurniyi (xurması) 

də qarışır. Bu yarusun hündürlüyü 28-36 metrə çatır. Orta mərtəbəni dəmirağac (12-16 metr), alt mərtəbəni isə 

samşit, bigəvər və başqa kollar tutur (3-7 metr). 

Meşədə  həmişə yaruslararası (yarusdan kənar) bitkilər də mövcuddur, bunlara ağacların gövdə  və 

budaqlarında mamır və şibyələr, ali sporlu və çiçəkli epifitlər və lianlar aiddir.  

Yarusluq bitkilərə  işıq axınından tam istifadə etməyə  şərait yaradır – yüksək gövdəli bitkilərin çətirləri 

altında kölgəyədavamlı və kölgəsevər bitkilər yayılaraq hətta ən zəif günəş işığını da tuta bilirlər.  

Yarusluq ot qruplaşmalarında da (çəmən, bozqır, savanna) müşahidə olunsa da, o qədər aydın görünmür. 

Burada həm də meşəyə nisbətən az yarus ayrılır, meşədə də bəzən yalnız iki aydın görünən yarus olur. Məsələn, 

yüksək doluluqlu fıstıq meşəsində bəzən bir yarus-ağac yarusu, bəzən isə çətiryarpaq və ya cil ot örtüyü olan 

ikiyaruslu ağaclıq yaranır. Yaruslar bitkinin assimlyasiya edən və mühitə böyük təsir göstərən əsas kütləsi üzrə 

ayrılır. Bitki örtüyünün yarusları müxtəlif uzunluqda ola bilər, məsələn, ağac yarusunun hündürlüyü 30-50 

metrə qədər, kol yarusu 2-6 m, mamır yarusu isə cəmi bir neçə santimetr təşkil edir. 



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə