QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə169/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   165   166   167   168   169   170   171   172   ...   184

 

375


günə, dağlıq ərazilərdə 3-5 günə. düzənliklərdə 1-2 günə bərabərdir.  

3. Ovalıq və  dənizsahili  ərazilər daxil olmaqla Talışın dağlıq  ərazisində doludüşən günlərin sayı ildə bir 

gündən artıq olmur, yüksəkliyi 200 m-dən  1000 m-ə  qədər olan ərazilərdə isə 2 gündən 4 günədək dolu 

müşahidə olunur.    

4. Azərbaycan ərazisində Böyük Qafqazda dolunun orta düşmə müddəti 4-5 günə, dağlıq hissələrdə (1000-

1500 m) 1-2 günə, düzənlik hissədə 1 günə, şimal-şərq yamacda 2-3 günə bərabərdir. 



5. Naxçıvanın dağlıq ərazilərində doludüşmə ildə 4-5 günə, düzənliklərdə isə 2-3 günə bərabərdir.     

6. Azərbaycanın düzənlik ərazilərində dolunun düşməsi 4-5 ildə 1 dəfə, qərb rayonlarında isə 2 ildə 1 dəfə 

müşahidə edilir.  

Ə.C.Əyyubov və X.Ş.Rəhimov (2000) orta çoxillik materialları  təhlil edərək respublika ərazisində dolu 

hadisəsinin, hündürlük qradiyentinə görə  təkrarlanmasını  aşağıdakı kimi göstərir. Böyük Qafqazın cənub 

yamacının öndağlıq hissələrində ildə 1 dəfə, alçaq dağlıq hissələrində isə 2 dəfə dolu düşməsi ehtimalı vardır. 

1000 m yüksəklikdən yuxarıya doğru dolu düşməsinin təkrarlanması artır. 1000 m-dən 2000 m-ə  qədər dolu 

düşməsinin  şaquli qradiyenti hər 100 m-də 0,4 günə  bərabərdir. Dəniz səviyyəsindən 2300 m-dən 2700 m-ə 

qədər dolu düşməsinin təkrarlanması daha çox (7-8 gün) ehtimala malikdir. Müəlliflərə görə Böyük Qafqazın 

şimal-şərq yamacında dolu düşməsi ən çox 2200-2400 m yüksəklikdə müşahidə edilir, burada illik təkrarlanma 

3-4 günə qədər təşkil edir. Kiçik Qafqazın dağətəyi hissəsində dolunun təkrarlanması ildə 1 dəfə, aşağı dağlıq 

hissədə ildə 3 dəfə, 2300-2700 m yüksəklikdə isə ən çox - 9-11 gün təşkil edir. Kiçik Qafqazın cənub yamacında 

dolunun  ən çox təkrarlanması 2400-2900 m yüksəklikdə müşahidə edilərək 7-8 günə çatır. Naxçıvan MR-də 

dolunun  ən çox təkrarlanması 2800-3200 m yüksəkliyi  əhatə edərək 5-6 günə çatır. Talış dağlarında dənizin 

yaxınlığı dolu buludlarının əmələ gəlməsinə şəraiti azaltdığı üçün dəniz kənarında dolu 2-3 ildən bir, 1000-1200 

m yüksəklikdə isə ildə 2 gün düşür.  

Dolu düşməsinin ortaillik sayının dəniz səviyyəsindən yüksəklikdən asılılığı 23.5 cədvəldə verilir (Cabba-

rov, 1978).  

 

Cədvəl 23.5 

 

Dolu yağan günlərin orta aylıq, illik sayı (1986-1960-cı illər.  

Cabbarov, 1978) 

 

Məntəqələr 

 III IV V  VI VII VIII 

IX X  İllik 

Əlibəy 


 

0,04 0,08 2,0  0,56 0,16 0,30  0,60 0,32 4,82 

Zaqatala 

 

0,04 0,25 0,50 0,40 0,08 0,12  0,25 0,20 1,84 



Muğanlı 

 

0,0 0,0 0,50 0,40 0,08 0,0  0,0 0,00 0,98 



Şəki 

 

0,08 0,28 0,36 0,20 0,12 0,30  0,20 0,12 1,40 



Qəbələ 

 

0,09 0,40 0,54 0,30 0,04 0,0  0,16 0,08 1,67 



Şamaxı 

 

0,15 0,50 0,40 0,30 0,19 0,04  0,08 0,20 1,87 



 

N.A.Babaxanov və N.Ə.Paşayevin (2004) «Qafqaz təqvimi», «Qafqaz haqqında məlumatlar məcmuə»ləri 

və digər mənbələrdən topladıqları maraqlı materialların bəzilərini sadalamaq yerinə düşərdi. Məsələn, 1852-ci il 

tarixli «Qafqaz təqvimi»ndə yazılır: «6 avqustda Kür çayı sahilində Eymur kəndindən Ketovana qədər 40 

verstlik məsafədə güclü göy gurultusundan sonra 30 dəqiqə ərzində şiddətli yağışla bərabər və ölçüsü 1-20 futa 

(1 fut-0,3048 m) çatan müxtəlif ölçülü, müxtəlif formalı buz parçaları yağmışdır, bunun da nəticəsində bağlar, 

bostan sahələri məhv edilmiş, meşələrdə böyük ağacların bütün budaqları sınmış, çəkil bağlarında isə ağaclar 

kökünə qədər məhv edilmişdir».  

«Qafqaz haqqında məlumatlar» məcmuəsində 1859-1878-ci illər ərzində Qafqazda 451 dəfə dolu düşməsi 

qeydə alınması göstərilir. Bunun 333-dən dəyən zərər 5,5 mln. rubla bərabər olmuşdur. Həmin dövr ərzində 

Azərbaycanda 49 dəfə dolu düşməsi qeydə alınmışdır. 1912-1916-cı illər  ərzində Azərbaycana 2,5 mln. rubl 

ziyan dəymiş, ən çox ziyan çəkən Yelizavetpol (Gəncə) quberniyası olmuşdur. Ziyanın məbləği Zəngəzurda – 

489 min rubl., Gəncədə – 380 min rubl, Karyagində (Füzulidə) isə 370 min rubl olmuşdur.  

Meteoroloji aylıq məcmuələrin məlumatlarına istinad edərək göstərilən müəlliflər 1969-70-ci illərdə 

respublikamızda 30 rayonun doludan ziyan çəkməyini qeyd edirlər. 1969-1973-cü illər  ərzində Qazax 

rayonunun 10 təsərrüfatında doluvurma nəticəsində 600 ha dənli, 100 ha çoxillik yem bitkiləri məhv olmuş və 




 

376


ziyan 500 min rubl məbləğində qiymətləndirilmişdir. Doluvurmanın ən ağır nəticələri Zaqatala rayonunda 1970-

ci ilin aprel-may, Qazax rayonunda 1972-ci ilin sentyabr, Saatlı rayonunda isə 1973-cü ilin yanvar aylarında 

qeydə alınmışdır. Zaqatala rayonunda 1970-ci ili aprel-may aylarında doluvurma nəticəsində 318 ha tütün 

(əkinin 100%-i),801 ha taxıl, 180 ha çoxillik yem otları sahəsi, 5 ha bostan bitkiləri məhv edilmişdir. Yalnız 

2002-ci il mayın 5-də düşən dolu Qazax, Tovuz, Ağstafa, Qax rayonlarının təsərrüfatlarına 100 mlrd. manat 

ziyan vurmuşdu. Qax rayonunda düşən dolunun hündürlüyü 50 sm olmuşdur (Babaxanov, Paşayev, 2004).  



Doluya qarşı mübarizə tədbirləri. Doluya qarşı mübarizə aparmaq məqsədilə radiolokatorun köməyilə 

dolu buludlarının yeri müəyyənləşdirilir, onun düşmə sahəsi və dolunun ölçüsü təyin edilir. Sonra radiolokatorla 

müəyyən edilmiş dolu mənbəyinə zenit artilleriyası və raketlərlə reagentlər (yodlu – gümüş, yodlu - qurğuşun) 

buraxılır.  

Doluya qarşı  topdan «Elbrus - 2» güllələrinin buraxılması qorxulu deyil. Bu güllələr 100 mm-lik zenit 

toplarından atılır. Zenit toplarının effektivlik radiusu 14 km-ə çatır, reagentin çəkisi 75 qramdır. Bir zenit 

topundan «Elbrus-2» gülləsi dolunu dağıtdıqda 40-60 ha sahəni doludan qorumaq olur.  

Dolu buludunu dağıtmaq məqsədilə «Bulud» adlı raket qurğusundan da istifadə olunur.  

Vaxtilə respublikamızda zenit artilleriyası və raketlərdən istifadə olunaraq, min hektarlarla kənd təsərrüfatı 

sahələri doluvurmadan mühafizə olunurdu. Lakin son 10 ildən artıqdır ki, doluya qarşı mühafizə  dəstələrinin 

fəaliyyəti məlum hadisələrə görə dayandırılmışdır. Lakin respublikamızda kənd təsərrüfatına, bağlara və başqa 

sahələrə dolu vurma hadisələrinin törətdiyi ziyanları aradan qaldırmaq üçün doluya qarşı mühafizə dəstələrinin 

işinin bərpa olunması məqsədə uyğundur.  

 

23.9. SEL HADİSƏLƏRİ  

Dağ və dağətəyi çaylarının yataqlarında dağıdıcı qüvvəyə malik və gətirmələrlə (əsasən daş, qum, çınqıl, lil, 

qismən ağac, ot və s.) zəngin, qısamüddətli güclü axınlara sel deyilir. Bu hadisə Azərbaycanda sel, Orta Asiya 

Respublikalarında sil, Fransada nant, Almaniyada mur, Gürcüstanda qvarsoppi adlanır.    

Sellər, intensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə  əriməsi, yamaclardan 

məcraya çoxlu miqdarda süxur qırıntı materiallarının tökülməsi və s. nəticəsində baş verir. Sel hadisələrinin 

aktivləşməsində antropogen faktorlar (dağ yamaclarında meşələrin qırılması, meşənin subalp çəmənləri ilə 

yuxarı  sərhədinin aşağı salınması, yay otlaqlarında və meşələrdə mal-qaranın intensiv otarılması ilə  əlaqədar 

torpaq və ot örtüyünün deqradasiyası və s.) da mühüm rol oynayır.  

Daşqınlardan fərqli olaraq, sel ayrı-ayrı dalğalar  şəklində  hərəkət edir. Sürəti 0,5-5,0, bəzən 15 m/san-yə 

çatır. Axının 70-80%-i gətirmə materiallarından (süxur qırıntıları, palçıq, daş və s.) ibarət olur, suyun payına 20, 

bəzən 30% düşür. Axının yuxarı hissəsində sürəti aşağıya nisbətən 5…. 7 dəfə çox olur, ona görə  də  aşağı 

hissədə qısa müddətdə olduqca çoxlu miqdarda axıb gətirilən material toplanır. Bir dəfədə bəzən bir neçə mi-

lyon m


3

 qırıntı materialı gətirilir, bunların içərisində bəzi daşların ağırlığı 100-200 ton olur.  

Sel hadisələri ABŞ, Yaponiya, Vyetnam, Avstriya, İsveçrə,  İtaliya, Qafqaz, Qazaxıstan, Orta Asiya 

respublikaları, Krım, Sibir və başqa ölkə və regionların dağlıq ərazilərində baş verir.  

Sel axınları böyük sıxlığa(1100-2000 kq/m

3

 və bəzən daha çox) və güclü sürətə malik olduğundan çayların 



yatağını  və sahillərini yuyur, qarşısındakı maneələri dağıdır, insan tələfatına səbəb olur. Belə  fəlakətli sel 

hadisələri ABŞ-ın Los-Anceles şəhəri rayonunda (1914, 1916, xüsusilə 1934 və 1938-ci illərdə), Qazaxıstanın, 

əsasən Kiçik Alma-Ata çayında (1921, 1963, 1973) baş vermişdir. V.A.Alekseyenko (2005) Tyan-Şanda diame-

tri 3,5 m olan sel gətirən daşlar müşahidə etmişdir. Əlbəttə, belə iri daşlar böyük dağıdıcı gücə malikdir. Müəllif 

qeyd edir ki, 1968-ci ildə Tyan-Şanda baş verən güclü sel axını bir neçə  dəqiqə  ərzində Alma-Ata şəhərinin 

yaxınlığında yerləşən qəsəbəni dağıtdı. Qırğızıstanın olduqca gözəl  İssakkul dağ gölünü məhv etdi. Gölün 

yaxınlığında olan insanlar seldən xilas ola bilmədilər. Sel hadisələrindən Novorossiysk, Alma-Ata və digər 

şəhərlərdə də ciddi dağıntılar olması məlumdur.  

Dağlıq ölkələrdə sellərin yaratdığı dağıdıcı hadisələrdən çoxlu misallar gətirmək olar.  

Azərbaycanda Böyük Qafqazın cənub və  cənub-şərq yamacı  və Naxçıvan MR-in çayları güclü dağıdıcı 

selləri ilə məşhurdur.  

Böyük Qafqazın cənub yamacında L.N.Leontyevin (1951) sel hadisələrinin getdikcə azalması (zəifləməsi) 

fikrinin  əleyhinə olaraq B.Ə.Budaqov, N.A.Babaxanov (2004) qeyd edirlər ki, Azərbaycanda (o cümlədən 

Böyük Qafqazın cənub yamacında) XX əsrdə sellər daha da aktivləşmiş  və arealını genişləndirmişdiir. 




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə