QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə19/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   15   16   17   18   19   20   21   22   ...   46

103 
 
etdirən  dördlükləri  də  az  deyildir.  Şairin 
Qarabağla  bağlı  dördlüyü  hədəfə  necə  də  düz 
dəyir:   
Çarxı yatdı dəyirmanın, kim dağıtdı bu dəhnəni,   
Göz yaşıyla isladırıq boş tabağı, boş təhnəni. 
Sanki iynə tilsimiylə tutulan Hal anasıyıq,   
Ona-buna yalvarırıq, gəl yaxamdan çək iynəni.   
Şairin  aşıq  yaradıcılığında  geniş  yayılan,  hər 
misrası  15  hecadan  ibarət  olan,  misradaxili 
bölgüsü  7+8  və  ya  8+7  şəklində  olan  divanilər 
biçimində də dördlükləri vardır:   
Kərəm könlüm, qayıt daha, uca dağdan enəlim, 
Çovğun gəlir, boran gəlir, ətəklərə dönəlim!   
Kim duyacaq qar altında yanıb sönən bir şamı, 
Yanğın kimi alışalım, yanğın kimi sönəlim. 
və ya:   
Qartal süzüb dövrə vurdu, dalğalandı qanadı, 
Ova çıxdı, caynağında cüyür bağrı qanadı. 
Dünya neçin əzəl gündən qan üstündə qurulmuş, 
İstərdim ki, heç bir dildə çəkilməsin qan adı.   
Bu dördlüyün cinas dördlük olması da diqqəti 


104 
 
cəlb  edir.  Buna  aşıq  yaradıcılığında  “Divani 
təcnis” deyirlər.   
Göründüyü 
kimi, 
şairin 
dördlükləri 
Azərbaycan  poeziyasına  al-əlvanlıq  gətirən,  onu 
zənginləşdirən, müstəsna dəyərə malik bir janrdır. 
Təsadüfi  deyildir  ki,  Hüseyn  Kürdoğlu  ilə 
ADU-nun  filologiya  fakültəsində  bir  qrupda 
oxuyan,  şairin  yaradıcılığını  ilk  gündən  izləmək 
imkanı  əldə  edən  akademik  Tofiq  Hacıyev  yazır 
ki,  Hüseyn  Kürdoğlu  dördlük  tarixində  era 
yaratdı. Fə-rəhləndirici haldır ki, bunu şair özü də 
duyur və əminliklə yazırdı:   
Çox da doluxmasın qəbir qazanlar, 
Məndən yol öyrənər yolun azanlar. 
Qoca Kürdoğluya rəhmət oxuyar
Min il bundan belə dördlük yazanlar. 
 
 
 
 
 
 


105 
 
Zəmanəmizin bayatı ustası
 
 
 
 
Məhəmməd Əmaninin, Sarı Aşığın zamanında 
folklorumuzun 
və 
yazılı 
ədəbiyyatımızın 
çələnginə  çevrilən  bayatılar  XX  əsrin  1-ci 
yarısında  zamanı  keçmiş  janr  hesab  edilməyə 
başlamışdı.  Odur  ki,  şairlərimizin  yaradıcılığında 
bu janra önəm verilməmişdi. Hətta xalq arasından 
toplanmış  bayatıların  çapı  da  nadir  hallarda  işıq 
üzü görürdü. 1925-ci ildə bayatılar “Maanilər” adı 
altında çap olunub. 1938-ci ildə Hümmət Əlizadə 
“Azərbaycan bayatıları” kitabını buraxıb. 1943-cü 
ildə isə M.H.Təhmasibin “Bayatılar” kitabı Mehdi 
Hüseynin sanballı giriş məqaləsi ilə çap edilib. 
Lakin  XX  əsrin  2-ci  yarısında  bayatılar  həm 
toplanıb  nəşr  edilməyə,  həm  də  tədqiq  olunmağa 
baş-ladı. 
Folklor  üzrə  dərsliklər  yazıldı. 
Dərsliklər-də  bayatılara  geniş  yer  ayrıldı.  Ali 
məktəblərdə təd-ris olundu. 
Bu  dövr  bir  də  onunla  əlamətdar  oldu  ki, 
şairlərimiz  bayatı  yazmağa  başladılar.  Maraqlıdır 


106 
 
ki,  bu  sahədə  ilk  addımı  Azərbaycanda  sərbəst 
şeir məktəbinin banisi, Xalq şairi Rəsul Rza atdı. 
Heç  şübhəsiz,  Rəsul  Rzanın  bu  janra  müraciət 
etməsində  Kərkük  bayatılarının  rolu  və  təsiri 
böyük  olmuşdur.  Məsələ  burasındadır  ki,  Rəsul 
Rza,  Bəxtiyar  Vahabzadə  və  Qasım  Qasımzadə 
1959-cu ildə Kərbəlada dahi Füzulinin qəbrini və 
Kərkükdə  şairin  nəvə-nəticələrini  ziyarət  edərkən 
təsadüfən  kitab  dükanında  şairin  əlinə  Əta 
Tərzibaşının  “Kərkük  xoyratları  və  maniləri” 
kitabı 
keçir.  Rəsul  Rza  yazırdı:  “Kitabı 
vərəqlədikcə  daxili  bir  həyəcandan  bağrım 
qəhərlənir,  ürəyim  quş  kimi  çırpınır,  sinəmdən 
çıxmaq istəyirdi”. 
Şair  hiss  və  həyəcanının  səbəbini  sonralar  bir 
dissertasiya  işinə  bərabər  “Uzaq  ellərin  yaxın 
töhfələri”  elmi-publisistik  əsərində  izhar  etdi. 
Şairin  bu  əvəzsiz  əsəri  birgə  çap  etdirdiyimiz 
“Kərkük  bayatıları”  (1968)  kitabını  bəzədi,  onun 
dəyərini  artırdı.  Ancaq  bu  elmi-tədqiqat  əsərini 
yazmaqla  şairin  ürəyi  sakitləşmədi.  Özü  bayatılar 
yazmağa  başladı  və  1964-cü  ildə  “Aşıq  Yanıqlı 
bayatıları”  işıq  üzü  gördü.  1980-ci  ildə  isə  şairin 


107 
 
“Yaralı  Kərkükün  bugünlü  xoyrat  və  maniləri” 
əsəri  yayımlandı.  1981-ci  ildə  dünyasını  dəyişən 
Rəsul  Rza  sanki  İraqın,  xüsusən  də  Kərkükün  bu 
gününü  görüb.  Deməli,  şairlər  hissiyyatla, 
duyumla  gələcəkdə  baş  verəcək  hadisələri  görə 
bilirlər.  “Yaralı  Kərkükün  bugünlü  xoyrat  və 
maniləri” deyilənlərə dayaq olur: 
Bağdaddan karvan gəlir   
Dərdli pərişan gəlir. 
Kimlər qurban kəsilib
Sularım al qan gəlir. 
Kərkükün baş qalası, 
Divarı daş qalası. 
Ölü ana yanında 
Tökür qan-yaş balası. 
Bununla  belə,  inkarolunmaz  həqiqətdir  ki, 
zə-ma-nəmizin bayatı ustası, Sarı Aşığın ən layiqli 
da--vamçısı Hüseyn Kürdoğludur. Bayatılar şairin 
ya-radıcılığında  qırmızı  xətt  kimi  keçir.  O, 
Əmaninin,  Sarı  Aşığın  və  xalq  arasında  geniş 
yayılan  bayatılardan  bəhrələnərək  hər  birində  bir 
dünya  fikir  olan,  hər  biri  ayrı-ayrılıqda  bitkin 


108 
 
bədii  əsər  olan,  məna  ilə  bərabər  fəlsəfi  fikrin 
yığcamlığı,  əxlaqi  və  ictimai  fikrin  dərinliyi  ilə 
seçilən,  heyrət  doğuran  bayatılar  yaratmışdır. 
Şairin  bayatılara  dərin  mə-həbbəti,  bəlkə  də  Sarı 
Aşıqdan  qaynaqlanırdı.  O,  əv-vəlcə  Sarı  Aşığın 
bayatılarını  toplayaraq  “Seçmə  bayatılar”  adı 
altında çap etdirmişdir (Bakı, “Sabah”, 1993, 120 
səh.).  Kitaba  yazdığı  mü---kəmməl  və  sanballı 
“Haqq  Aşığı”  adlı  ön  sözdə  Sa-rı  Aşığın 
bayatılarını  möcüzə  hesab  edir  və  nümu-nələr 
verir: 
Analar yanar ağlar
Günlərin sanar ağlar. 
Dönər göy göyərçinə, 
Yollara qonar aylar. 
Bayatı  sanki  ədalətsiz  müharibələrdə  oğul 
iti-rən  anaların  göz  yaşı  tökdüyü  zəmanəmizdə 
yara-nıb.  Budur  poeziyanın  möcüzəsi.  Şair  ön 
sözü  Sarı  Aşığa  xitabən  yazıb.  Onun  Güləbird 
kəndində  mə-zarını  ziyarət  edərək  Haqq  Aşığının 
yenicə 
çapdan  çıxmış  kitabını  hüzuruna 
gətirdiyini söyləyir. 
Qədirşünas  şair  minnətdarlıqla  Sarı  Aşığın 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə