QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə2/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   2   3   4   5   6   7   8   9   ...   46


 
da 
gerçəkliyin 
müdriklik 
səviyyəsində 
tərənnümünün 
oturuşduğunu 
göstərir. 
Bu 
məqamda  Hüseyn  Kürdoğlunun  şair  xəyalı 
cəmiyyətdəki  ideoloji  mühitdən deyil, folklordan, 
klassik ədəbi ənənələrdən və həyatın dərslərindən 
ilham  almışdır.  Bu  mənada  Hüseyn  Kürdoğlunun 
“Həyat  ağacı”  şeiri  XX  əsrin  altmışıncı  illərdən 
sonrakı  poeziya  ağacının  real  mənzərəsini  dolğun 
şəkildə mənalandırır: 
Barlıdır, ucadır həyat ağacı, 
Bəhəri həm şirin, həm də ki, acı. 
Dırmanıb çıxırıq, ucalırıq biz, 
Başına çatmamış qocalırıq biz. 
Ordan xəyal kimi düşürük bir-bir, 
Ağacın dibində ölüm müntəzir, 
Göydə tutur bizi, gömür torpağa, 
Təzə gələnlərsə çıxır budağa.   
Bu cür ülfətdədir ölümlə həyat
Ağacın başına çıxan yox heyhat. 
Bütün  bunlara  görə  də  XX  əsrin  ikinci  yarısı 
Azərbaycan  poeziyasında  Məmməd  Araz  şeirinə 
mən-sub poetik təmayül genişləndi. Vəzn və üslub 



 
etibarilə  bir-birlərinə  çox  yaxın  olan  bu  şairlər 
xalq  ədəbiyyatı  qaynaqlarından  həyata  doğru 
müna-si-bətlərində 
fərqli 
yanaşmaları 
ilə 
fərdiləşmişlər.  Hüseyn  Kürdoğlu  həm  foklordan 
və klassik ədəbi ənənədən yaradıcı istifadə etmək, 
həm  də  müasir  həyati  mətləbləri  mövcud 
ampluada 
ifadə 
etmək 
istedadı 
ilə 
özünəməxsusluq 
qazanmışdır. 
Hüseyn 
Kürdoğlunun 
yaradıcılığında 
romantika, 
didaktika,  patetika,  lirika  və  gerçəklik  üzvi  bir 
sistem  halında  cəmləşmişdir.  Bu  keyfiyyətlər 
şairin  şeirlərinin  və  poemalarının  orijinallığını 
təmin  etmişdir.  Bütün  bunlara  görədir  ki, 
Azərbaycan  altmışıncılarının  “proloqu”  kimi 
meydana  çıxan  bu  ədəbi  nəsil  əslində 
yetmiş-səksəninci  illər  poeziyasında  lirizmi  bəlli 
bir 
səviyyədə 
yaşadıb 
saxlamaqla 
şeirin 
vətəndaşlıq  ruhunun  qüvvətlənməsinə  güclü  təsir 
göstərmişlər. Hüseyn Kürdoğlunun və onun ədəbi 
nəslinin yaradıcılığında həyatın adiliklərindən çox 
milli  ideyalar,  vətəndaşlıq  mövqeyi,  tale  yüklü 
məsələlər  öz  əksini  tapmışdır.  Bu  tipli  şeir 
poeziyada  ictimai  motivlərlə  lirikanın  arasında 



 
yaşayıb  tarixi  yolunu  davam  etdirmiş,  ədəbiyyat 
tariximizdə  izlər  salmış,  cəmiyyətin  irəliyə  doğru 
inkişafına 
xidmət 
göstərmişdir.  Fikrimizcə, 
Hüseyn Kürdoğlu ictimai idealların tərənnümü ilə 
lirika  arasında  yaranıb  inkişaf  edən  Azərbaycan 
şeirinin görkəmli nümayəndələrindən biridir. 
Tanınmış  ədəbiyyatşünas,  filologiya  elmləri 
dok--toru, professor Qəzənfər Paşayevin “Hüseyn 
Kürdoğlunun  poetik  dünyası”  adlı  monoqrafiyası 
bu  orijinal  şairin  həyatı  və  yaradıcılığını  bütün 
əsas  mahiyyəti  və  istiqamətləri  ilə  geniş  oxucu 
auditoriyasına, ictimaiyyətə  təqdim  edən  qiymətli 
elmi əsərdir.   
Oxuculara  məlumdur  ki,  professor  Qəzənfər 
Paşayev  Azərbaycan  kərkükşünaslığının  elmi 
əsaslarını yaratmış görkəmli Azərbaycan alimidir. 
O,  eyni  zamanda  klassik  və  müasir  Azərbaycan 
ədəbiyyatının 
əsas 
yaradıcıları, 
görkəmli 
nümayəndə-ləri  olan  ədəbi  simalara  həsr  edilmiş 
ciddi elmi əsərlərin müəllifidir. Qəzənfər Paşayev 
xalq yazıçıları Anar və Elçin, xalq şairləri Hüseyn 
Arif  və  Fikrət  Qoca,  ədəbiyyatşünas  alimlərdən 
Abbas Zamanov və Bəkir Nəbiyev… haqqında da 


10 
 
sanballı  elmi  əsərlər  meydana  qoymuşdur. 
“Hüseyn 
Kürd-oğlunun 
poetik 
dünyası” 
monoqrafiyası  Qəzənfər  Paşayevin  ciddi  elmi 
araşdırmalarının  nəticəsində  meydana  çıxan 
qiymətli monoqrafik tədqiqatdır.   
Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, 
Qəzənfər  müəllim  Hüseyn  Kürdoğlunun  poetik 
dün--yasını  dərindən  öyrənmişdir.  O,  tədqiqat 
obyekti  kimi  seçdiyi  Hüseyn  Kürdoğlunun 
tərcümeyi-halını,  mühitini  və  taleyini  araşdırmış, 
şairin  yaradıcılığı  ilə  həyat  yolu  arasındakı 
bağlılığı  müəyyən  etmişdir.  Bundan  başqa, 
professor Qəzənfər Paşayev Hüseyn Kürdoğlunun 
yaradıcılıq  yolunu  Azərbaycan  ədəbiyyatının 
inkişaf  prosesləri,  şairin  mühiti  və  müasirləri  ilə 
birlikdə  izləmiş  və  qiymətləndirmişdir.  Eyni 
zamanda, 
bir 
çox 
məqamlarda,  xüsusən 
“Bənövşə”  motivli  şeirlərdə  yazılı  ədəbiy-yatda 
xalq-aşıq  şeiri  ənənəsinin  qüvvətləndirilmə-sində 
Hüseyn 
Kürdoğlunun  ədəbiyyat 
mühitinin 
fövqündə  dayandığını  müəyyən  etməklə  onun 
ədə-bi  prosesin  inkişafındakı  yerini,  təsir  gücünü 
diq-qət  mərkəzinə  çəkmişdir.  Qəzənfər  müəllim 


11 
 
bütün  mə-qamlarda  şairin  yaradıcılığından, 
ədəbiyyat ma-terialından çıxış etdiyi üçün Hüseyn 
Kürdoğlu  haq-qında  inandırıcı  obyektiv  elmi  söz 
deyə  bilmişdir. 
“Kürdoğlunun  poeziyası  yayın 
cırhacır  vaxtı  içilən,  cana  məlhəm  olan  bulaq 
suyu  kimidir”…  “Onun  sevgi  şeirlərindən 
təbiətin ətri gəlir. Hüseyn Kürdoğlunun təbiətə 
sevgisi  ilk  eşqi  ilə  qaynayıb  qarışır…  İnanırıq 
ki,  qüdrətli  bir  rəssam  şairin  təbiət 
mənzərələrini  vəsf  edən  şeirlərini  incələsəydi, 
fırçasının  və  qəlbinin  məhəbbəti  ilə  ölkəmizin 
füsunkar  gözəlliklərini  əks  etdirən  heyrətamiz 
bir  tablo  yaradardı”,  “…Çəkinmədən  deyə 
bilərik  ki,  Kürdoğlu  xalq  dili  ilə  ədəbi  dilin 
qovşağında  poeziyada  sözdən  heyrətamiz  bir 
abidə 
ucaltmışdır”, 
“…Vətəni,  eli-obanı 
canından  çox  sevən,  poeziyasında  tərənnüm 
edən, insanları vətənpərvərlik ruhunda tərbiyə 
edən  şairlərimiz  arasında  Hüseyn  Kürdoğlu 
şərəfli  yer  tutur”.  Hətta  professor  Qəzənfər 
Paşayev  monoqrafiyasında  bir  neçə  məqamda 
etiraf  etməli  olmuşdur  ki:  “Açığını  deyim  ki, 
…misraları  təhli-lə  çəkməyə  gücüm  çatmadı”. 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə