QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə6/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   2   3   4   5   6   7   8   9   ...   46

28 
 
həyatının  bən--zərsiz  əhvalatları  onun  bənzərsiz 
poetik deyimi ilə şeir dəftərinə köçürdü. Şəmkirin 
Qaracəmir-li  kəndində  pambıq  yığımında  olarkən 
yazdığı “Dönərmiş” adlı satirik şeiri o vaxt ellikcə 
pambıq  yığımına  göndərilən  ali  məktəb  tələbələri 
arasında məşhur idi:   
Neçə gündür qonağıyıq Şəmkirin,   
Ömür yolu bu mahala dönərmiş.   
Qara geymiş ağ pambığın əlindən 
Yaşamaq da bir zavala dönərmiş. 
Ağ pambığı kim gətirdi bu kəndə,   
Yerə girsin əkdirən də, əkən də. 
Nahar vaxtı saat dördə çəkəndə 
Ac qarnımız tar-qavala dönərmiş. 
Boynumuza bir ağ torba salmışıq,   
Elmi qoyub, pambıq yığan olmuşuq.   
Aman allah, gör nə günə qalmışıq?! 
Bayramov

1
da ağsaqqala dönərmiş.   
Mətbuatda 
onun 
yaradıcılığını, 
ayrı-ayrı 
                                                 
* Tələbə yoldaşlarından biri 


29 
 
şeir-lərini  təhlil  edir,  yüksək  qiymətləndirirdilər. 
Bu  ba-xımdan  “Literaturnıy  Azerbaydjan” 
jurnalında  (1956,  №2)  Bəxtiyar  Vahabzadənin 
“Gənc  poeziya”  adlı  məqaləsi  maraq  doğurur. 
Məqalə 
gənclərin 
yaradıcılığında 
məhəbbət 
mövzusuna  həsr  olunmuşdu:  “...Xəlil  Xəlilovun 
“Qopmuş 
düymə”, 
Hüseyn 
Kürdoğlunun 
“Ünvanım olsun”, Əli Kərimovun “İki məhəbbət”, 
Şükür  Xanlarovun  “Sürücü”,  Rüfət  Axundovun 
“Baxış”  şeirləri  bu  köhnə  və  həmişəyaşar 
mövzuya  həsr  olunub.  Mənim  fikrimcə,  onların 
içində  ən  uğurlusu  Hüseyn  Kürdoğlunun 
“Ünvanım 
olsun” 
şeiridir. 
Lirik 
şeirin 
məzmunundan  söz  açmaq  və  onun  bütün 
cazibəsini,  poetik  tapıntılarının  gözəlliyini  təsvir 
etmək  çox  çətindir.  Bütün  bunlar  isə  adı  çəkilən 
və təəssüf ki, rus dilinə tərcümə olunmayan şeirdə 
var.  “Ünvanım  olsun”  böyük incəliklə, ölçü hissi 
ilə  yazılıb.  Əfsus  ki,  bu  cəhətə  bir  çox  lirik 
şeirlərdə  rast  gəlmirik.  Onlarda  “bülbül  cəhcəhi” 
və  digər  sentimentallıq  var,  lakin  əsl  lirikaya  xas 
olan zövq və duyğu yoxdur”.   
1956-cı  ildə  “Uşaq  və  gənclər  ədəbiyyatı” 


30 
 
nəşriyyatının çap etdiyi “Gəncliyin səsi” kitabında 
şairin  çox  maraqlı  “Yol  üstündə  tək  qovaq”  adlı 
on  bəndlik  şeiri  çap  olunmuşdu.  1957-ci  ildə  isə 
Yusif 
Şirvan  və  Bəxtiyar  Vahabzadənin 
redaktorluğu  ilə  ADU-nun  Ədəbiyyat  dərnəyinin 
üzvlərinin 
əsərlərindən 
ibarət 
“Gənclik 
nəğmələri”  adlı  böyük  həcmli  almanax  nəşr 
edilmişdir. 
Almanaxın  titul  səhifəsinin  arxasında  yazılıb: 
“S.M.Kirov 
adına 
Azərbaycan 
Dövlət 
Universitetinin  Ədəbiyyat  dərnəyinin  üzvlərinin 
əsərlərindən  ibarət  bu  almanax  1956-cı  il 
respublika  ali  məktəb  tələbələrinin  əsərlərinin 
konkursunda bəyənilmiş və ali  məktəblər və elmi 
idarələrin  Respublika  Həmkarlar  İttifaqının  Fəxri 
fərmanı ilə mükafatlandırılmışdır”. 
Almanaxda  Hüseyn  Kürdoğlunun  “Kəklik”, 
“Sa-ğı-cı  qız”,  “Uçuq  kəhriz”,  “İnanmıram”, 
“Bilmi-rəm” kimi maraqlı şeirləri də yer alır.   
“Gənclik  nəğmələri”  məni  ağuşuna  alıb  ali 
mək--təbə  qəbul  olunduğum  1957-ci  ilə  apardı. 
İsmayıl  Şıxlının  təzəcə  çapdan  çıxmış  “Ayrılan 
yollar”  və  Salam  Qədirzadənin  “Qış  gecəsi” 


31 
 
kitablarını  “Beşmərtəbə”nin  yanında  18  saylı 
məktəblə 
üzbəüz 
kitabxanadan 
(deyəsən 
Krupskaya  adına  kitabxana  idi)  alıb  acgözlüklə 
oxudum.  Həyatımda  birinci  dəfə  noyabr  ayının 
sonlarında  şairlə  oxucuların  görüşündə  iştirak 
etdim.  Məmməd  İbrahimlə  (Məmməd  Arazla) 
izdihamlı  bir  görüş  keçirilirdi.  Kitabxanaçı  qadın 
bədii  ədəbiyyata  marağımı  görüb bir  gün dedi ki, 
gənclərin  yaradıcılığından  bəhs  edən  bir  kitab 
çıxıb.  Apar  oxu.  Bu,  “Gənclik  nəğmələri”  idi. 
Almanaxda  şeir  və  hekayələri  çap  olunan  gənc 
şair və nasirləri dünyanın xoşbəxti hesab edirdim. 
Nə  gizlədim,  məndə  onlar  kimi  tanınmaq  arzusu 
baş qaldırmışdı. 
Bəlkə  elə  bu  arzu  gələcək  taleyimdə  müsbət 
rol  oynadı.  Sonralar  onların  bir  çoxu  ilə  dost 
oldum.  Qürur  hissi  ilə  Yaşar  Qarayev,  Tofiq 
Hacıyev,  Firudin  Ağayev,  Abbasəli  Sarovlu, 
Əlibala  Hacızadə,  Həmid  Abbas,  Ayaz  Vəfalı, 
Aqşin  Babayev  və  Hüseyn  Kürdoğlunun  adını 
çəkə  bilərəm.  Xalq  qarşısında,  ədəbiyyatımız 
qarşısında  böyük  xidmətləri  olan  bu  görkəmli 
insanlardan  Yaşar  Qarayev,  Tofiq  Hacıyev,  Ayaz 


32 
 
Vəfalı  və  ən  çox  da  Hüseyn  Kürdoğlunun 
yaradıcılığına  əsərlər  həsr  etmişəm.  Bu  kitabım 
isə 
Hüseyn 
Kürdoğlu 
şəxsiyyətinə 
və 
yaradıcılığına məhəbbətin bəhrəsidir. 
Tam  səmimiyyət  və  məsuliyyətlə  deyirəm  ki, 
Kürdoğlunun 
əsərlərini 
diqqətlə 
nəzərdən 
keçirəndə gördüm ki, hər şeiri ilk misrasından son 
misrasına qədər sənət nümunəsidir. Hələ I kursda 
oxuyarkən yazdığı “Bulaq” şeiri deyilənləri təsdiq 
edir:   
Şerimdən hər yanda min soraq olsun,   
Ellərin yanında üzüm ağ olsun.   
Qoy ürək sinəmdə bir bulaq olsun, 
Axıb tükənməsin sözüm, ey bulaq!   
 
Azərbaycanın  Qərb  bölgəsindən  olan  tələbə 
qı-zın 
“necə  yazırsan”  mənasında  işlənən 
“Hancarı yazırsan?” sualına Hüseyn Kürdoğlunun 
şeirlə  cavabı  da  deyilənləri  təsdiqləyir.  Şeirdəki 
məna dərinliyi adamı heyran edir:   
Heç özüm də bilmirəm mən hancarı yazıram,   
Qışın oğlan çağında qız baharı yazıram. 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə