QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə5/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   2   3   4   5   6   7   8   9   ...   46

23 
 
həyəcanla  gizlicə  gedib  o  sudan  içdim  və 
doğrudan  da  bundan  sonra  şeir  yazmağa 
başladım”...   
Hüseynin  poetik  dünyasının  qaynaqlarından 
bəhs  edərkən  şairin  gənclik  illərinin  şahidi, 
uşaqlı-ğı-nın keçdiyi coğrafi məkanı addım-addım 
gəzmiş 
Y.Qarayev 
yazırdı: 
“... 
Hüseyn 
auditoriyada,  ka--bi-netdə  şair  olmayıb.  İlk 
mühazirəni  ona  meşə  mü-rəbbisi  oxuyub.  Hələ 
körpə  ikən  Fizzə ananın  ala-çıq  çubuğundan  asıb 
yırğaladığı  poeziya  beşi-yinə  üç  meh  eyni  vaxtda 
əsib:  İşıqlı  dağından,  Ələs-gər  sazından,  Füzuli 
sözündən.  Təbiət,  folklor  və  klas-sik  şeir  üç 
zirvədən  tökülən  üç  şəlalə  kimi  bu  gün  də  bu 
şeirin  su  içdiyi  üç  dirilik  çeşməsi  olaraq  qalır”. 
(H.Kürdoğlunun 
“Durna 
səsi” 
kitabına 
mü-qəddimə. Bakı, “Yazıçı”, 1985, səh.5) 
Poeziyaya  vurğunluq  onu  Bakı  Dövlət 
Universitetinin  filologiya  fakültəsinə  gətirib 
çıxarmışdı.  Elə  I  kursdan  şairlik  istedadı  ilə 
seçilən,  dağlar  oğ-lu  kimi  tanınan,  dağlar  kimi 
vəfalı,  bulaq  kimi  saf,  pak,  təvazökar  (ömrünün 
axırına  qədər  o,  elə  beləcə  də  qalmışdı)  Hüseyn 


24 
 
Alışanov  dağ  çayı  tək  gurladı.  “Bilmirəm”, 
“Bulaq”,  xüsusən  də  Səməd  Vurğuna  həsr  etdiyi 
“Görüş  xatirəsi”  şeirləri  onu  şair  kimi  tanıtdı, 
şeirləri  müəllim-tələbə  mühitində  dillər  əzbəri 
oldu:   
Salonun qapısı açılır bu an,   
Sanki dağ zirvəli bir dağ görünür.   
Talıstan cüssəli sadə bir insan,   
Dalğalı saçları dümağ görünür.   
İlk dəfə görürəm, dostlar, bu axşam 
Elin şair oğlu Səməd Vurğunu.   
Mən bu xatirəni yaşadacağam,   
Könül rübabımda ömrüm uzunu. 
Hüseyn  ömrünün  sonuna  qədər  S.Vurğunu 
vəsf  etdi,  onun  poeziya  məktəbinin  görkəmli 
nümayəndəsi  oldu.  Onu  da  deyim  ki,  Vurğun 
sənətinə  onun  məhəbbəti  hələ  tələbə  ikən 
S.Vurğun  yaradıcılığına  həsr  etdiyi  diplom  işində 
öz təcəssümünü tapdı. 
Bakı 
Dövlət  Universitetində  Ədəbiyyat 
dərnəyinə  rəhbərlik  edən  məşhur  şair  Bəxtiyar 
Vahabzadə  günlərin  birində  üzünü  Hüseyn 


25 
 
Alışanova tutaraq deyir ki, sən artıq şairsən. Qalır 
təxəllüs götürməyin. Bildiyimə görə Laçındansan. 
Məslə-hət  gö-rürəm  “Kürdoğlu”  təxəllüsü  ilə 
yazasan.  Gənc  şair  müəlliminin  sözünü  yerə 
salmır.  Əksinə  müəl-liminin  xeyir-duası,  necə 
deyərlər, ilhamının üs-tü-nə ilham gətirir.   
Tezliklə  o,  “Könül”,  “Eləmi”,  “İnanmıram” 
ki-mi  ürəyəyatan  şeirlərini  yazdı,  “İnanmıram” 
şeiri  unu-dulmaz  şairimiz  M.Müşfiqin  “Yenə  o 
bağ olaydı”sını yada salırdı:   
Yadındamı, sevgilim, aylı bahar axşamı,   
Yaşıl meşə, dağ döşü, bulaq üstü, tək çinar?   
II kursda oxuyanda artıq Hüseyn bir şair kimi 
etiraf  olunmağa  başladı.  Bəxtiyar  Vahabzadə 
ADU-nun  “Lenin  tərbiyəsi  uğrunda”  qəzetində 
(22.11.1955)  ədəbi  gəncliyin  yazıları  haqqında 
məqaləsində 
yazdı: 
“Universitetimizdəki 
Ədəbiyyat  dərnəyi  öz  işinə  1940-cı  ildə 
başlamışdır. Hazırda bu dərnəyin 40 nəfərdən çox 
üzvü  vardır.  Gənclərdən  Ağacavad  Əlizadə, 
Kərim 
Quliyev,  Hüseyn  Kürdoğlu,  Yaşar 
Qarayev,  Famil  Mehdiyev,  Arif  Cəfərov,  Teyyub 


26 
 
Qurbanov  və  başqaları  dərnəkdə  fəallıq  göstərir 
və öz yeni şeirləri ilə tez-tez çıxış edirlər. Onların 
yaradıcılığında ən mühüm cəhət, aktual mövzular 
seçmələrində  və  bu  mövzuları  duyub  yaşamaq, 
sənətkarlıq nöqteyi-nəzərindən axtarışlar aparmaq 
meyllərindən ibarətdir”.   
Bu  yazıda  Bəxtiyar  Vahabzadə  Hüseyn 
Kürdoğlunun yaradıcılığına geniş yer ayırıb:   
“Hüseyn 
Kürdoğlu 
da 
ümid 
verən 
gənclərdəndir.  Onun  şeirləri  təbii,  səmimi  və 
axıcıdır.  Gənc  şair  qələmə  aldığı  mövzunu 
dərindən  duyub  yaşamadan  yazmır.  Bu  cəhətdən 
onun  “Yol  üstündə  tək  qovaq”,  “Görüş  xatirəsi”, 
“İnanmıram”,  “Torağayım”  və  s.  şeirləri  çox 
maraqlıdır. Şair yazır: 
Dağ döşündə fikrə daldım,   
Gözəllikdən ilham aldım.   
Öz qəlbimi tutub çaldım, 
Şair etdi bu saz məni.   
Hüseyn  Kürdoğlu  “Görüş  xatirəsi”  şeirində 
bizim  ölkədə  şeirin,  sənətin  nə  qədər  yüksək 
qiymətləndirildiyini 
bədii 
lövhələrlə 
əks 


27 
 
etdirmişdir...”   
Beləliklə, Bəxtiyar müəllim II kurs tələbəsi   
Hüseyn  Kürdoğlunun  bir  şair  kimi  şeir-sənət 
alə-minə  gəlişinə  uğurlu  yol  dilədi.  Yeri 
gəlmişkən, 
Hüseyn 
Kürdoğlu 
universiteti 
bitirəndə 
yazdığı 
“Səməd  Vurğunun  ilk 
yaradıcılıq  dövrü” ad-lı diplom işinin də rəhbəri 
Bəxtiyar müəllim olmuşdu.   
Hüseyn Kürdoğlu III kursda oxuyarkən (1956) 
nəğməyə  çevrilən,  məşhur  müğənni  və  bəstəkar 
Qulu  Əsgərovun  bəstəsində  və  ifasında  geniş 
yayı-lan 
“Bəyənmir  məni”  (“Bir  leyli  gözlünün 
oduna  yandım, Saralıb-soluram, bəyənmir  məni”) 
və 
“Kö­nül  bağladım”  (“Maral  gəzər  dağ  üstə; 
Bülbül uçar bağ üstə”), “Qoy dolanım bu dağların 
başına”  kimi  şeirlərini  yazır  və  ölkədə  şair  kimi 
tanınır.  Hələ  tələbəykən  yazdığı  “Mənim”, 
“Titrədi”,  “Kəklik”  və  s.  şeirləri  ədəbiyyatımıza 
istedadlı bir şairin gəldiyindən xəbər verirdi.   
Hüseynin  şeirləri  dillər  əzbəri  olmuşdu.  Gənc 
yaşlarından  şahidi  olduğu,  həyatdan  gələn 
mövzu-larda  yazdığı  şeirlər  onun  yaradıcılığının 
bir  qo--lu-nu  təşkil  etdi.  Xüsusən  də  tələbəlik 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə