QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə4/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   2   3   4   5   6   7   8   9   ...   46

17 
 
bi-lər.  Ədəbiyyatşünaslıq  elmimiz  bu  istiqamətdə 
dü-şünüb-daşınmalı, addımlar atmalıdır.   
Bu  mənada  professor  Qəzənfər  Paşayevin 
təqdim  olunan  monoqrafiyası  müasir  Azərbaycan 
ədəbiyyatşünaslıq  elmi  üçün  düşündürücü  və 
faydalı bir örnək kimi də əhəmiyyətlidir. 
İsa Həbibbəyli 
akademik 
25.08.2016     
 
 
 
 
 
 
Mühiti, həyatı və yaradıcılığının ilk illəri
 
 
 
 
 
Hüseyn  Kürdoğlunun  poeziyası  ilə  yaxından 
tanış  olanda  ürəyimdən  ilk  keçən  Mikayıl 
Müşfiqin “Şairə ilhamdan mayə gərəkdir” misrası 


18 
 
və  qədim  romalıların  müdrik  “Natiqlər  yetişir, 
şairlər doğulur” kəlamı keçdi.   
Hüseyn  Kürdoğlu  sözün  əsl  mənasında  şair 
doğulmuşdu.  Bunu  deməyə  əsas  vardır.  Bədii 
yaradı-cılığa  erkən  başlamışdı.  İlk  şeirləri  hələ 
V-VIII  si-niflərdə  oxuyarkən  Laçın  və  Qubadlı 
rayonlarında  çıxan  “Sovet  Kürdüstanı”  və 
“Avanqard”  qəzet-lə-rində  çap  edilmişdi.  Onun 
“Gözəldir”  rədifli  qoş---ma---sı  isə  29  oktyabr 
1950-ci  ildə  “Azərbaycan  gənc--ləri”  qəzetində 
dərc olunmuşdu. 
Gözdən  uzaq,  könüldən  iraq,  ucqar  dağ 
kəndində  oxuyan  orta  məktəb  şagirdinin  tələbkar 
mərkəzi  mətbuatda  şeirinin  çıxması  əlamətdar 
hadisə  idi.  Qəzetdə  “Azərbaycan  ədəbiyyatı 
dekadası  qarşısında”  adlanan  məqalədə  qeyd 
edilib: “Bu il noyabr ayında vətənimizin paytaxtı 
Moskvada 
Azərbaycan 
ədəbiyyatı  dekadası 
keçiriləcəkdir... 
Dekadaya 
hazırlıqda 
Respublikamızın gənc yazıçıları və şairləri də fəal 
iştirak  edirlər.  Aşağıda  onların  yeni  əsərlərindən 
bir neçəsini dərc edirik”.   
Yaşları  23-25  arası  olan  bu  gənc  şairlər 


19 
 
Hüseyn  Hüseynzadə,  Gəray  Fəzli,  Əliağa 
Kürçaylı  idi.  Onların  arasında  16  yaşına  qədəm 
qoymuş 
Hüseyn  Alışanovun  yer  alması, 
qoşmasının  çap  edilməsi  8-ci  sinif  şagirdinin 
gələcək şair taleyindən xəbər verirdi.   
Səkkiz  bənddən  ibarət  qoşmanın  aşağıdakı  üç 
bəndi onun poetik istedadından xəbər verirdi:   
Mən istərəm yer üzündə hər diyar,   
Mənim yurdum kimi olsun bəxtiyar.   
Dövranımız xəzan görməz bir bahar,   
Xalqımızın hürriyyəti gözəldir.   
Burda dərin mənası var hər yerin,   
Naxçıvanın, Daşkəsənin, Xəzərin. 
Gözəl Bakı, bu möhtəşəm şəhərin 
Tükənməyən bol sərvəti gözəldir.   
Bakı, sənsən yurdumuza qan verən,   
Qoy var olsun bizə bu dövran verən. 
Bu yerlərə könül verən, can verən 
Hüseynin də söz sənəti gözəldir.   
Hüseyn Alışanov 1934-cü il iyun ayının 15-də 
La-çın  rayonunun  Mollaəhmədli  kəndində  Həsən 
Alı-şan  oğlunun  ailəsində  dünyaya  göz  açıb. 


20 
 
Alışanov-ların  ulu  babaları  Cənubi  Azərbaycanın 
Qaradağ ma-halının Şıxəhmədli kəndindən olublar. 
Çox-çox 
sonralar 
Hüseyn 
Kürdoğlu 
bu 
münasibətlə yazacaq:   
Dəmir tikan qanatsa da bağrımı,   
Səttarxanın oymağına gəlmişəm.   
Qaradağda Şıxəhmədli kəndinə –   
Ulu babam ocağına gəlmişəm.   
Yazılanlara görə qan düşmənçiliyi üzündən iki 
qardaş  –  İsa  və  Musa  Şıxəhmədlini  tərk  edərək 
Arazın  bu  tayına  –  Qarabağ  torpağına  pənah 
gətirirlər.  Alışanovlar  Musa  kişinin  törəmələridir. 
Ailə  böyük  olub.  Həsən  kişinin  altı  oğlu,  iki  qızı 
dünyaya  gəlib.  Hüseyn,  Seyfi,  Sehrayə,  Alışan, 
Sürəyya, Urşan, Firuz, Şirindil.   
Hüseynin  uşaqlıq  illəri  Azərbaycanın  səfalı 
guşələrindən olan Laçın rayonunun Mollaəhmədli 
kəndində,  ecazkar  dağ  təbiətinin  qoynunda 
keçmişdir. 
Kəndin 
hər 
fəslinin 
əfsanəvi 
gözəllikləri  aşıq  və  el  havaları  Hüseynin 
həyatında  dərin  izlər  buraxmış,  mənəvi  qidası 
saz-söz olmuşdur.   


21 
 
Şair yeniyetməlik dövrü barədə yazırdı:   
Ələsgəri, Vaqifi,   
Oxuyub zövq alardım.   
Özüm də mahnı qoşub,   
Tütəyimdə çalardım.   
O, uşaqlıq illərini belə xatırlayır: “Ən xoşbəxt 
günlərim  yaylaq  alaçıqlarında  keçirdiyim  günlər 
idi.  Bizim  alaçıqda  tez-tez  aşıq  məclisləri 
qurulurdu.  Atam  aşıqpərəst  bir  adam  idi. 
Alaçığımıza  istəkli  bir  qonaq  gələn  kimi  atam 
məni  ata  mindirir  və  yedəyimə  də  yəhərli  bir  at 
verərdi  ki, gedib  əmisi  oğlu  Aşıq  Dadaşı gətirim. 
Evimizə  tez-tez  qonaq  gəlməyini  və  mənim 
atlanıb aşıq dalınca gön-dərilməyimi gecə-gündüz 
arzulayırdım. 
Sazın 
tilsiminə 
düşmüşdüm. 
Mübaliğəsiz  deyə  bilərəm  ki,  indi  də  bu  tilsimin 
içərisindəyəm.  Aşıq  Dadaş  bəzən  dan  ulduzu 
doğunca  nağıl  deyər,  sazın-sözün  sehrkar  aləmi 
hamımızın  gözündən  yuxunu  qaçırdardı.  Mən 
özümü  dastan  qəhrəmanlarına  bənzədər,  onlar 
kimi  buta  içib  bədahətən  məharətlə  saz  çalmağı, 
uzaq  bir  diyarda  yaşayan  bir  qızın  eşqinə  düşüb 


22 
 
heç  bir  çətinlikdən  qorxmadan  onun  dalınca 
getməyi  arzulardım.  Məndə  söz  qoşmağa  ilk 
həvəsi oyadan məhz aşıq məclisləri olmuşdur”.   
El  ruhunun  daşıyıcıları  aşıqlar,  aşıq  mühiti 
son--ralar  Hüseyn  Kürdoğlunun  yaradıcılığının 
bədii-estetik  tutumunu  formalaşdırmışdır.  Onun 
doğulduğu  kəndin  aşıqları  bütün  Qarabağda 
məşhur ol-muşlar. Aşıq Nəcəf, Aşıq Salman, Aşıq 
Dadaş  ki-mi  sinəsində  xalqımızın  zəngin  söz 
sərvətini  yaşadan  el  sənətkarları  Hüseynin  həyata 
poetik baxışını, bədii zövqünü formalaşdırmışlar. 
Hüseyn 
Kürdoğlunun 
ecazkar 
poeziya 
aləmi-nə  gəlməsində  nənəsi  də  böyük  rol 
oynamışdır:  “Nə-nəm  çoxlu  nağıllar,  bayatılar, 
rəvayətlər,  əfsa-nələr  bilirdi.  Bu  əfsanələrdən  biri 
də  kəndimizlə  yay-laq  arasındakı  “Məcnun 
bulağı”  haqqında  idi.  Bu  əfsanəyə  görə  on  dörd 
yaşına  çatmış  oğlanlar  yazla  yayın  qovuşub 
ayrıldığı  günün  gecəsi,  dan  ul-duzu  doğan  kimi 
“Məcnun  bulağı”nın  suyundan  içsə,  şair  və  ya 
aşıq  olar.  Nənəmin  dediklərinə  bütün  qəlbimlə 
inanırdım.  İntizarla  gözləyirdim  ki,  yaşım  on 
dördə çatsın. Həmin gecə gəlib çatdı, mən sonsuz 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə