QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə46/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   38   39   40   41   42   43   44   45   46

271 
 
ədəbiyyatı  tarixi.  XIX-XX  əsrlər.  Bakı, 
“Nurlar”, 2009, s. 22-23). 
Hüseyn Kürdoğlu Güney aşıqlarından da söz 
açır.  Xüsusi  vurğulayır  ki,  Qurbani,  Abbas 
Tufarqanlı, 
Xəstə 
Qasım 
kimi 
görkəmli 
sənətkarlar  yetişdirən  Aşıq  mühiti  aşıqsevərlərə 
başqa  aşıqlar  da  bəxş  etmişdir.  Tədqiqatçı 
müasir  Güney    aşıq-larından  Aşıq  Əli 
Feyzullahi  Vahid  yaradı-cı-lı-ğından  bəhs  edir. 
Aşığın  beşliklərindən  nümu-nələr  verir,  onların 
müxəmməslərdən fərqləndiyini göstərir.   
Bizdən qabaq bu dünyadan 
Neçə-neçə keçib karvan. 
Aşıq Əli sizə qurban, 
O günləri mən görməsəm, 
Balalarım görsün, nə qəm. 
Araşdırıcı  əsərində  Xoy  şəhəri  yaxınlığındakı 
Həmzəyan kəndindən olan Aşıq Aslana da kifayət 
qədər  yer  verir.  Aşığın  “Gül,  Təbrizim”  şeirinin 
dillər  əzbəri olduğunu  qeyd  edir  və nümunə  kimi 
verir.  Hüseyn  Kürdoğlu  Aşıq  Aslanın  şirin 
yumorlu  şeirlərinin  çox  olduğunu  və  bu  qəbildən 
olan    nümunələrdən  “Boğaz  dərdi”  şeirinin 


272 
 
məşhur olduğunu göstərir: 
Yolum düşərkən bazara, 
Salırsan məni azara. 
Nəfsim düşür alma-nara
Gətdin məni zara, boğaz, 
Çıxsın sənə yara, boğaz! 
Tədqiqatçı həm Güney Azərbaycanda, həm də 
Quzey  Azərbaycanda  məşhur  olan, Qarabağ  Aşıq 
məktəbinin  yetişdirməsi  olan  Aşıq  Hüseyn 
Cavandan  da  geniş  söz  açır,  məşhur  “Səttarxan 
dastanı”nın  mahir  söyləyicisi  və  ifaçısı  olduğunu 
önə  çəkir.  Alim  onu  da  göstərir  ki,  Aşıq  Hüseyn 
Cavan 1940-cı illər Cənubi  Azərbaycanın  azadlıq 
hərəkatına  bir  fədakar  şair-aşıq  kimi  qoşulmuş, 
milli  hökumətin  süqutundan  sonra  Şimali 
Azərbaycana  pənah  gətirmiş  və  burada  mühüm 
yaradıcılıq uğurları ilə şöhrətlənmişdir. 
2. Bayatılar 
Uşaqlıqdan  mənəvi  qidası  saz-söz  olan 
Hüseyn  Kürdoğlu  XIX  əsr  Cənubi  Azərbaycan 
bayatılarını  da  xüsusi  şövqlə  tədqiq  etmişdir. 
Alimin  qənaəti  budur  ki,  heyrətamiz  poetik  gücü 


273 
 
və  zənginli-yi  ilə  seçilən  bayatılar  Quzey 
Azərbaycanda olduğu kimi, Güney Azərbaycanda 
da lirik növün ən geniş yayılmış və bədii cəhətdən 
ən  kamil  janrı-dır.  Bayatılar  tükənməz  incilər 
xəzinəsidir.  Hüseyn  Kürdoğlu  xüsusi  vurğulayır 
ki,  bütöv  Azərbaycan  bayatılarının  yazıya 
alınması, nəşri və tədqiqi sa-həsində mühüm işlər 
görülmüşdür.  Görkəmli  ədə-biyyatşünas-larımız 
Salman 
Mümtaz, 
Hümmət 
Əlizadə, 
Məmmədhüseyn 
Təhmasib,  Həmid  Araslı, 
Əh-liman Axundov, Həsən Qasımov və başqaları 
bu qiymətli mənəvi sərvətin xalqa çatdırılmasında 
böyük  əmək  sərf  etmişlər.  Buraya  akademik 
Mirzə İbrahimovun sanballı giriş məqaləsi ilə çap 
edilən  “Arazam,  Kürə  bəndəm”  kitabının  (Bakı, 
“Yazıçı”,  1986,  200  səh.)  tərtibçisi  Bəhlul 
Abdullanı da əlavə etmək yerinə düşər. 
Tədqiqatçı  göstərir  ki,  bayatılar  əvvəlcə  hər 
hansı  bir  aşıq  və  ya  sadəcə  təbli  bir  adam 
tərəfindən  qoşulur,  cilalanır,  daha  da  kamilləşir, 
bütün elin, bütün xalqın sözünə çevrilir. Bir sözlə 
el  sözü  hüququ  qazanır,  vətəndaşlıq  dəyəri  kəsb 
edir.  Bu  baxımdan  Azərbaycan  bayatıları  vahid 


274 
 
üslubi  keyfiyyətlərə,  vahid  milli  koloritə  malik 
ölçülü-biçili  mükəmməl  janrdır.  Bununla  belə, 
müəyyən 
tarixi-siyasi 
səbəbdən 
“Cənub 
bayatıları”,  “Cənub  dastanları”,  “Cənub  folkloru” 
ifadələrini  işlətməli  oluruq.  Alim  bu  məsələyə 
aydınlıq gətirərək yazır ki, söz, musiqi, ədəbiyyat 
sərhəd  bilmir.  Cənubi  Azərbaycan  mətbuatından 
toplanaraq  çap  edilən  “Arazam,  Kürə  bəndəm” 
kitabında nəşr edilmiş bədii nümunələr bu sahədə 
elmi  fikir söyləmək  üçün  əlverişli  zəmin  yaradır. 
Hüseyn  Kürdoğlu  ingilis  yazıçısı  Ceym  Oldricin 
“Diplomat” romanında “ikiyə bölünmüş bir ürək” 
adlandırdığı  Cənubu  və  Şimali  Azərbaycanda 
təsadüf  edilən  bir  bayatını  göstərir  və  fikrini 
təsdiqə çalışır. 
Təbriz üstü Marağa
Zülfün gəlməz darağa. 
Axtarıram yarı mən 
Gəzib soraq-sorağa. 
  
 
(Cənubi Azərbaycan) 
Təbriz üstü Marağa, 
Zülfün gəlməz darağa. 
Axtarıram yarımı, 


275 
 
Düşüb soraq-sorağa. 
  
 
(Şimali Azərbaycan) 
Alim doğru olaraq göstərir ki, bir çox bayatılar 
məkanla, yurdla, ocaqla bağlı olur. Bu bayatılarda 
Təbriz simvollaşır, vətənin rəmzinə çevrilir: 
Ağ dəvə düzdə qaldı, 
Yükü Təbrizdə qaldı. 
Oğlanı dərd apardı, 
Dərmanı qızda qaldı. 
Tədqiqatçı göstərir ki, Qaradağ, Xoy, Mərənd, 
Salmas  və  s.  kimi  vətənimizin  cənub  mahalları, 
şəhərləri  bayatı  örnəklərinin  yaranmasında  həm 
bədii vasitə kimi poetikləşir, həm də torpağımıza, 
ata  yurdumuza,  vətənimizə  əbədi  bir  sevginin 
təzahürü olaraq sözə gətirilir. 
Rəmzləşən, 
obrazlaşan, 
vətən 
anlayışını 
bütövlükdə  ifadə  edən  yurd,  oba,  mahal,  kənd, 
şəhər,  dağ,  çay,  göl,  bulaq  adları  –  toponimlər, 
hidronimlər  və  s.  Azərbaycan  bayatılarının  xəlqi 
mahiyyətini,  coğrafi  –  milli  müəyyənliyini 
şərtləndirən əlamətdar amillərdən biridir. 
Alim  xüsusi  vurğulayır  ki,  Savalan  və  Araz 
toponim 
və 
hidroniminin 
bədii-simvolik 


276 
 
səciyyəsini 
nəzərdən 
keçirərkən 
XV-XVI 
əsrlərdən  bəri  çoxlu  nümunələrin,  qiymətli  sənət 
örnəklərinin yarandığını görürük. 
Aşığı yıxan Araz, 
Ya sultan, ya xan Araz. 
Kafir tilsimindəsən, 
Açılmır yaxan Araz. 
*** 
Və ya:     
Mən aşıq Savalandı, 
Soltandı, Savalandı. 
Nə halımı yar sorar, 
Nə bir söz-sov alandı. 
*** 
Savalanam, qarım var, 
Əhdim var, ilqarım var. 
Əyilməz uca başım, 
Salarım, Sərdarım var. 
Dağın  dilindən  deyilən  bu  dördcə  misrada 
və-tən  eşqi,  el  qəhrəmanları  yüksək  bədii 
səviyyədə  tə-rənnüm  edilir.  Saların,  Sərdarın 


277 
 
əzəmətli  obrazı  təsəvvürümüzdəki  zirvəsi  daim 
qarlı, əlçatmaz Savalanla yanaşı durur. 
Tədqiqatçının  qəti  qənaəti  və  inamı  budur  ki, 
və-tənimizin  coğrafi  baxımdan  üçdə  iki  hissəsini 
təş-kil  edən  Güney  Azərbaycana  yollar  açıldıqca 
folk-lor  materialları  toplanacaq,  tədqiq  olunacaq, 
çap  ediləcək.  Araşdırıcı  yazır:  “Biz  hələlik 
dəryadan 
damla  götürməklə  kifayətlənirik. 
Folklorumuzun  başqa  janrları  ilə  bərabər,  parlaq 
sənət  incilə-rimiz  olan  bayatılarımız  haqqında  da 
həmin  toplama  mərhələsindən  sonra  bütöv  elmi 
fikir  yürütmək,  son  qənaətə  gəlmək  mümkün 
olacaqdır”. 
Hüseyn 
Kürdoğlunun 
folklorşünaslıq 
fəaliyyətindən 
danışarkən 
Sarı 
Aşığın 
bayatılarının nəşri sahəsindəki xidmətlərini xüsusi 
qeyd  etmək  gərəkdir.  Yuxarıda  bayatı  bilicisi 
M.Aslanın  qədirşünaslıqla  şairin  bu  sahədəki 
səmərəli  fəaliyyətinə  verdiyi  dəyərə  onu  əlavə 
edərdik  ki,  Sarı  Aşığın  Hüseyn  Kürdoğlu  nəşri 
ona  görə  mükəmməldir  ki,  o,  bayatı  janrının 
poetik  incəliklərini  dərindən  bilirdi,  əvvəlki 
nəşrlərdəki  bədii  qüsurları  aradan  götürməklə 


278 
 
yanaşı,  öz  bayatı  yaradıcılığı  ilə  bu  janrın 
bitib-tükənməyən  bədii  imkanlarını  üzə  çıxartdı. 
Sarı  Aşıq  və  XX  əsr  Azərbaycan  poeziyası 
arasında ədəbi yaradıcılıq körpüsü saldı. 
 
 
 
 
 
 


279 
 
Əziz oxucu! 
 
 
 
 
Adətən  bu  qəbildən  olan  əsərlərə  nəticəvari 
“Son  söz”  yazılır.  Biz  bunu  etmədik.  “Son  söz” 
əvəzi  bir  neçə  cümlə  ilə  kifayətləndik.  Demək 
ye---tər  ki,  şairin  çoxşaxəli  yaradıcılığı  indiyə 
kimi  hər-tərəfli  tədqiqata  cəlb  olunmayıb. 
Qədirşünaslıq  əla-məti  olan  bu  təmənnasız  əsər 
həmin  boşluğu  dol-durmaq  amacı  ilə  qələmə 
alınıb. 
Əsərdə  şairin  bir  ədəbiyyatşünas, 
folklorşünas alim və tərcüməçi ki-mi fəaliyyəti də 
tədqiqata cəlb olunub.   
Onunla  belə,  deməliyəm  ki,  bu  kitabın 
yazılmasında 
şairin  poeziyasına  məhəbbət, 
dostluq  münasibətimiz,  mənim  haqqımda  poema 
bir neçə duyğulu şeir yazması və şairin aşağıdakı 
bəndi də az rol oynamamışdır.   
Ümidim yel vurub sönən çıraqmı, 
Sabahkı günümə gün doğacaqmı?! 
Bir inci sərrafı tapılacaqmı, 


280 
 
Qalsa bir xəzinə dürdanə məndən? 
Şairin  istəyini  qismən  də  olsa  yerinə  yetirə 
bildiyimdən  məmnunluq  duyuram.  Kitabda  şairin 
poe-ziya  qüdrətinə  çatmayan,  söz,  cümlə,  fikir 
görsəniz,  məni  qınamayın.  Nəzərə  alın  ki,  əsəri 
ömrünün  ixtiyar  çağını  yaşayan  qələm  sahibi 
yazıb.   
Elə bir çağ ki, sevinc kədərə qarışır. Sevinirəm 
ki,  məhəbbətlə  yazdığım  monoqrafiyanı  başa 
çatdırmışam. Əsərə “ön söz” yazan akademik  İsa 
Həbibbəyli  və  rəyçi  filologiya  üzrə  fəlsəfə 
doktoru  Safurə  Quliyeva  zəhmətimi  yüksək 
qiymətləndiriblər.  Ömrün  belə  tez  keçməsinə  isə 
kədərlənirəm.  Təsəllini  xalq  şairi  Nəriman 
Həsənzadənin misralarında tapıram: 
İllər pillələrmiş bizdən ötəri
Yollara gah bürkü, gah şaxta düşür. 
Şöhrətin sevinci, yaşın kədəri, 
Tərs kimi, ikisi bir vaxta düşür. 
 
Qəzənfər Paşayev 
   
 


281 
 
Safurə Quliyeva 
Filologiya üzrə fəlsəfə doktoru 
 
Əbədi abidə 
 
 
 
 
İstedadlı insanların yaratdıqları əsərlər təbiətin 
əsrarəngiz  gözəlliklərinə  bənzər.  Dərinliklərinə 
vaqif  olduqca  məftunluğun  daha  artır,  daha  çox 
hey-rətlənirsən.  Ona  da  yetişmək  istəyi,  duymaq 
qa---biliyyəti, dəyər vermək zövqü gərək. 
Bədii  söz  sənətkarlarına  həsr  edilmiş  tədqiqat 
əsərlərində  dəyərləndirmək  zövqünün  nə  qədər 
mü-hüm əhəmiyyət kəsb etdiyinin dəfələrlə şahidi 
olmuşuq.  Bəzən  həqiqətən  dühalıq  qüdrəti  ilə 
yaradılan  əsərlərdən  elə  duyğusuz,  ürəksiz  təhlil 
ştampları  ilə  araşdırma  aparılır,  fikir  söylənir  ki, 
həmin  tədqiqat  işinə  də,  onun  obyektinə  də 
marağın  azalır,  əvvəllər  rəğbət  bəslədiyin  o  sənət 
məbədinə  təkrar  yolunu  salmağa  meyillənmirsən. 
Etiraf  edək  ki,  “Bu  gün  çox  gözəl  görünürsən” 


282 
 
komplimenti  müqabilində  “Sağ  ol,  sənin  o  gözəl 
gözlərinə  elə  görünürəm”  cavabındakı  “gözəl 
gözlər” 
ifadəsindəki 
“gözəl” 
təyinində 
cakondasayağı  çox  mənalar  cəmlənib  və  onun 
“gözlər”ə  deyil,  əslində  gözəl  qəlbə,  ürəyə  aid 
olması şübhəsizdir. 
Professor  Qəzənfər  Paşayevin  görkəmli  şair 
Hüseyn  Kürdoğluya  həsr  etdiyi  monoqrafiyanı 
oxu--yarkən  özün  də  hiss  etmədən  onun 
həmsöhbətinə çevrilirsən və poeziyanın əsrarəngiz 
gözəlliklərindən  heyranlıqla  danışan  müsahibinin 
“gözəl  gözlərinin”  işığında  duyduqların  qəlbini 
riqqətə gə-tirir. 
Monoqrafiyanı  müəllif  “Şairə  ilhamdan  mayə 
gərəkdir”  və  “Natiqlər  yetişir,  şairlər  doğulur” 
kəlamları  ilə  açır  və  tədqiqatını  da  bu  müdrik 
deyimlərə  kökləyir.  İlk  səhifədə  müsahibinə 
təvazökarlıqla  söylənən  “Bəri  başdan  deyim  ki, 
biz  şairin  poeziyasını  təhlil  və  tənqid  etmək 
fikrindən 
uzağıq... 
Əsərimizdə 
Hüseyn 
Kürdoğlunun  poeziya  aləminə  səyahət  etmişik” 
qeydi  oxucusunu  səmimi  bir  ədəbi  söhbətə 
hazırlayır.  İlk  fəsildə  şairin  uşaqlığı,  doğma 


283 
 
yurdu,  təhsili,  məktəb  həyatı,  tələbəlik  dövrü  və 
ilk  qələm  təcrübələri  barədə  yığcam,  dolğun 
məlumat  verilir.  Onun  ömür  yolunun  şeirləşən 
məqamlarına 
üz 
tutaraq, 
tərcümeyi-halını, 
mühitini,  çoxcəhətli  yaradıcılığının  şaxələri 
barədə bütöv təsəvvür yaradır. Həmçinin görkəmli 
ədəbiyyatşünas  və  dilçi  alimlərin  Hüseyn 
Kürdoğluya həsr etdiyi yazılarına istinadlar həmin 
məlumatları  daha  dolğunlaşdırır.  Bu  sırada  şairin 
Özbəkistanda  nəşr  edilən  “Seçilmiş  əsərləri”nə 
professor  H.Baltabayevin  “Dərdli  elin  dərdmənd 
şairi” adlı müqəddi-mənin də ixtisarla təqdimi çox 
uyarlı görünür. 
Tədqiqatın  “Dördlük  tarixində  era  yaradan 
şair” 
fəslində 
H.Kürdoğlunun 
“poeziya 
gülzarı”nın  “möcüzələr  aləmində”  gəzişmələr, 
onun “folklor və klassik poeziya ilə pərvazlanıb” 
“xalq  dili  ilə  ədəbi  dilin  qovşağında  sözdən 
heyrətamiz  bir  abidə  ucaltdığı”  nümunələr 
sərgilənir. 
Şairin 
poeziyasının 
ümdə 
ideya-məzmun  istiqamətləri  ilə  yürüyərkən  belə, 
onun  poetik  sənətkarlığının  özəlliklərinə:  vəzn, 
janr  seçiminə,  duyğulu  poetik  obrazlarının 


284 
 
təkrarsızlığına,  ecazkar  cinas  yaradıcılığına  cəlb 
edir; 
xalq 
şeiri 
janrlarına 
zəmanəmizin 
H.Kürdoğlu imzasından fəxarətlə bəhs edir.   
H.Kürdoğlunun  elmi  fəaliyyətini  araşdırarkən 
yenə  qədirşünaslıqla  onun  tədqiqat  obyektlərini 
nə--zərə  çatdırıb,  onların  elmi-nəzəri  əhatə 
dairəsinə,  məziyyətlərinə  dəyər  verir.  Xüsusilə 
folklorşünaslıq 
sahəsində 
xidmətləri 
barədə 
əhatəli  bilgilər  və  məlumatlarla  tədqiqatı  xeyli 
zənginləşdirir. 
Monoqrafiyanın 
“Sağalmaz 
yarası 
ilk 
məhəbbətin”, “Şairin əbədi məhəbbəti” və “Hüseyn 
Kürdoğlunun  uşaq  şeirləri”  bölmələrində  şairin 
poeziyasının 
ilham 
mənbələrini 
açıqlamaqla 
bərabər,  həm  də  onun  şəxsiyyətinə  işıq  salınır, 
ədəbi obrazı yaranır. Gətirilən poetik nümunələrdə 
şairin  orijinal  məcazlı  deyimlərini  yüksək 
emosional 
ifadəlilik 
cazibələndirir. 
Müəlliflə 
tamamilə 
razılaşırıq 
ki, 
H.Kürdoğlunun 
“şeirlərindəki  fəlsəfi  fikirlər,  tarixə  ekskurslar, 
həyat  həqiqətləri  öz  yerində,  xalq  şeirindən 
məharətlə istifadə etməsi adamı heyran edir”.   
Ümumilikdə 
H.Kürdoğlu 
poeziyasından 


285 
 
yüksək  zövq  və  heyranlıqla  təqdim  edilən 
seçmələr,  dostlarının  xatirələri  oxucuda  şairin 
şəxsiyyəti,  ədəbiyyatımızda  mövqeyi  barədə 
təsəvvür yaradır, onu sevdirir, böyük bir ustad şair 
kimi  yaddaşlara  həkk  edir.  Eyni  zamanda 
H.Kürdoğlu  sözünün  bədii  siqlətinə  heyranlığını 
ürək genişliyi ilə səxa-vətlə paylaşan alimin kamil 
bədii-estetik  zövqü,  müdrik  qənaətləri  və  nəcib 
münasibəti  bütün  əsər  boyu  “zər  qədrini  zərgər 
bilər” xalq kəlamını şüurda oyaq saxlayır. 
Hüseyn 
Kürdoğlunun 
şəxsiyyətini 
və 
yaradıcılığını 
belə 
əhatəli, 
yüksək 
elmi 
səviyyədən 
məhəbbətlə 
təqdim 
edən 
bu 
ədəbiyyatşünaslıq  əsəri  ilə  Q.Paşayev  şairə  ədəbi 
abidə yaratmışdır.   
12.07.2016 
 


286 
 
Hüseyn Kürdoğlunun çap olunmuş 
kitabları 
 
Səhər nəğmələri. “Azərnəşr”, 1963, 40 səh. 
Yurdumu gəzə-gəzə. “Gənclik”, 1968, 48 səh. 
Müasir kürd şairi Abdulla Qoranın poeziyası 
(monoqrafiya). Bakı, “Elm”, 1969, 135 səh. 
Qaya çiçəkləri. “Gənclik”, 1970, 68 səh. 
Doğma diyarım. “Gənclik”, 1973, 80 səh. 
Müasir kürd şairi Abdulla Qoranın poeziyası (ərəbcə). 
Bağdad, 1975, 196 səh. 
Çiçək təbəssümü. “Gənclik”, 1975, 120 səh. 
Ata yurdum. “Yazıçı”, 1978, 112 səh. 
Dördtelli durnam. “Gənclik”, 1979, 92 səh. 
Toy karvanı. “Yazıçı”, 1981, 96 səh. 
Durna səsi. “Yazıçı”, 1985, 144 səh. 
Quzular dağa çıxdı (uşaq şeirləri). “Gənclik”, 1986, 36 
səh. 
Bu dünya bir karvan yolu. “Yazıçı”, 1989, 184 səh. 
Min bir bayatı. “Gənclik”, 1992, 224 səh. 
Sarı Aşıq. Seçmə bayatılar. “Sabah”, 1993, 120 səh. 
Yaralı torpağım, yaralı sevgim (şeirlər və poema). 
“Sabah”, 1997, 248 səh. 
Tovuzum mənim, oğuzum mənim (poema Q.Paşayevə 
həsr olunub). “Elm”, 1998, 108 səh. 
Ziyalımız-ziyamız, “Ozan”, 1999, 100 səh. 


287 
 
Hər şəhid bir nəğmədir. “Ozan”, 1999, 124 səh. 
İmana-dinə gəldim. “Elm”, 1999, 108 səh. 
Yurduma qurbandır sözüm. “Sabah”, 2005, 508 səh. 
Sənə könül bağladım. “Sabah”, 2009, 100 səh. 
Aytənin nəğmələri. “Sabah”, 2009, 172 səh. 
Seçilmiş əsərləri, I cild, “Sabah”, 2011, 452 səh. 
Seçilmiş əsərləri, II cild, “Sabah”, 2011, 508 səh. 
Seçilmiş əsərləri (Saylamaha), Taşkent, “Mumtoz” 
nəşr., 2014, 100 səh. 
 
 
 
Hüseyn Kürdoğluya həsr olunmuş kitablar 
Bir şeir bulağıydım (H.Kürdoğlu haqqında məqalələr, 
xatirələr, şeirlər). Bakı, “Sabah”, 2005, 364 səh. 
Əpoş  Vəliyev.  Müasir  Azərbaycan  poeziyasında 
folklor  motivləri  (H.Kürdoğlunun  yaradıcılığı  əsasında). 
Bakı, “Elm və təhsil”, 2015, 168 səh.   

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə