QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə39/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   35   36   37   38   39   40   41   42   ...   46

232 
 
 
Təqdim  edilən  misallardan  göründüyü  kimi, 
kitabda  hansı  janr  üstünlük  təşkil  edibsə,  şair 
avtoqrafı o janrda yazmışdır.   
 
 
 
Fəridə xanımın ad günü münasibəti ilə   
yazılmış şeirlər 
Şairin kiçik qardaşı Şirindil Alışanov deyir ki, 
bəzən  şairin  hədiyyə  almağa  pulu  olmurdu, 
hədiyyəsi  şeir  olurdu.  Bu,  ənənə  halını  almışdı. 
Bu şeirlərin çoxu nəğmə idi:   
Həm dərdimsən, həm dərmanım, 
Həm gülümsən, həm tikanım. 
Həm dağımsan, həm dumanım, 
Ay qara qız, ay qara qız. 
Sənsiz bağrım qana dönər,   
Göz yaşım ümmana dönər. 
Qamətim kamana dönər, 
Ay qara qız, ay qara qız... 
 
 
 
 
17.03.1973 


233 
 
Şairin  həyat  yoldaşı,  Fəridə  xanımın  ad  günü 
mü-nasibəti  ilə  yazdığı  yeddi  bənddən  ibarət 
“Eşqimiz” adlı şeir ömür yollarına işıq tutur.   
 
Tale bizə həyan oldu, hay verdi,   
Xoşbəxtəm ki, səni mənə tay verdi.   
Bir cüt oğul, bir gözəl qız pay verdi, 
Üç övlada çıraqbandır eşqimiz... 
 
 
 
 
 
17.03.1983 
Yuxarıda  göstərdiyimiz  kimi  ad  günündə 
Fəridə  xanıma  həsr  etdiyi  şeirlərin  əksəriyyəti 
nəğmədir:   
Sən bir altun üzük olsan,   
Onun yaqut qaşı mənəm. 
And içdiyin bir sevdanın 
Yazı mənəm, qışı mənəm. 
 
 
 
17.03.1984 
Şairin  Fəridə  xanımın  ad  gününə  həsr  etdiyi 
“Ya-rımışıq  biz”  şeirinin  hər  misrası  11  hecadan 
iba-rətdir.  Şeiri  hansısa  janra  aid  etmək  çətindir. 
Şairin  şeirlərində  bəzən  janr  axtarmağa  ehtiyac 
du-yul--mur: 


234 
 
Əlli dörd yaş mənim, əlli yaş sənin, 
Bəzəyin nə qızıl, nə daş-qaş sənin. 
Qara saç, qara göz, qara qaş sənin. 
Sanma ki, qocalıb qarımışıq bir, 
Sevmişik, yanmışıq, yarımışıq biz!   
Tərlan uçurtmuşuq qucağımızdan, 
Ocaqlar qalanıb ocağımızdan. 
Bulaqlar ayrılıb bulağımızdan,   
Elə bilməsinlər qurumuşuq biz, 
Sevmişik, yanmışıq, yarımışıq biz!   
 
 
 
 
17.03.1988   
Maraqlıdır  ki,  şairin  Fəridə  xanımın  ad  günü 
münasibəti ilə yazdığı şeirlər şairin ailə ocağının, 
tərcümeyi-halının 
tədqiqi 
yolunda 
əvəzsiz 
materiala çevrilir: 
Canım-gözüm əlli səkkiz öz yerində, 
And içdiyin məhəbbətin qırx yaşı var. 
İki qardaş, bir bacını bizə verən, 
Bar gətirmiş səadətin qırx yaşı var.   
İşıqlıdan, Şahdağından rişələnən,   
Aydan arı bir külfətin qırx yaşı var.   
Hər məhəbbət bir məmləkət, bir dünyadır, 


235 
 
Bu gün bizim məmləkətin qırx yaşı var.   
Qoy var olsun eşqi halal ocağımız,   
Tanrı verən bu qismətin qırx yaşı var! 
Qurban qara gözlərinə bu Kürdoğlu, 
Gözündəki şeiriyyətin qırx yaşı var.   
 
 
 
 
 
17.03.1996 
Yaşa  dolduqca  şairin  Fəridə  xanımın  ad 
günündə  dillənən  məhəbbət  dolu  sazı  başqa  kök 
üstə  köklənir:  “Səninkiyəm”  şeirindən  misralar 
deyilənlərə dayaq olur:   
Gözəlimsən, gözəlimsən, gözəlim! 
Səninkiyəm qara yerin olunca...   
Səninkiyəm, dərdli könül sazımı, 
Qoca fələk alıb daşa çalınca. 
 
 
 
 
16.03.1997   
Şairin  Fəridə  xanımın  60  illiyinə  həsr  elədiyi 
doqquz  bəndlik  “Şam  işığında”  şeirində  şairin 
könül  sazını,  sevinc,  qəm,  qüssə,  kədər,  Laçın 
həsrəti dilləndirir:   
Kaş ki, yetəydi başa xeyirlə şər savaşı, 
Məskənimiz olaydı yenə çeşmələr başı. 
Yenə ayna sularda görünəydik yanaşı,   


236 
 
Yeddi ildir yuxuda o məkanı görmüşük. 
Eşqin ülviyyətinə tor qurmasa xəyanət, 
Haqdan yanan ocağı tərk eyləməz səadət. 
Dünyanın xilaskarı məhəbbətdir, məhəbbət,   
Hər gün başımız üstə bu loğmanı görmüşük. 
 
 
 
 
 
 
17.03.1998 
Şair  ömür-gün  yoldaşının  60  illik  yubileyinə 
bir  neçə  fərəh  dolu  şeirlər  də  qoşub.  “Sinəmdə 
ürəksən mənim” gəraylısı bu qəbildəndir:   
Dilimdə diləksən mənim,   
Evimə dirəksən mənim. 
Daha nə deyim, ay Fəriş, 
Sinəmdə ürəksən mənim.   
Şair eləcə də ömür-gün yoldaşının altmış illik 
yubileyi münasibəti ilə oynaq “Altmış yaşa çatan 
yar”  adlı  lirik  poema  yazıb.  Kitabın  “Bayatılar” 
bölümündə  ətraflı  söz  açdığımız  poemanın  bir 
parçasını burada verməyi münasib bildik: 
Altmış yaşa çatan yar, 
Hələ də naz satan yar. 
Bu bəxtəvər günündə, 
Gül-çiçəyə batan yar. 


237 
 
Baxtımla baş-başayam
Gərək yüz il yaşayam. 
Qırx ildir ki, səninlə 
Qol-boyunam, qoşayam. 
Əzizlənir adımız, 
Gül açır muradımız. 
Hüdudsuz dünyamızdır, 
Üç gözəl övladımız.   
Boran oldu, qar oldu,   
Axırı bahar oldu. 
Laçınlı Kürdoğluya 
Qubalı qız yar oldu.   
 
 
 
17.03.1998   
Şairin Fəridə xanıma həsr etdiyi şeirlər o qədər 
ibrət götürüləcək müdrik misralardır ki, həqiqətən 
də pedaqoqlar, ailə, ev-eşik məsələləri ilə  məşğul 
olan  tədqiqatçılar  üçün  zəngin  material,  poeziya 
nümunələridir: 
Peyğəmbər yaşına çatmısan bu gün,   
Qoy bundan sonra da ömrün uzansın. 
Qarşıda gözləyir səni toy-düyün
Evində bir gəlin çırağı yansın. 
Mən gedər olsam da əyilmə dərdə,   


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə